Icma.az
close
up
RU
Azərbaycan İsrail diplomatik münasibətləri yeni mərhələdə Ölkəmiz “İbrahim Sazişləri“nə qoşulur?

Azərbaycan İsrail diplomatik münasibətləri yeni mərhələdə Ölkəmiz “İbrahim Sazişləri“nə qoşulur?

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Forbes-ın məlumatına görə, Azərbaycanın "İbrahim Sazişləri"nə qoşulması müzakirə edilir. Məqalədə qeyd olunub ki, adıçəkilən sənədə qoşulmaq üçün namizəd olan ölkələrdən biri də Azərbaycandır. Bildirilib ki, bu məqsədlə martın 17-də Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti İsrailə gedəcək. Heyətə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəsmiləri də daxildir. Səfər çərçivəsində İsrailin "Tamar" qaz yatağında 10% paya malik olmaq üçün əvvəlcədən elan edilmiş saziş imzalanacaq. Qeyd edək ki, "İbrahim Sazişləri" (Abraham Accords) 2020-ci ildə ABŞ-nin vasitəçiliyi ilə İsrail ilə bir neçə müsəlman ölkəsi arasında imzalanmış diplomatik sazişlər paketidir. Bu sazişlər çərçivəsində İsrail Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Sudan və Mərakeşlə rəsmi diplomatik əlaqələr qurub.

Bu barədə Moderator.az-a danışan Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə  bildirib ki,  Azərbaycan, İsrail ilə strateji və enerji sahələrində əməkdaşlığını davam etdirir, lakin ölkəmizin  “İbrahim Sazişləri”nə qoşulması barədə konkret informasiya mövcud deyil:

“Həm ABŞ-ın Ağ Ev administrasiyası, həm də Yəhudi Amerika  icması bu məsələyə dair açıqlama verməyib. Bu səbəbdən, Azərbaycan Yəhudi Media Mərkəzi kimi bir qurum, yalnız təsdiq olunmuş və etibarlı məlumatlara əsaslanaraq informasiya yaymağı üstün tutur.  

Donald Trampın birinci prezidentliyi dövründə başlanan müzakirələr, Joe Baydenin hakimiyyətə gəlişi ilə müəyyən fasilələrə uğramışdır. Tramp ikinci dəfə hakimiyyətə gəldikdən sonra “İbrahim Sazişləri” çərçivəsində bir canlanma müşahidə edilir. Azərbaycan bu sazişlərə qoşulması barədə danışmaq hələlik tezdir, çünki məsələyə dair dəqiq məlumat yoxdur və mövcud məlumatlar yalnız xarici mənbələrdə yer alır”.

Mehin Mehmanqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 Mart 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see189

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see183

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see147

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see146

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see144

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see130

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see125

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri