Icma.az
close
up
RU
Azərbaycan gənclərinin döyməyə maraqları artıb Qiymətlər isə əl yandırır: 2000 2500 manat...

Azərbaycan gənclərinin döyməyə maraqları artıb Qiymətlər isə əl yandırır: 2000 2500 manat...

Icma.az, Pravda.az portalına istinadən məlumat verir.

Azərbaycan cəmiyyəti uzun illər "döyməli" insanlara yaxşı münasibət bəsləməyib. Onları ya oğru dünyasının, ya da qaranlıq işlərin adamları sayıblar. Ona görə, bəziləri döymə etdirsələr də, onu gizlətməyə çalışıblar. Lakin zaman ötdükcə bu stereotiplər aradan qalxmağa başlayıb. İndi şəhərin küçələrində qolunda, boynunda, əlinin üstündə müxtəlif məzmunlu döymələr olanlar sərbəst şəkildə gəzib-dolaşırlar. Onların çoxu da gənclərdir.

Bəs görəsən, gənclərin döymə zövqü necə dəyişib? On il əvvəllə müqayisədə hansısa dəyişiklik varmı? Ən çox hansı döymələr istənilir? Tələbat və qiymətlər necədir? Pravda.az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

19 yaşlı Aygün tələbədir. O, qolunun görünən yerinə ay və günəş rəsmi döydürüb. Xalq artisti Aygün Kazımovanın pərəstişkarı olan gənc qız hələ orta məktəb illərindən elə onun qolundakı döymədən çəkdirmək arzusunda olub. Amma ailəsi buna razılıq verməyib. Arzusunu universitetə qəbul olduqdan sonra reallaşdırıb. Hətta qrup yoldaşlarından bir neçə qız da ona qoşularaq bədənlərinin müxtəlif yerlərinə döymə etdiriblər.

Deyir ki, tələbə olsa da, universitetdə buna görə kimdənsə irad eşitməyib: "İndiyədək hansısa iradla qarşılaşmamışam. Tatu artıq gənclər arasında trend halına gəlib. Çoxları bu trendə qoşulub. Lakin bəzi insanlar hələ də buna yaxşı baxmırlar. Tatu etdirən şəxslərlə bağlı pis fikirdədirlər. Amma burada pis heç nə yoxdur. Bu da bir növ sənət əsəridir. Başqa məna axtarmaq doğru deyil".

Bu işin bilicilərindən olan Çingiz Eyvazov 1990-cı illərdən döymə sənəti ilə məşğuldur. O, 30 ilə yaxın Türkiyədə fəaliyyət göstərib. Müştəriləri arasında Cem Yılmaz, Şafak Sezer kimi məşhurlar olub. Hazırda Bakının mərkəzində yerləşən döymə studiyasında fəaliyyətini davam etdirir: "Uşaqlıqdan şəkillərə, tatuya marağım var idi. Türkiyədə görürdüm ki, rokmenlərin əllərində müxtəlif tatular var. Amma baxırdım ki, bəziləri yaxşı vurulmayıb. Əlimdəki tatuları dostlar görüb, çox bəyənirdilər".

Onun sözlərinə görə, bu gün əvvəlki illərlə müqayisədə Azərbaycan gənclərinin döyməyə marağı yüksəkdir: "Demək olar ki, zamanla zövqlər də dəyişib. Məsələn, əvvəllər mənə çoxu hazır şəkillə müraciət edirdi. Amma gətirdiyi şəklin anlamını bilmirdi. Deyirdi ki, sadəcə şəkil xoşuma gəldiyindən onu döymə etdirmək istəyirəm. İndi insanlar daha anlamlı mövzularla bağlı yaxınlaşırlar. Adam var, gəlir deyir ki heç kimdə olmayan tatu istəyir, öz düşüncə və fikirlərini danışmağa başlayır. Xüsusilə daxillərində yığılıb qalanları, xatirələrini bədənlərinə yazdırmaq istəyirlər. Yəni, işə sənət kimi baxırlar. Baxırsan, elə şəkil və ya düşüncə ilə gəlirlər ki, həqiqətən də çox anlamlı olur. Biz də oturub onların düşüncələri əsasında mövzunu işləyirik. Bunun üçün insanın psixoloji durumunu müəyyən etməyi, onu dinləməyi və duymağı bacarmaq lazımdır".

Usta bildirir ki, Azərbaycanda döyməyə əsasən kişilər meyillidirlər: "Son illər döymə etdirən xanımların da sayı artıb. Amma kişilər yenə də üstünlük təşkil edirlər. Bir vaxtlar şir, əjdaha və canavar şəkillərinə tələbat çox idi. Bu döyməni də əsasən kişilər istəyirdi. İndi buna tələbat nisbətən azalıb".

Həmsöhbətimiz deyir ki, döymə etmək arzusunda olanlar mütləq ustanın peşəkarlığına diqqət yetirməlidirlər: "İnsan meyil etdiyi sənətin dərinliklərini, incəliklərini ətraflı öyrənməlidir. Hər hansı rəsm çəkildiyi zaman incəliklərə fikir verməlidir. Bizim sahədə də qeyri-peşəkarlar var. Ona görə döymə etdirmək istəyən şəxs ustanın peşəkar olub-olmadığına diqqət yetirməlidir. Bu sənət dünyanın ən dəli işidir. Çünki tərpənən bir bədəndə əsər yaradırsan, insan dərisi üzərində işləyirsən. Bunun geri dönüşü yoxdur. Alınmadı, dayan silim, yenidən başlayım, - belə şey yoxdur".

O həmçinin döymənin steril şəraitdə vurulmasının vacibliyini də vurğulayır: "Müştəri bütün alətlərlə tanış edilməli, iynələr göstərilməlidir. İstifadə edilən ləvazimatların hamısı gərək bir dəfə işlədilsin. Rənglər, iynələr və s. ikinci dəfə istifadə edilə bilməz".

Qiymətə gəlincə, Çingiz usta bildirir ki, qiymət şəklin çətinliyinə, ayrıntılarına, incəliyinə görə dəyişir: "Burada boya da rol oynayır. Portretlər ən bahalı iş sayılır. Döymə böyüdükcə qiymət artır. Xaricdə isə qiymətlər sərf olunan vaxta görə tənzimlənir. Elə döymə ola bilər ki, sən onu 4-5 saata qurtara bilərsən. Müştəriyə deyirsən ki, mən bilmirəm, nə zaman qurtaracaq. Çünki müştəri onsuz da həmin işin qiymətini təxmini olaraq aşağı-yuxarı bilir. Rəsmi sevib, bilir ki, çətindir. Tatu var onu 50 manata edərsən, tatu da olar ki, 2000-2500 manata. Peşəkar döyməçilərin maşınkanı açılış qiyməti standart olaraq 50 manatdır. Hansı ki, bu qiymətə bir dənə nöqtə də etdirə bilərsiniz, imza da, 7-8 santimetrlik yazı da. Necə ki, adətən xanımlar son zamanlar yanaqlarına xal etdirirlər".

Kiçik və böyük döymələr üçün bədənə nə qədər iynənin yeridildiyinə gəlincə, usta deyir ki, kiçik döyməni üçlü və beşli iynələrlə bitirmək mümkündür: "Böyük döymələr üçün daha çox iynə lazım olur. Belə ki, üçlü və beşli iynələrlə əvvəlcə xətlər vurulur. Daha sonra fırça iynələrlə iş davam etdirilir. Böyük döymələrdə əsasən 25-li fırça iynələr açılır. Sonra 15-li, 13-lü və s. fırça iynələrdən istifadə edilir. Ümumiyyətlə, döymə müəyyən qədər ağrılı bir prosedurdur. Amma ustadan da çox şey asılıdır. Əgər ustanın əli yüngüldürsə, proses də asan keçir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:62
embedMənbə:https://pravda.az
archiveBu xəbər 25 Mart 2025 00:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həkim: “İstəyirsən, gündə 5 dəfə cinsi əlaqədə ol”

26 İyun 2025 02:27see151

İrana hücumu mətbuata kim sızdırıb?

26 İyun 2025 12:21see135

İranın yeni səfiri Azərbaycana gəlib, etimadnaməsinin surətini təqdim edib

25 İyun 2025 18:10see126

Əhaliyə xəbərdarlıq: İyunun 26 28 də...

25 İyun 2025 21:15see121

Təyyarə sürmək istərdim demişdi 83 yaşlı Mürüvvət xanımın arzusu gerçəkləşdi

26 İyun 2025 23:12see121

Niyə deyirsən ki, sənə hörmət etmirdilər və səni klubdan qovublar?

25 İyun 2025 19:14see120

25 ildən sonra görüşüb qucaqlaşdılar… Əslində hər şey bir yalandır?

25 İyun 2025 18:22see120

Bu ölkədən 15 buzqıran gəmi almaq istəyirəm Tramp

25 İyun 2025 20:20see119

İrandan İsrailin zərbələri ilə bağlı ilk ETİRAF

25 İyun 2025 16:41see119

Daxili enerji infrastrukturuna investisiya yatırmaq xarici təhlükələrə qarşı dayanıqlığı artırır RƏY

25 İyun 2025 19:03see119

Bakıda güclü partlayış baş verib VİDEO

26 İyun 2025 23:26see118

“Yaşıl Teatr”da Azərbaycan və Qvadelupun mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə konsert olub

25 İyun 2025 21:21see118

Ukrayna dronları Rusiya S 400 nü belə məhv etdi Video

26 İyun 2025 23:07see118

Çempiondan 24 xallıq fərq

26 İyun 2025 02:13see118

Zelenski geyim tərzini niyə dəyişib... FOTO

25 İyun 2025 23:38see117

Jalə Əliyeva: “Dünya çempionatında əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam” MÜSAHİBƏ

25 İyun 2025 12:45see116

Dünya futbolunda təhlükə: “FIFA məhəl qoymur, lakin təcili…”

25 İyun 2025 18:56see115

Tramp: Yük maşınları İranın nüvə obyektindən heç nə çıxara bilməyib

26 İyun 2025 20:37see115

Şərəf ordenli jurnalist vəfat edib FOTO

25 İyun 2025 21:05see115

Twitch rəsmi olaraq Rusiya bazarını tamamilə tərk edə bilər...

25 İyun 2025 22:44see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri