Azərbaycan ağırlıqqaldıranı dünya çempionatında gümüş medal qazanıb AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 14 dekabr, AZƏRTAC
Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Bəhreynin paytaxtı Manamada keçirilən ağırlıqqaldırma üzrə dünya çempionatında gümüş medal qazanıb.
AZƏRTAC xəbər verir ki, 109 kiloqram çəki dərəcəsində körpücük üzərinə çıxan idmançı birdən qaldırma hərəkətində 183 kiloqramı ram edib və bu hərəkətdə 4-cü olub.
Dadaş təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edərək tarixi uğur qazanıb. O, 221 kiloqramı başı üzərinə qaldıraraq bu hərəkətdə mundialın gümüş mükafatına sahib çıxıb.
Dadaşbəyli cəmi 404 kiloqram (183+221) nəticə ilə yekun sıralamada da 2-ci yeri tutaraq fəxri kürsüdə yer alıb.
Dadaş ötən il Səudiyyə Ərəbistanında keçirilən dünya çempionatında bürünc medal qazanaraq 18 illik fasilədən sonra bu nəticə nail olan ağırlıqqaldıran olmuşdu.
Qeyd edək ki, mundiala dekabrın 15-də yekun vurulacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 14 Dekabr 2024 21:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















