Azərbaycan güləşçisi Qazaxıstanda qızıl medal qazanıb AZƏRTAC
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 29 nyabr, AZƏRTAC
Qazaxıstanın paytaxtı Astanada sərbəst güləş üzrə “Güləş ulduzları liqası” yarışı keçirilib.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, turnirdə ölkəmizi təmsil edən Ağanəzər Novruzov (74 kiloqram) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Həmyerlimiz əvvəlcə qazaxıstanlı Kanat Mussabekovu 3:1 hesabı ilə məğlub edib. Novruzov daha sonra rusiyalı Anzor Zakuyevi üstələyib - 2:1. Ağanəzər finalda isə özbəkistanlı Mirzo Xaitova 4:1 hesabı ilə qalib gəlib.

