Icma.az
close
up
RU
Azərbaycan ictimaiyyəti son beş il ərzində iqtidarın mövcud istiqamətdəki davamlı təşəbbüslərinin şahididir

Azərbaycan ictimaiyyəti son beş il ərzində iqtidarın mövcud istiqamətdəki davamlı təşəbbüslərinin şahididir

Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ölkədə siyasi dialoq mühitinin daha da dərinləşdirilməsi, habelə milli maraqlar və dövlətçilik naminə siyasi proseslərdə etibarlı əməkdaşlıq münasibətlərinin bərqərar edilməsi məqsədilə mütəmadi surətdə müxtəlif səpkili layihələr icra olunur. Azərbaycan ictimaiyyəti son beş il ərzində iqtidarın mövcud istiqamətdəki davamlı təşəbbüslərinin şahididir.
Belə təşəbbüslərdən biri də dünən Prezident Administrasiyasının bilavasitə təşkilatçılığı ilə baş tutan növbəti Qarabağ səfəri oldu. Ölkədə fəaliyyət göstərən siyasi partiya rəhbərləri, politoloqlar, kütləvi informasiya vasitələrinin rəhbərləri və nümayəndələrinin iştirak etdiyi səfər çərçivəsində Laçında səfərdə olduq. Səfər çərçivəsində Zabuxçay su anbarı, Laçın şəhəri, o cümlədən Heydər Əliyev küçəsi, “Lacinema” kino mərkəzi, “Hoçazfilm” kinopavilyonu və Bəylik kəndində aparılan bərpa və yenidənqurma işləri ilə tanışlıq olduq, eləcə də “Zerti Aqro-Sənaye Parkı”nda fəaliyyət göstərən müəssisələr haqında ətraflı məlumatlar aldıq.
Uzun illər işğal altında olan dağıdılmış, viran qoyulmuş, yerlə yeksan edilmiş ərazilərimizdə sürətli bərpa işlərinin aparıldığını, insanlarımızın öz dogma yurdlarına qayıdışını görmək qürurverici bir hissdir. Səfər çərçivəsində biz Laçının iqtisadi, habelə turizm potensialı ilə də tanış olduq. Təbii landşaft, nadir təbiət, gözəl meşələr, dağlar, bulaqlar, çaylar, habelə icra olunan infrastruktur layihələri - bütün bunlar regionun inkişafı üçün zəmin yaradır.
Məsələnin digər tərəfi isə təbii ki, bu cür səfərlərin hakimiyyətlə siyasi partiyalar arasında konstruktiv əməkdaşlığın qurulması üçün yeni imkanlar yaratması ilə bağlıdır. Bu cür təşəbbüslər ölkəmizdə yeni siyasi mədəniyyətin formalaşdırılmasına mühüm töhfələr verir. Təsadüfi deyil ki, dövlətimizin başçısı öz çıxış və müsahibələrində siyasətdə sağlam münasibətlərin bərqərar olunması, siyasi dialoq mühitinin əhəmiyyəti və konstruktiv əməkdaşlığın vacibliyi kimi önəmli demokratik məzmunlu təzahürləri davamlı olaraq qeyd edir.
Səfər zamanı Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Laçın şəhərində iştirakçılar qarşısında çıxış edərək ötən dövr ərzində Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı şəkildə təşviq olunan həmrəylik mühitinin strateji əhəmiyyəti və mövcud istiqamətdə görülmüş işlər haqqında geniş məlumat verdi.
Ölkədə həmrəylik mühitinin qorunmasında siyasi partiyaların müstəsna əhəmiyyətini vurğulayan Administrasiya rəsmisi bildirdi ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə bütün dünya azərbaycanlılarının qürur mənbəyidir.
Sevindirici haldır ki, bu gün siyasi proseslərdə iştirak edən tərəflər arasında işgüzar mühitin və sağlam münasibətlərin qorunması məqsədilə atılan bütün addımlar siyasi partiya rəhbərləri tərəfindən də fəal şəkildə dəstəklənir. Bu isə etibarlı və davamlı münasibətlərin yaranması ilə yanaşı milli həmrəylik üçün də olduqca vacibdir.
Yusif Bağırzadə, politoloq
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 30 Aprel 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see601

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see213

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see136

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see134

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see130

“Öz özümə düşünürdüm: bu nə vaxt bitəcək?” Azərbaycan millisinin sabiq futbolçusunun ə MÜSAHİBƏSİ + FOTO

10 Noyabr 2025 12:07see130

Əsl zeytun yağını saxtasından ayırd etmək üçün DÖRD ÜSUL

10 Noyabr 2025 14:49see130

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see129

Bazar yanır SON DƏQİQƏ

10 Noyabr 2025 22:37see128

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see125

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see124

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see124

Narsissləri necə tanımaq olar? Psixoloqlar danışdı

10 Noyabr 2025 14:48see124

Xankəndi dən növbəti darmadağın VİDEO

10 Noyabr 2025 22:51see123

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see122

Stolüstü tennis yığmamız İslamiadada bürünc medal qazandı FOTO

10 Noyabr 2025 13:51see121

ABŞ və Rusiyanın müharibə RİTORİKASI Nüvə təhdidlərinin arxasındakı İQTİSADİ MARAQLAR

10 Noyabr 2025 15:01see121

“Müharibənin üçüncü günü anladım ki, uduzacağıq” Koçaryan Paşinyanı ittiham edib

10 Noyabr 2025 13:43see120

Qazaxıstanda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə abidə ucaldılacaq

10 Noyabr 2025 19:41see119

Hava KƏSKİN DƏYİŞİR? Bu ərazilərdə temperatur 3 dərəcəyə ENƏCƏK

11 Noyabr 2025 12:19see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri