Icma.az
close
up
RU
Azərbaycan geosiyasi məsələlərin müzakirə edildiyi mərkəzə çevrilir

Azərbaycan geosiyasi məsələlərin müzakirə edildiyi mərkəzə çevrilir

Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


"Cənab Prezident İlham Əliyevin uğurlu xarici siyasəti, zərgər dəqiqliyi ilə həyata keçirdiyi diplomatiya nəticəsində Azərbaycan geosiyasi məsələlərin müzakirə edildiyi mərkəzə çevrilir. Bir müddət əvvəl Bakıda İsrail və Türkiyə nümayəndələrinin görüşünün keçirilməsi, yaxın günlərdə isə İsrail baş naziri Benyamin Netanyahu və qardaş ölkə Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana nəzərdə tutulan səfərləri belə deməyə əsas verir. Həm Bakıda bir müddət əvvəl İsrail və Türkiyə nümayəndə heyətləri arasında keçirilən görüş, həm də Netanyahu və Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın paytaxtında görüşə biləcəyi ilə bağlı hər iki ölkənin media subyektlərində yer alan xəbərlər həm də onu deməyə əsas verir ki, ölkəmiz təkcə yerləşdiyimiz coğrafiya deyil, eyni zamanda Yaxın Şərqdə proseslərin nizama salınması, bu regionda gərginliyin aradan qaldırılmasına öz töhfəsini verir".
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib. Millət vəkili deyib ki, bu həm də Azərbaycanın təkcə regional deyil, eyni zamanda qlobal gücə çevrildiyini, Bakının mövqeyinin və barışdırıcı missiyasının dünya gücləri tərəfindən qəbul olunduğunu təsdiqləyir:
"Əgər xatirinizdədirsə, bir neçə il əvvəl paytaxtımız həmçinin Amerika və Rusiya hərbi dairələrinin görüşünün keçirildiyi şəhər kimi də diqqət çəkmişdi. Qeyd edim ki, həmin formatda Bakıda bir neçə görüş keçirildi. Bütün bunlar Azərbaycan dövlətinin dünyada, beynəlxalq aləmdə sülh, sabitlik tərəfdarı olduğunu təsdiq edən vacib məqamlardır".
İlham Məmmədov İsrail baş nazirinin ölkəmizə nəzərdə tutulan səfərinə də diqqət çəkərək deyib ki, bu səfər Təl-Əvivlə Bakı arasında münasibətlərin daha da möhkəmlənməsi və inkişaf etməsinə təkan olacaq:
"İsrail dövləti Azərbaycanın ən yaxın dostu, tərəfdaşıdır. Təl-Əviv bunu İkinci Qarabağ Müharibəsində ölkəmizə mənəvi dəstək verməklə bir daha sübut etdi. Düşünürəm ki, Netanyahunun Bakı səfəri bütün parametrlər üzrə çox faydalı olacaq".
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 02 May 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri