Azərbaycan, Gürcüstan və Türkiyənin birgə hərbi təlimi başlayıb
Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan, Gürcüstan və Türkiyə nümayəndələrinin iştirakı ilə Azərbaycanda “Eternity-2026” kompüter dəstəkli komanda-qərargah təliminin açılış mərasimi keçirilib.
Gununsesi.info-ya bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində keçirilən təlimə Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə yanaşı, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə departamentinin və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti də cəlb olunub.
Açılış mərasimində çıxış edən general-mayor Vüqar Əliverdiyev tədbir iştirakçılarına müdafiə naziri general-polkovnik Zakir Həsənovun salamlarını çatdıraraq, qarşıya qoyulan tapşırıqların icrasında uğurlar arzulayıb. Təlimə hər üç ölkədən 200-dən çox şəxsi heyətin cəlb olunduğunu qeyd edib.
Çıxışlardan sonra təlimin məqsədi, qarşıya qoyulan tapşırıqlar, həmçinin aidiyyəti dövlət qurumlarının fəaliyyəti haqqında mərasim iştirakçılarına geniş məlumat verilib.
Bildirilib ki, mütəmadi keçirilən təlimin məqsədi regional iqtisadi layihələrin və strateji obyektlərin mühafizəsi üzrə birgə fəaliyyətlərin koordinasiyasını təkmilləşdirmək, eləcə də iştirakçıların təbii resursların daşınması zamanı təhlükəsizliyin təmin edilməsinə dair əməliyyat və analitik bacarıqlarını inkişaf etdirməkdir.
Qeyd edək ki, qarşılıqlı fəaliyyətin və təcrübə mübadiləsinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edən “Eternity-2026” kompüter dəstəkli komanda-qərargah təlimi noyabrın 20-dək davam edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 13 Noyabr 2026 10:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















