Icma.az
close
up
RU
Azərbaycan Türkiyə qardaşlığına qarşı təxribatlar “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”

Azərbaycan Türkiyə qardaşlığına qarşı təxribatlar “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

“Qarabağ zəfəridə Türkiyənin rolunu kiçiltməyə, Azərbaycanı Fələstinin düşməni kimi təqdim etməyə çalışırlar”

Tarixçi alim, professor Xaləddin İbrahimli Azərbaycan–Türkiyə münasibətlərinə yönəlik təxribatlarla bağlı fikirlərini bölüşüb. O bildirib ki, iki ölkə arasındakı əməkdaşlığı və qardaşlığı pozmaq üçün uzun illərdir müxtəlif cəhdlər edilib və bu cəhdlərin davam edəcəyi də istisna deyil. Professorun sözlərinə görə, belə fəaliyyətlər əsasən həssas mövzular üzərindən qurulur.

X.İbrahimli birinci növbədə Ermənistan məsələsindən istifadə edildiyini qeyd edib: “Uzun zamandır Ermənistan mövzusu üzərindən təxribatlar törədilir və iki ölkə arasında münasibətləri soyutmağa çalışırlar. İndi bu kart əldən çıxmaq üzrədir”.

İkinci həssas istiqamət kimi Azərbaycan-İsrail münasibətlərini göstərən İbrahimli deyib ki, bu məsələ hazırda ən aktual mövzulardan biridir və iki ölkə arasında soyuqluq yaratmaq üçün ən əlverişli sahə kimi qiymətləndirilir: “Bu mövzunu istismar edənlərin başında İran, sonra isə Rusiya gəlir. İran Azərbaycan-Türkiyə münasibətlərini pozmaq üçün Türkiyə cəmiyyətində qara təbliğat aparır. Rusiya da bu sahəni boş buraxmır. Ona görə də Türkiyə toplumunun bu mövzuya xüsusi diqqət yetirməsi gərəkir”.

Professor üçüncü mühüm istiqamət kimi Qarabağ zəfərini göstərib. O bildirib ki, Azərbaycanın daxilində Rusiya və İran agenturası bu qələbədə Türkiyənin rolunu kiçiltməyə çalışır: “Bu qüvvələr iki dövlət və iki millət arasında soyuqluq yaratmaq niyyətindədirlər. Halbuki gerçəklik budur ki, Türkiyə heç nə etməsə belə, İran və Rusiya kimi Ermənistana hər cür yardım etmədi, onun yanında dayanmadı. Həmişə Azərbaycanın yanında oldu. Qarabağ zəfərində Türk siyasəti, diplomatiyası və hərbi ağılı ortada idi və kifayət qədər dəyişdirici gücə malik idi”.

Dördüncü həssas mövzu kimi Azərbaycan–Fələstin münasibətlərini qeyd edən İbrahimli deyib ki, bu istiqamətdə də Türkiyə ictimaiyyəti yanlış yönləndirilir. Onun sözlərinə görə, İran agentləri Azərbaycanı Fələstin düşməni kimi təqdim etməyə çalışırlar.

“Halbuki Qarabağ məsələsində Fələstinin hər zaman Ermənistanı dəstəkləməsinə baxmayaraq, Türkiyənin Fələstin siyasəti nədirsə, Azərbaycanın da siyasəti aşağı-yuxarı odur. Fələstinlilərin özləri də bunu artıq hiss edir və təbii ki, xəcalət çəkirlər”, - deyə, o, bildirib.

Professor vurğulayıb ki, bu cür təxribatların təsirinə düşməmək üçün media xüsusi rol oynamalıdır:“İnsanların tamamı siyasətlə məşğul olmur. Təbliğat onları aldada və yanlış fəaliyyətə itələyə bilər. Ona görə belə həssas mövzular ilk növbədə medianın diqqətində olmalıdır. Media feyk xəbər yaymamalı və yayılan feykləri ifşa etməlidir. Bu halda siyasətlə məşğul olmayan böyük çoxluq aldanmayacaq və yanlış qərar qəbul etməyəcək. Siyasi idarəetmələr də bu məsələlərdə media ilə əməkdaşlıq etməlidir”.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 14 Noyabr 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see226

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see189

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see188

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see158

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see150

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see144

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see143

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see134

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri