Icma.az
close
up
RU
Menu

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

Azərbaycan hərb tarixində mühüm mərhələ Qalib ordunun möhtəşəm ZƏFƏRİ

Azərbaycan hərb tarixində mühüm mərhələ Qalib ordunun möhtəşəm ZƏFƏRİ

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Hər bir dövlətin müstəqilliyi həm də onun güclü ordusu ilə ölçülür. Dövlətin siyasi sabitliyi, ərazi bütövlüyü və milli təhlükəsizliyi məhz Silahlı Qüvvələrin gücü ilə təmin olunur. Azərbaycan da bu baxımdan istisna deyil. 26 İyun – Silahlı Qüvvələr Günü ölkəmizin ordu quruculuğu tarixində mühüm bir dönüş nöqtəsini simvolizə edir. Bu gün yalnız bir bayram deyil, həm də Azərbaycan xalqının öz ordusuna olan etimadı, inamı və qürurunun ifadəsidir.

Azərbaycan Silahlı Qüvvələri zaman-zaman çətin sınaqlardan keçsə də, bu gün regionun ən güclü ordularından birinə çevrilib. Ən əsası isə müasir Azərbaycan Ordusu öz qüdrətini 2020-ci ildə – 44 günlük Vətən Müharibəsində tam şəkildə sübut edib. Bu, təkcə bir hərbi qələbə deyildi. Bu, milli ruhun, strateji liderliyin və texnoloji üstünlüyün sintezindən doğan tarixi Zəfər idi.

Hər il 26 iyun tarixində qeyd olunan bu əlamətdar gün, yalnız keçmişə deyil, gələcəyə də ümid və güvənlə baxmağın simvoludur. Çünki bu gün Azərbaycan Ordusu təkcə qalib deyil, həm də daim inkişaf edən, yenilənən və müasir döyüş tələblərinə cavab verən peşəkar bir hərbi qüvvədir.

Güclü, müasir və qalib Azərbaycan Ordusu artıq regionun deyil, dünyanın diqqətində olan bir hərbi modelə çevrilib. Bunu təkcə statistik göstəricilər deyil, sahənin peşəkar mütəxəssisləri və siyasi dairələrin rəyləri də təsdiqləyir.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Bakupost.az -a açıqlamasında bildirib ki, Azərbaycan ordusu bugünkü mövqeyinə gəlmək üçün çətin mərhələlərdən keçib:


"Hər bir ölkənin Silahlı Qüvvələri onun təhlükəsizliyinin əsas təminatçısıdır. Biz bu gün fəxr edirik ki, Azərbaycanın güclü, qüdrətli, qalib, müzəffər ordusu var. Ancaq əlbəttə ki, bugünkü ordunu qurmaq üçün illər lazım olub.

90-cı illərin əvvəllərində ordumuzun olmaması başımıza gələn fəlakətlərin əsas səbəbi idi. Ulu Öndər hakimiyyətə gəldikdən sonra vahid komandanlığa tabe olan nizami ordu yaratmaqla bugünkü qalib ordumuzun təməllərini qoydu. Əlbəttə ki, ordu quruculuğu çətin, məşəqqətli və uzun müddət tələb edən bir məsələdir.

Şəxsi heyətin, zabitlərin hazırlanması, peşəkarlığın artırılması, komplektləşdirilməsinin düzgün aparılması, ordunun təchizatı kimi məsələlər hər biri ayrılıqda mühüm bir vəzifə kimi ordu quruculuğu prosesində qarşımızda dururdu. Ötən illər ərzində bunun öhdəsindən uğurla gələ bildik. Amma bu da məsələnin hamısı deyil.

Ordunun təchizatında milli hərbi sənaye vasitələrinin olması çox mühüm əhəmiyyət kəsb edir. Çünki kənardan təchizat heç də həmişə uğurlu olmur. Ona görə də 2003-cü ildən sonra Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan dövlətçilik tarixində, hərb tariximizdə tamamilə yeni bir səhifə açmağı bacardı. Bu da ölkəmizdə hərbi sənayenin yaradılması idi. Və bütün bu addımların ümumi nəticəsini biz 44 günlük müharibədə gördük.

44 günlük müharibədə Azərbaycan Ordusu hərb tarixinin yeni bir səhifəsini açmağı bacardı. Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar bu gün müxtəlif ölkələrin hərbi ali təhsil müəssisələrində dərsliklərə salınıb. Bu, əlbəttə, qürurvericidir. Amma eyni zamanda bütün bunlar mütləq şəkildə Müzəffər Ali Baş Komandanın qətiyyətindən, təşkilatçılıq bacarığından və beynəlxalq nüfuzundan xəbər verir.

ƏlbəttəSilahlı Qüvvələr böyük gücdür. Amma Silahlı Qüvvələrin gücü siyasi diplomatiya ilə, liderlə, qətiyyətli Ali Baş Komandanla tamamlanmırsa, bu, hələ yarımçıq güc deməkdir. Biz bu gün fəxr edirik ki, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə xalqımızın qüdrətinin, gücünün bərqərar edilməsi nəticəsində əldə etdiyimiz tarixi zəfər Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerini, rolunu və nüfuzunu daha da artırıb."

AVP sədri Fəzail Ağamlı isə deyir ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 26 iyun 1918-ci il tarixli qərarı əsasında Əlahiddə Azərbaycan Korpusunun yaradılması ilə başlanan ordu quruculuğu az sonra Xalq Cümhuriyyətinin süqut etməsi ilə dayandırıldı:


"Kreml sarayının ordu məsələlərində azərbaycanlılarla bağlı neqativ mövqeyinə baxmayaraq, 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə hərbi kadrların hazırlanması prosesi yenidən başlandı. Heydər Əliyevin müstəsna xidmətləri milli ordu quruculuğunda dönüş nöqtəsi yaratdı və o, dinamik inkişaf xarakteri aldı.

Təməli 19 aprel 1971-ci il Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması ilə qoyulan müasir ordu quruculuğu Müzəffər Ali Baş Komandan İlham Əliyevin formalaşdırdığı müasir, modern və qalib ordu səviyyəsinə qaldırıldı.

Müzəffər sərkərdə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni faşizmi üzərində əldə etdiyimiz 44 günlük tarixi qələbə və bir günlük antiterror tədbirləri Silahlı Qüvvələrimizin adını dünya hərb tarixinə qızıl hərflərlə həkk etdirdi".

Hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, bu gün ordumuzun döyüş potensialı kifayət qədər yüksəkdir:


"Azərbaycan hazırda beynəlxalq reytinqlərdə dünyanın ən güclü 50 ordusu arasında yer alır. Bu, birmənalı olaraq Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan üzərində qazandığı parlaq qələbə ilə birbaşa əlaqəlidir. Digər tərəfdən, son 15 ildə ordumuzun təminatına və təchizatına kifayət qədər böyük vəsait sərf edilib. Ordumuz müasir texnika, silah-sursat, vasitə və avadanlıqlarla təchiz olunub. Müntəzəm olaraq təlimlər keçir. Bundna başqa, ordunun təchizatının xarici asılılıqdan azad edilməsi üçün yerli müdafiə sənayesi potensialı da kifayət qədər inkişaf etdirilir. Bir çox silah və sursatlar yerli müəssisələrdə istehsal olunur. Digər mühüm məsələ isə kadr hazırlanmasıdır. Belə ki, Azərbaycan Ordusunda xidmət edən zabitlər bütün təhsil pillələrini ölkəmizdə bitirə bilirlər. Ordumuzda daim yeniliklər tətbiq olunur.”

Ekspertin bu fikirləri 44 günlük Vətən Müharibəsində nümayiş etdirilən döyüş hazırlığı, texniki üstünlük və milli hərbi sənayenin töhfələri fonunda daha da əhəmiyyətli görünür. Çünki bu zəfər təsadüfi deyil, illərlə aparılan ardıcıl və məqsədyönlü siyasətin nəticəsidir.

44 günlük Vətən Müharibəsində qazanılan möhtəşəm Zəfər Silahlı Qüvvələrimizin gücünü və Müzəffər Ali Baş Komandanın sarsılmaz iradəsini dünyaya nümayiş etdirdi. 26 İyun – Silahlı Qüvvələr Günü hər bir azərbaycanlı üçün həm fəxarət, həm minnətdarlıq, həm də güvən günüdür.

Aysel,
BakuPost

QEYD: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" mövzusunda hazırlanıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 26 İyun 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see353

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see336

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see317

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see299

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see264

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see256

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see248

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see233

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see221

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see210

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see204

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see204

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see203

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see201

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see195

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see195

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see179

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see178

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see168

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri