Icma.az
close
up
RU
Azərbaycan heyəti Qazaxıstanda DATÜB tərəfindən təltif edildi FOTO

Azərbaycan heyəti Qazaxıstanda DATÜB tərəfindən təltif edildi FOTO

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Almatıda keçirilən “Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları” adlı tədbir çərçivəsində qardaş ölkəyə səfər edən Azərbaycan nümayəndə heyəti Dünya Axısxa Türkləri Birliyi (DATÜB) tərəfindən mükafatlandırılıb.

Globalinfo.az xəbər verir ki, bununla bağlı DATÜB sədri Ziyatdin Kassanov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Xalq şairi Sabir Rüstəmxanlı, Milli Məclisin deputatı Naqif Həmzə, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgər, “İpəkyolu” İctimai Diplomatiya Vəqfinin sədri Seyfullah Türksoy, Azərbaycan Turizm Assosiasiyasının Nəzarət-Təftiş Komitəsinin sədri Rəhman Quliyev və Qarabağ qazisi, “Veteninfo.az” saytının baş redaktoru Nahid Canbaxışlı “DATÜB-nin 30 illiyi” medalı ilə mükafatlandırılıb.

Mükafat adıçəkilən şəxslərə Axısxa türkləri ilə sərgilədikləri həmrəylik və onlara qarşı edilmiş haqsızlıqların təbliğatında oynadıqları rola, türk dünyası arasında mədəni körpülərin qurulması və Qazaxıstanla olan əlaqələrin inkişaf etdirilməsinə görə verilib.

DATÜB sədri Ziyatdin Kassanov xaricdə rəsmi səfərdə olduğu üçün mükafat nümayəndə heyətinə “Ata Yurd – Nomad” Respublika İctimai Birliyinin sədri Süleyman Əhmədov və “Axısxa” qəzetinin baş redaktoru Rövşən Məmmədoğlu tərəfindən təqdim edilib. Qonaqlara həmçinin qazax milli geyimi də hədiyyə olunub.

Qeyd edək ki, “Qazaxıstan–Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları” Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi, UNESCO-nun Qazaxıstan nümayəndəliyi, Dünya Axısxa Türkləri Birliyi (DATÜB), “İpəkyolu” İctimai Diplomatiya Vəqfi və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə baş tutub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 May 2025 21:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri