Icma.az
close
up
RU
“Azərbaycan Hava Yolları” və “Maldivian” aviaşirkəti strateji tərəfdaşlıq elan edir

“Azərbaycan Hava Yolları” və “Maldivian” aviaşirkəti strateji tərəfdaşlıq elan edir

Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.

Bakı – AZCON Holding şirkətlərindən olan "Azərbaycan Hava Yolları” (AZAL) Maldiv adalarının milli aviaşirkəti "Maldivian” ilə strateji tərəfdaşlıq haqqında müqavilə imzalayıb. Bu əməkdaşlıq AZAL sərnişinləri üçün Maldiv adalarına səyahət imkanlarını daha da genişləndirir.

Yeni tərəfdaşlıq çərçivəsində AZAL ilə uçan sərnişinlər Velana Beynəlxalq Hava Limanından (MLE) ölkənin ən iri daxili şəbəkəsinə sahib olan "Maldivian” aviaşirkəti vasitəsilə Maldiv adalarının 17 unikal istiqamətinə rahatlıqla səyahət edə biləcəklər. Əməkdaşlıq iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə, aviasiya və turizm sahəsində qarşılıqlı inkişafın təşviqinə töhfə verir. Bu tərəfdaşlıq, həmçinin AZAL-ın uçuş şəbəkəsini daha da genişləndirərək Maldiv adalarını səyahətçilər üçün daha əlçatan edir.

"Maldivian” ilə tərəfdaşlıq bizim üçün marşrut şəbəkəmizin genişləndirilməsi və beynəlxalq mövcudluğumuzun gücləndirilməsi istiqamətində mühüm addımdır. Bu əməkdaşlıq Azərbaycan və qonşu ölkələrindən olan sərnişinlərimizə yeni və cəlbedici səyahət imkanları yaradır, Maldiv adaları kimi dünyaca məşhur turizm istiqamətini daha yaxın edir. Əminik ki, bu tərəfdaşlıq gələcəkdə iki aviaşirkət arasında əlaqələrin daha da dərinləşdirilməsi üçün möhkəm platforma rolunu oynayacaq”, — deyə "Azərbaycan Hava Yolları”nın baş kommersiya inzibatçısı Cəmil Manizadə bildirib.

Qeyd edək ki, Maldiv adalarının milli aviaşirkəti "Maldivian” həm geniş daxili şəbəkəsi, həm də beynəlxalq uçuşların həyata keçirilməsi ilə ölkənin aparıcı aviadaşıyıcısıdır. Aviaşirkət 17 yerli hava limanına, eləcə də Hindistan, Çin və digər beynəlxalq istiqamətlərə reyslər yerinə yetirir. "Maldivian”, həmçinin dəniz təyyarəsi xidmətləri də göstərir və bununla sərnişinlərin fasiləsiz daşınmasını təmin edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 22 Sentyabr 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see178

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri