Azərbaycan idmançısı pauerliftinq üzrə dünya çempionatında qızıl medal qazanıb AZƏRTAC
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 3 dekabr, AZƏRTAC
Rusiyanın paytaxtı Moskva şəhərində pauerliftinqin AWPC/WPC/WPSO-A/WPSO versiyası üzrə dünya çempionatı keçirilib. 560-a yaxın idmançının mübarizə apardığı yarışda Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Belarus, Macarıstan, Çexiya, Rusiya və digər ölkələrdən atletlər birincilik uğrunda mübarizə aparıblar.
AZƏRTAC xəbər verir ki, pauerliftinq üzrə Azərbaycan millisinin üzvü Zaur Cəfərov “bench press” hərəkətində 320 kiloqram nəticə ilə 7-ci dəfə dünya çempionu olub. O, həm də 3 cü dəfə “Elitar idmançı” tituluna yiyələnib.
İdmançı bu il iyunun 9-14-də Finlandiyanın Salo şəhərində AWPC/WPC versiyası üzrə keçirilmiş Avropa çempionatında da qızıl medal qazanmışdı. O, AWPC versiyası üzrə “bench-press” hərəkətində 263 kiloqram nəticə ilə 7-ci dəfə bu titula sahib çıxmışdı. Həmçinin yeni Avropa rekorduna imza ataraq, yarışın mütləq çempionu adına layiq görülmüşdü.
Xatırladaq ki, Azərbaycanın əməkdar idman ustası olan Zaur Cəfərov dəfələrlə nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 03 Dekabr 2024 15:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















