“Azərbaycan hökuməti bu istiqamətdə məqsədyönlü iş aparır”
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Siyasətimizin ana hədəflərindən biri 2030-cu ilə qədər illik transfert məbləğini daha 1,5 milyard dollar azaldaraq 5,5 milyard dollarlıq transfert hədəfinə çatmaqdır”.
“Qafqazinfo” xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Ümumilikdə büdcə üzrə əsas məqamları qeyd etdikdə, xüsusi olaraq nəzərəçarpan birinci məqam neftdən asılılığın daha da azaldılmasıdır. Artıq Azərbaycan hökuməti tərəfindən davamlı olaraq bu istiqamətdə məqsədyönlü iş aparılır. Növbəti ildə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti 17,1% olacaq. Cari ilə müqayisə etsək, bu, 1,7% bəndi daha azdır.
Və fiskal qayda tətbiq ediləndən bəri ən yaxşı göstəricimizdir. Hədəfimiz 2029-cu ildə bu kəsiri ÜDM-in 13%-ə, 30-cu ildə 12%-ə çatdırmaqdır. Və beləliklə də biz büdcənin dayanıqlığı baxımından çox ciddi bir uğur əldə etmiş olacağıq”, - nazir qeyd edib.
Nuranə Daxilqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 04 Noyabr 2026 11:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















