Azərbaycan gömrükçüləri diş məcunu qabından narkotik vasitə aşkar ediblər
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci terminalının gəliş zalında Dehli-Bakı aviareysi ilə gələn Hindistan vətəndaşına məxsus çamadana gömrük yoxlaması tətbiq edib.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Bildirilib ki, yoxlama zamanı diş məcunu qabının içərisində gömrük nəzarətindən gizlədilən 32,15 qram narkotik vasitə - tiryək aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.


