Icma.az
close
up
RU
Azərbaycan güləş yığmalarının Avropa çempionatı üçün heyəti açıqlanıb

Azərbaycan güləş yığmalarının Avropa çempionatı üçün heyəti açıqlanıb

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 4 iyun, AZƏRTAC

İyunun 9-dan 15-dək Şimali Makedoniyanın paytaxtı Skopyedə 17 yaşadək güləşçilər arasında Avropa çempionatı keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, ölkəmizi qitə birinciliyində təmsil edəcək milli komandaların heyəti müəyyənləşib.

Yunan-Roma güləşi üzrə yığmanın üzvləri yarışın ilk günlərində xalçaya çıxacaqlar. Böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədov, Rasim Ağayev və Elbrus Məmmədovun rəhbərliyi ilə Abdulrəhman Hüseynli (45 kiloqram), Qurban Məcnunov (48 kiloqram), Elşad Abbasov (51 kiloqram), Ayxan Əsədli (55 kiloqram), Əli Nəzərov (60 kiloqram), Ramil Musayev (65 kiloqram), Yusif Əhmədli (71 kiloqram), Nicat Yeylaqaliyev (80 kiloqram), Səid Paşayev (92 kiloqram) və Rihad İbrahimli (110 kiloqram) uğur qazanmağa çalışacaqlar.

Daha sonra estafet qadın güləşinə keçəcək. Böyük məşqçilər Həsrət Məmmədyarov və Solmaz Adilovanın rəhbərliyi altında Nəzrin Əhmədli (46 kiloqram), Xədicə Qurbanzadə (49 kiloqram), Fatimə Bayramova (53 kiloqram), Ülviyə Musayeva (57 kiloqram), Esra Məmmədli (61 kiloqram), Fidan Babayeva (65 kiloqram) və Milana Bağırzadə (69 kiloqram) çıxış edəcəklər.

Yarışın sonlarında böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Yaşar Əliyevin rəhbərliyi altında sərbəst güləşçilər mübarizəyə qoşulacaqlar. Heyətdə Ömər Usubov (45 kiloqram), Rəvan Həsənzadə (48 kiloqram), Ramal Mirhüseynov (51 kiloqram), Ruslan Əlizadə (55 kiloqram), Həsən Həsənov (60 kiloqram), Tunar Nəsibov (65 kiloqram), İsa Yusibov (71 kiloqram), Əli Hacıyev (80 kiloqram), Səid Paşayev (92 kiloqram) və Hakim Tağıyev (110 kiloqram) yer alıblar.

Gündüz seansının görüşləri hər gün Bakı vaxtı ilə saat 12:30-da, axşam seansının qarşılaşmaları isə 20:00-da başlayacaq.

Qeyd edək ki, Avropa çempionatında I dərəcəli hakim Vüqar Şükürov ədaləti qoruyacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:274
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 İyun 2025 19:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see341

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see334

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see329

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see326

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see312

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see308

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see304

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see299

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see288

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see287

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see275

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see261

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see257

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see232

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see232

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see229

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see224

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see211

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri