Azərbaycan həndbol millisinin İslamiadadakı oyunlarının başlama vaxtı açıqlanıb
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanın qadın həndbol millisinin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada keçirilən VI İslam Həmrəyliyi Oyunlarındakı oyunlarının vaxtı açıqlanıb.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Həndbol Federasiyasından məlumat verilib.
B qrupunda çıxış edən komanda ilk matçını 13 noyabrda Qətər yığmasına qarşı oynayacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Milli komanda 15 noyabrda Özbəkistanla qarşılaşacaq. Oyun eyni vaxtda başlayacaq.
Son oyun isə 17 noyabrda saat 15:00-da Qazaxıstan millisi ilə keçiriləcək. Bütün qarşılaşmalar “Green Hall” Olimpiya Kompleksində oynanılacaq.
Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.
Bu mövzuda digər xəbərlər:Azərbaycan millisinin İslamiadadakı oyunlarının başlama vaxtı açıqlanıb
03 Noyabr 2025 13:29
Azərbaycanın həndbol millisinin İslamiadadakı hədəfi bəlli olub
25 Oktyabr 2025 16:51
Həndbolçularımızın İslamiadadakı oyunlarının VAXTI
12 Noyabr 2025 10:49
Azərbaycan millisinin oyunlarının təyinatı açıqlanıb
12 Mart 2025 15:11
İslamiadadakı bayraqdarlarımız bəlli oldu
07 Noyabr 2025 13:20
Baxış sayı:33
Bu xəbər 12 Noyabr 2025 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















