Azərbaycan İKT sektorunda illik ixrac həcmini 1 milyard dollara çatdırmağı hədəfləyir
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 9 iyun, AZƏRTAC
Azərbaycan informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunda illik ixrac həcmini hazırkı 25 milyon dollardan 1 milyard dollara çatdırmağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” mövzusunda keçirilən beynəlxalq tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, bu hədəf 2026-2030-cu illəri əhatə edən Rəqəmsal İnkişafın Sürətləndirilməsi üzrə Fəaliyyət Planında öz əksini tapıb: “Strategiya çərçivəsində ölkənin İKT sektorunun həcminin hazırkı 2,5 milyard dollardan iki dəfə artırılması və Azərbaycanın regional rəqəmsal haba çevrilməsi nəzərdə tutulur. Proqramın əsas istiqamətləri rəqəmsallaşmanın sürətləndirilməsi, süni intellekt, innovasiyalar və kibertəhlükəsizlik sahələrinin inkişafıdır. Bu prosesdə “mygov” platforması əsas rəqəmsal infrastruktur rolunu oynayacaq”.
Video - Mirrəsul Cəfərov
Fotoqraf - Tofiq Babayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 09 İyun 2026 10:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















