Azərbaycan ilə Çin arasında iqtisadi və investisiya əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 23 sentyabr, AZƏRTAC
Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov “Silk Road Fund”un idarəedici direktoru Deng Jinghua ilə görüşüb.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Çin arasında iqtisadi və investisiya əməkdaşlığının inkişaf perspektivləri, qarşılıqlı maraq kəsb edən layihələr və “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində tərəfdaşlıq imkanları müzakirə olunub.
Vurğulanıb ki, Azərbaycan ilə Silk Road Fund arasındakı əməkdaşlıq ölkəmizin beynəlxalq maliyyə platformalarında etibarlı tərəfdaş statusunu möhkəmləndirir. Bu əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsinə, strateji infrastrukturun inkişafına və qlobal sərmayə axınının cəlbinə mühüm dəstək verir, Azərbaycanın regional və qlobal iqtisadi təşəbbüslərdə daha fəal iştirakına şərait yaradır.
Tərəflər gələcək əməkdaşlığın gücləndirilməsi və yeni investisiya təşəbbüslərinin reallaşdırılması ilə bağlı fikir mübadiləsi aparıblar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 23 Sentyabr 2025 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















