Icma.az
close
up
RU
AZƏRBAYCAN GÖMRÜYÜNDƏ NÖVBƏTİ BİABIRÇILIQ 23 kq narkotik Sədərəkdən necə keçib?

AZƏRBAYCAN GÖMRÜYÜNDƏ NÖVBƏTİ BİABIRÇILIQ 23 kq narkotik Sədərəkdən necə keçib?

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu günlərdə Hurriyyet.az-da məlumat vermişdik ki, Naxçıvandan Türkiyəyə aparılan külli miqdarda heroin Dilucu Gömrük Məntəqəsində ələ keçib. Türkiyə KİV-lərinə istinadən qeyd etmişdik ki, dəyəri 10 milyon TL (təqribən 410 min AZN) olan narkotik sentybarın 27-də İğdır Dilucu Gömrük Mühafizə, Qaçaqmalçılıq və Kəşfiyyat Müdirliyi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində aşkar olunub.

Narkotik vasitə Azərbaycan Respublikasına məxsus 23-BM-910 / 75-ZA-119 dövlət nömrə nişanlı qoşqulu yük maşınının ehtiyat təkərində gizlədilibmiş. Belə ki, yük maşınına baxış zamanı ehtiyat təkərin içərisində alüminium folqaya bükülmüş 5 ayrı çanta tapılıb. Çantalarda ümumi çəkisi 4,980 qram (təxminən 5 kiloqram) heroin olduğu müəyyən edilib. Sözügedən narkotik vasitənin İrandan gətirildiyi və Naxçıvan üzərindən Türkiyəyə keçirilməsinə cəhd olunduğu bildirilirdi.

Xatırladaq ki, həmin tarixdə - sentyabrın 27-də Gürcüstanda da böyük həcmli narkotik qaçaqmalçılığı faktı aşkarlandı. Belə ki, Biləsuvar Gömrük Keçid Məntəqəsindən Azərbaycana daxil olan, “Sınıq Körpü” Gömrük Keçid Məntəqəsi vasitəsilə Gürcüstana keçən 50 milyon dollarlıq narkotik yükünü 200 kiloqram heroin təşkil edib və gürcü gömrükçülər tərəfindən saxlanılan şəxs – TIR sürücüsü İran vətəndaşı olub.

Qeyd edək ki, bu faktlarla əlaqədar istər mətbuatda, istər də sosial şəbəkələrdə Dövlət Gömrük Komitəsi (DGK) və Dövlət Sərhəd Xidmətinin (DSX) rəhbərliyi ciddi tənqid olundu. Görünür, məhz bu səbəbdən də hər iki qurum narkotik ticarətinə qarşı ciddi mübarizə görüntüsü yaratdılar. Hansı ki, 10 gün ərzində 7 fakt üzrə narkotik qaçaqmalçılarının ələ keçirildiyi, külli miqdarda narkotik aşkarlandığı haqda oxucularımıza məlumat vermişdik.

Maraqlıdır ki, elə bu ərəfədə - oktyabrın 8-də Naxçıvan MR Sədərək Gömrük Keçid Məntəqəsində daha 23 kiloqram narkotik “gömrükçülərimizin gözündən yayınıb”. Lakin həmin narkotiki Türkiyəyə keçirmək mümkün olmayıb və bu dəfə də Dilucu Gömrük Məntəqəsində ələ keçirilib.

Məlumat üçün bildirək ki, bu haqda Türkiyə Ticarət Nazirliyinin rəsmi açıqlamasında daha ətraflı məlumat verilir. Qeyd olunur ki, Ticarət Nazirliyinin Gömrük Mühafizə qrupları Ağrı, Ədirnə və İğdır vilayətlərində keçirdiyi üç ayrı əməliyyatda 4 milyard 385 milyon lirə dəyərində narkotik vasitə aşkar olunub:

“Gürbulak, Kapıkule və Dilucu Gömrük Mühafizəsi Qaçaqmalçılıq və Kəşfiyyat Müdirlikləri tərəfindən aparılan narkotik risk analizi və hədəf təyini işləri çərçivəsində ölkəyə daxil olmaq üçün gömrük sahəsinə gələn şübhəli avtomobillərdə ətraflı yoxlamalar aparılıb. 1,3 tona yaxın narkotik vasitə müsadirə edilib:

- Ağrı Gürbulak Gömrük Qapısında 1167 kiloqram maye metamfetamin;

- Ədirnə Kapıkule Gömrük Qapısında 114 kiloqram marixuana:

- Iğdır Dilucu Gömrük Qapısında 23 kiloqram metamfetamin”.

Hurriyyet.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 17 Oktyabr 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri