Icma.az
close
up
RU
Azərbaycan heç kimi zorla çıxarmayıb, bölgəni könüllü tərk edənlər öz seçimlərini ediblər

Azərbaycan heç kimi zorla çıxarmayıb, bölgəni könüllü tərk edənlər öz seçimlərini ediblər

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin “Berliner Zeitung” nəşrinə verdiyi müsahibədə səsləndirdiyi fikirlər, ölkəmizin haqlı mövqeyinin, hüquqi əsaslara və beynəlxalq normalara söykənən siyasətinin aydın təzahürüdür. O, həm Qarabağda aparılan genişmiqyaslı bərpa işlərini, həm də əhalinin təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışını beynəlxalq ictimaiyyətə dolğun şəkildə çatdırıb".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Ana Vətən Partiyasının sədr müavini, Milli Məclisin deputatı Günay Ağamalı Prezidentin köməkçisi Hikmət Hacıyevin “Berliner Zeitung” nəşrinə verdiyi müsahibədən danışarkən bildirdi.

"Qarabağ və Şərqi Zəngəzurda artıq 50 mindən çox azərbaycanlının yaşaması, təhsil alması və əmək fəaliyyəti ilə məşğul olması, bir zamanlar viran edilmiş torpaqlarımızda həyatın bərpasının rəmzidir. Bu gün həmin bölgə Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük bir tikinti meydançasına çevrilmişdir. Bu istiqamətdə görülən işlər milli iradənin, siyasi qətiyyətin və tarixi ədalətin bərpasıdır.

Eyni zamanda Hikmət Hacıyevin Qarabağda yaşamış ermənilərin qayıdışı ilə bağlı verdiyi cavab Azərbaycan dövlətinin inklüziv və qanunlara söykənən reinteqrasiya siyasətinin bariz nümunəsidir. Ermənistan tərəfindən təhrif edilən “etnik təmizləmə” iddialarına qarşı Prezident Administrasiyasının bu aydın mövqeyi beynəlxalq informasiya məkanında mühüm cavabdır. Azərbaycan heç kimi zorla çıxarmayıb, bölgəni könüllü tərk edənlər öz seçimlərini ediblər. Azərbaycan dövləti isə vətəndaşlıq əsasında, bərabər hüquqlarla birgə yaşayış modelini təklif edib və bu, hər bir suveren dövlətin təməl hüququdur", - deyə millət vəkili vurğuladı.

Günay Ağamalı qeyd etdi ki, ermənilərin Qarabağa qayıdışı məsələsi hal-hazırda özünün real məzmunundan daha çox siyasi təzyiq vasitəsi kimi istifadə edilir.

"Anti-Azərbaycan mövqeyində olan dövlətlər və siyasi mərkəzlər erməni lobbisinin təsiri əsasında bu kontekstdə mütəmadi olaraq qərəzli mövqe nümayiş etdirirlər. Əgər bu gün qayıdış hüququndan danışılırsa, ilk növbədə Ermənistan tərəfindən 1980–90-cı illərdə doğma yurdlarından zorla qovulmuş 250 mindən çox azərbaycanlının hüquqları ön planda dayanmalıdır. Onların da ata-baba torpaqlarına qayıtmaq hüququ var və bu hüququn tanınması, beynəlxalq təşkilatların ədalətli və obyektiv yanaşmasını tələb edir. Çünki, BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 13-cü maddəsi açıq şəkildə hər bir insanın öz vətəninə qayıtmaq hüququnu təsdiq edir. Eyni zamanda, Qaçqınların Statusuna dair Konvensiya və 1967-ci ildə qəbul edilmiş Pratokolda da eyni hüquqlar öz əksini tapır. Bu çərçivədə Qərbi Azərbaycandan olan soydaşlarımızın öz doğma yurdlarına qayıtması gözardı edilib, ermənilərin Qarabağa qayıdışı aktuallaşdırılırsa, bu, ən böyük ikili standartlar nümunəsidir. 

Azərbaycan dövlətinin yanaşması hüququn, tarixi ədalətin və insan haqlarının aliliyinə söykənir. Müsahibədə bu prinsiplərin ardıcıl şəkildə ifadə olunması, ölkəmizin beynəlxalq informasiya məkanında qətiyyətli və əsaslandırılmış şəkildə mövqeyini ortaya qoyduğunu bir daha təsdiqləyir", - deyə deputat yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 28 İyul 2025 19:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see309

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see214

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see204

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see198

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see189

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see175

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see168

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see162

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see155

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see151

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see147

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see143

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see142

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see140

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see138

“Qarabağ” “Araz Naxçıvan”a qarşı

14 Dekabr 2025 11:06see131

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see128

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see123

“İnter Mayami” dünya çempionu heyətinə qatdı 15 milyona

14 Dekabr 2025 13:18see122

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri