Azərbaycan ilə Çin arasında radio və televiziya yayımı sahəsində əməkdaşlıq haqqında Memorandum imzalanıb
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Pekin, 24 iyun, AZƏRTAC
Çin Xalq Respublikasına səfər çərçivəsində iyunun 24-də Azərbaycan nümayəndə heyəti Çinin Radio və Televiziya Baş Dövlət İdarəsinin naziri xanım Çao Şumin və qurumun digər yüksəkvəzifəli şəxsləri ilə görüş keçirib.
AZƏRTAC xəbər verir ki, Audiovizual Şuranın sədri İsmət Səttarov Azərbaycanla Çin arasında digər sahələrdə olduğu kimi, audiovizual media istiqamətində də əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıb. O, hər iki ölkənin audiovizual tənzimləmə siyasəti ətrafında fəal dialoq apardığını qeyd edərək, müvafiq sahədə texnoloji mübadilə, süni zəka, irihəcmli data və 5G kimi innovativ həllərin tətbiqi, eləcə də sənayenin birgə inkişafının xüsusi əhəmiyyət daşıdığını bildirib.
Şura sədri, həmçinin qeyd edib ki, tənzimləyici qurumlar arasında davamlı və səmərəli əlaqələrin qurulması təcrübə mübadiləsini gücləndirəcək, koordinasiyalı fəaliyyətə töhfə verəcək.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov media sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq, institusional əlaqələrin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, müasir texnologiyaların tətbiqi, peşəkar kadr hazırlığı və qarşılıqlı təcrübə mübadiləsinin təşviqinin əməkdaşlığın əsas istiqamətlərindən olduğunu qeyd edib. O, həmçinin bildirib ki, media mühitinin qlobal çağırışlara uyğun şəkildə inkişaf etdirilməsi, xüsusilə dezinformasiya ilə mübarizə sahəsində yanaşma və mexanizmlərin paylaşılması qarşılıqlı fəaliyyətin əsas prioritetlərindəndir.
Sonra “Azərbaycan Respublikası Audiovizual Şurası və Çin Xalq Respublikasının Radio Yayımı və Televiziya Baş Dövlətİdarəsi arasında radio və televiziya yayımı sahəsində əməkdaşlıq haqqında Memorandum” imzalanıb. Memorandumun məqsədi radio yayımı və televiziya sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, təcrübə və kadr mübadiləsinin sürətləndirilməsidir.
Qeyd edək ki, Çin Xalq Respublikasına səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Media ilə iş sektorunun müdiri Kamran Həsənov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə Heyətinin sədri Vüqar Əliyev və “AnewZ” telekanalının İcraçı direktoru Rüfət Həmzəyev daxildir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 24 İyun 2025 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















