Icma.az
close
up
RU
Zahid Oruc: Azərbaycan Parlamenti 106 ildə heç bir ölkəyə qarşı işğal məqsədilə müharibə qərarı çıxarmayıb

Zahid Oruc: Azərbaycan Parlamenti 106 ildə heç bir ölkəyə qarşı işğal məqsədilə müharibə qərarı çıxarmayıb

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"800 yaşlı İngiltərə parlamenti ilə müqayisədə Azərbaycan qanunvericilik orqanı gənc sayılır, lakin milli parlamentarizm institutumuzun həyata keçirdiyi fəaliyyət bütün dünya üçün örnəkləri, meyar idealları var". 

Bakıvaxtı.az xəbər verir ki, bunu “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransında Milli Məclisin deputatı Zahid Oruc deyib.

Z.Oruc bildirib ki, 1990-cı illərdən indiyədək  Azərbaycan əleyhinə sanksiyalar istəyən ABŞ Konqresinin üzvləri, Qarabağa müstəqillik tələb edən Avroparlament təmsilçiləri, Qələbəmizə görə deputatların mandatını tanımayan AŞPA göstərib ki, corc vaşinqtonların, tomas cefersonların, mönteskyoların ədalət şüarları bayağı deklarasiyalardır. 

Onun sözlərinə görə, qanunverici orqanlar özünü qlobal güc sayan dövlətlərdə ali icra hakimiyyətlərinin hüdudsuz müharibə ambisiyaları, xalqın həyati ehtiyaclarını bir kənara qoyaraq, külli miqdarda büdcə vəsaitələrinə başa  gələn hərbi-sənaye komplekslərinin inkişafı və silahın qida istehsalını üstələməsi, min kilometrlərlə uzaqlarda təhlükəsizlik adı altında ölkələrin ərazi bütövlüyünə müdaxilələrdə əsas alət roluna çevrilib.

Deputat söyləyib ki, 90-cı illərdə xaricdən demokratiya idxalının nəticəsində ölkəmizin cənub, şimal və şərqində 3 separatçı parlament qurulub ki, onlardan ən təhlükəlisi və uzunömürlüsü Dağlıq Qarabağın hibrid qanunvericilik orqanı idi.

"Lakin Azərbaycan parlamenti işğalı aradan qaldırmağa çalışan millətimizin siyasi  iradəsinin təmsilçisi oldu. Qürurlu hadisədir ki, prezident İlham Əliyevin siyasi olimpə yüksəlişi də Milli Məclisdən keçərək  reallaşdı. Son 30 ildə işğal əleyhinə qəbul edilən saysız qanunvericilik aktları, dövlətimizin iqtisadi müstəqilliyini təmin edən onlarla neft müqavilələrinin ratifikasiyası və nəhayət, güclü ordunun  qurulması üçün yüzlərlə qərarlar Zəfər savaşına gedən yolları açdı".

Nəzərə çatdırıb ki, 2023-cü ilin 20 sentyabrında separatçı parlamentin ləgvi qanunçuluğun təntənəsi olub və indi Azərbaycan parlamenti qalib millətimizin siyasi iradəsini  təmsil edir və yeni qalibiyyət tarixi yazılır,, hüquq sistemimiz natam aktlardan, yarımçıq qərarlardan  xilas olur. 

"Qarşısında qalibiyyət bayrağı dalğalanan binanı Zəfər parlamenti adlandıra bilərsiniz. Prezidentin inaqurasiya mərasimləri göstərir ki, parlament ali dövlət binası və millətimizə şərəflə xidmətin yüksək and yeridir.
Yerləşdiyimiz regionda və keçmiş sovet məkanında parlamentlər uğrunda mübarizə ölkədaxili hadisə olmaqdan çıxıb, geosiyasi mənafelərin toqquşması meydanına çevrilib. Azərbaycan parlamenti müstəmləkəçiliyə, rəngli inqilablara və dövlət çevrilişlərinə qarşı  mübarizənin ön cəbhəsidir, xalqımızın coğrafi və etnik-milli bütövlüyünün vahid platformasıdır. Burada 106 ildə heç bir ölkəyə qarşı işğal məqsədilə müharibə qərarı çıxarmayıb. Əksinə, Balkanlarda, Kosovoda, Əfqanıstanda sülhyaradıcı missiyalara səs verilib.
Biz dünyada siyasi tərəfdaşlarımızı hər gün artırırıq.   Bu gün salona toplaşan yüzlərlə xarici parlamentarilər parlaq Qələbəmizi bölüşən, paylaşan həmfikirlər ordusudur. 
Biz Yeni Eraya, Yeni dövrə daxil oluruq. Bir əsrdən sonra xalqımızın Qalibiyyət Yüz ili başlanır. Bölgədə barışı gücləndirəcək sülh müqaviləsinin qəbulu və beynəlxalq təhlükəsizliyin təmin olunması ən böyük vəzifədir",- deyə deputat qeyd edib.

Mina Mikayılova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 07 Dekabr 2024 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see413

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see279

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see227

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see170

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see161

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see161

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see161

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see146

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see141

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see140

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see137

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see133

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see131

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see122

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri