Azərbaycan idmançıları ötən ay beynəlxalq yarışlarda 329 medal qazanıblar
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 4 noyabr, AZƏRTAC
Gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan İdman Akademiyasında təşkil olunan görüş Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Nazir beynəlxalq arenalarda qazanılan nailiyyətləri yüksək qiymətləndirib, bu münasibətlə idmançıları və onların məşqçilərini təbrik edib.
F.Qayıbov bildirib ki, oktyabr ayı ərzində Azərbaycanın Dövlət Himni 17 ölkədə səsləndirilib. Ötən ay idmançılarımız ümumilikdə 70 qızıl, 102 gümüş və 157 bürünc medal qazanıblar.
Görüş zamanı ay ərzində beynəlxalq arenalarda qazanılmış nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 04 Noyabr 2025 11:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















