Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

İsrailə yeni qırıcılar verildi

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Azərbaycan həm öz haqqının, həm də əzilən xalqların haqqının müdafiəsi uğrunda çalışan gücə çevrilib

Azərbaycan həm öz haqqının, həm də əzilən xalqların haqqının müdafiəsi uğrunda çalışan gücə çevrilib

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Azərbaycan müstəqillik qazandıqdan sonrakı dövrü 3 hissəyə ayırmaq olar: 1991-1993, 1993-2020 və 2020-ci ildən sonra. Bu dövrlərin hər biri öz xarakterik xüsusiyyətləri ilə fərqləndiyi kimi, beynəlxalq təşkilatlarda Azərbaycanın bu illərdəki fəaliyyətinin, aktivliyinin də müvafiq dövrlər üzrə, bir sıra amillərə görə fərqləndiyini söyləyə bilərik. 18 oktyabr 1991-ci ildə müstəqil olan dövlətimizin ilk işi beynəlxalq tanınmaya nail olmaq, beynəlxalq qurumlarda təmsiliyyət qazanmaq və əməkdaşlıq çərçivələrini genişləndirmək, o cümlədən həmin dövrdə yaşanan I Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq dəstəyə nail olmaq idi. Odur ki, müstəqillik qazandıqdan dərhal sonra beynəlxalq təşkilatlara müraciətlər ünvanlanmağa başlandı”.

Bu barədə Bizimyol.info xəbər portalına Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə danışıb. Politoloq qeyd edib ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının 9-11 dekabr 1991-ci il tarixlərində keçirilən Dakar Konfransına üzvlük müraciəti yolladı və beləliklə, İƏT ölkəmizin qatıldığı ilk beynəlxalq təşkilat oldu: “Dünyanın bütün müstəqil dövlətlərini birləşdirən, II Dünya Müharibəsi sonrası formalaşan dünya nizamının əsas təşkilati forması olan BMT-də üzvlük 1992-ci ilin mart ayının 2-də reallaşdı. 30 yanvar 1992-ci ildə Azərbaycan ATƏM (daha sonra ATƏT oldu) üzvünə çevrildi. Bu, Azərbaycanın üzv olduğu ilk Avropa təşkilatı idi. Halbuki, həmin dövrdə Azərbaycan SSRİ-nin süqutundan sonra (8 dekabr 1991-ci ildə) yaradılan MDB-yə qoşulmamışdı. Ümumiyyətlə, 20 yanvar hadisəsindən sonra Azərbaycanda Rusiyaya münasibət birmənalı deyildi”.

Şəhla Cəlilzadə

Şəhla Cəlilzadə deyir ki, Ermənistanın Qarabağda öz işğal siyasətini həyata keçirməsində Rusiyanın gizli rolu da təsirsiz deyildi. Xüsusilə, Xocalı faciəsindən sonra yaşanan daxili siyasi hadisələr fonunda 1992-ci ilin iyununda hakimiyyətə gələn Elçibəy tamamilə antiRusiya mövqeli idi. O, Rusiya hərbi bazalarını da ölkəmizin ərazisindən çıxartmışdı və MDB-yə qoşulmağa etiraz edirdi. Lakin, bu siyasət ölkəmizə xarici təsirləri o qədər çox artırmışdı ki. Azərbaycanın antiRusiya mövqeli siyasəti fonunda ABŞ-ın erməni lobbisinin təsiri ilə ölkəmizə qarşı Konqresdə 1992-ci ilin oktyabrında bədnam 907-ci düzəlişin qəbul edilməsi bu siyasətin nəinki milli və ölkədaxili, heç beynəlxalq miqyasda ölkə maraqlarına müsbət təsir etmədiyini sübut edir: “Odur ki, 15 iyun 1993-cü ildə hakimiyyətə gələrək Azərbaycanı daxili çəkişmələrdən, parçalanmadan qurtaran ümummilli lider Heydər Əliyev çoxvektorlu, balanslı xarici siyasət xəttini təsis etdi və bu xətdə görülən ilk işlərdən biri Azərbaycanın Rusiya ilə pozulan münasibətlərinin nizamlanması və MDB üzvlüyü idi. Beləliklə, Heydər Əliyev hakimiyyətə gələndən 3 ay sonra, yəni sentyabrda Azərbaycan MDB-yə üzv oldu. Bununla belə uzaqgörən siyasətçi olaraq Heydər Əliyev Rusiyanın hərbi-siyasi bloku olan KTMT-yə Azərbaycanın üzv olmasına imkan vermədi. Heydər Əliyev dünyanın müxtəlif qütbləri ilə, Avropa ilə, Amerika ilə, Türk Dünyası ilə sıx bağlar yaratmaq məqsədilə bu qütblərin təmsil olunduğu təşkilatlarla müxtəlif səviyyəli əməkdaşlıqlar təsis etdi. Məsələn, NATO ilə ikitərəfli əməkdaşlıq 1994-cü ildə başlandı. Azərbaycan özünü Avro-Atlantik təhlükəsizlik arxitekturasının bir parçası olaraq inşa etməyə başladı, NATO-nun beynəlxalq sülh əməliyyatlarına dəstək verdi. Beləliklə, biz 1993-2020-ci illəri Azərbaycanın müstəqil, azad və güclü dövlət olaraq özünüinşa dövrü olaraq xarakterizə edə bilərik. Bu illərdə Azərbaycan haqq səsini Avropada eşitdirmək üçün Avropa Şurasında (2001) da üzv oldu. Azərbaycan özünü bağlı hiss etdiyi Türk Dünyasının ilkin platforması və mədəni birliyinin (TÜRKPA) üzvü oldu, daha sonra onun siyasi birliyə (Türk Dövlətləri Təşkilatı) çevrilməsi prosesində lokomotiv güc olaraq iştirak etdi. Bu fəaliyyətlər bir çox aspektdən ölkə maraqlarımızın təmin olunmasına, mövqelərimizin beynəlxalq miqyasda gücləndirilməsinə xidmət etdisə də, Azərbaycanın azad siyasət yürütməsinə Avropada və Amerikada birmənalı münasibət olmadığı üçün, bir sıra antiAzərbaycan xarakterli qətnamələr də, məhz Avropa Şurasının Parlament Assambleyası kimi qurumlardan gəlirdi”.

Şəhla Cəlilzadə qeyd edib ki, 2020-ci ildən sonrakı dövr cənab Prezident İlham Əliyevin təsis etdiyi yeni dövr olaraq Azərbaycanın siyasi tarixinə Zəfər tarixi kimi yazılmaqdadır. Bu tarix Azərbaycanın suverenliyinin təmin olunması ilə yanaşı, beynəlxalq miqyasda fəaliyyətinin genişlənməsi ilə müşayiət olunur.

“Artıq Azərbaycan sadəcə öz haqqını bərpa etməyib, həm də dünyanın əzilən xalqlarının haqlarının müdafiəsi uğrunda çalışan aparıcı gücə çevrilib. Xüsusilə, Qoşulmama Hərəkatında 2011-ci ildən bəri üzv olan Azərbaycanın zəfər dövründə bu platformada fəaliyyətini genişləndirməsi, iyul, 2023-cü ildə bu hərəkat çərçivəsində təsis olunan Bakı Təşəbbüs Qrupu vasitəsilə kolonial siyasətdən əziyət çəkən xalqlara və dövlətlərə platforma yaratması vurğulana bilər. Azərbaycan 1991-2020-ci illərdə haqq səsini eşitdirmək və Qarabağ məsələsinə beynəlxalq dəstəyi artırmaq üçün beynəlxalq təşkilatlarda aktiv fəaliyyət yürüdürdüsə, yeni dövr öz xüsusiyyətləri ilə Azərbaycana yeni missiyalar bəxş edir. Təbii olaraq bu, ölkəmizi kolonial güclərin, o cümlədən Qərbin bir sıra dövlətlərinin əsas nişangahına çevirir. Təsadüfi deyil ki, bu gün Fransanın üstün mövqedə olduğu Frankafoniya və Avropa Parlamenti kimi qurumlarda ölkəmizə qarşı çox sayda bəyanat və qətnamələr qəbul edilməkdədir. Ermənistan hakimiyyətinin “Qarabağ Azərbaycandır” etirafına baxmayaraq, beynəlxalq antiAzərbaycan qrupların Cənubi Qafqaz siyasətində alət olaraq istifadə üçün canlı tutmağa çalışdığı separatçı rejimlə əlaqəli bəyanat və qətnamələrinin (mədəni irs, hərbi əsirlər, etnik-təmizlik, geri qayıdış, təzminat, insan hüquqları və s. iddialarla bağlı) artması Azərbaycan qarşısında yeni çağırışlar yaradır. Bu çağırışlara cavab olaraq, Azərbaycanın xarici siyasətində mühüm gedişlər edərək yeni dünya nizamının alternativ platforması, yeni ədalət anlayışı arayışında olan BRICS-də üzvlük niyyətini bəyan etməsi ilə yanaşı, xüsusilə vurğulanmalıdır ki, ölkəmiz milli və beynəlxalq aspektləri ilə əhəmiyyət daşıyan məsələləri özünə yaxın və bağlı hesab etdiyi platformalarda qaldırmağa və uğurlu nəticələr əldə etməyə geniş imkanlar yaradıb. Başqa sözlə, Azərbaycana qarşı iddiaların, qətnamə və bəyanatların verildiyi Avropa Parlamentinə cavabı niyə də TDT və İƏT, yaxud Qoşulmama Hərəkatı çərçivələrində verməyək?! Niyə Qərbin ədalətsiz mövqeyinə etiraz edən BRICS-də Azərbaycana qarşı AP-nin, Fransanın ədalətsiz mövqeyini işıqlandırmayaq?! Yeni dövrdə bu imkanlar Azərbaycanın zəfərini Qarabağdan Zəngəzura, ordan da dünyaya daşımağa bir qapı hesab oluna bilər”- deyə politoloq bildirib.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 05 Noyabr 2024 23:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see305

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see210

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see193

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see187

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see177

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see173

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see172

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see164

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see156

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see155

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see153

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see153

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see150

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see148

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see145

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see141

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see141

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see139

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri