Azərbaycan ilə Kolumbiya arasında əməkdaşlıq müzakirə olundu Yeni Çağ Media
Icma.az bildirir, Yenicag portalına istinadən.
Noyabrın 12-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasının (COP29) Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti çərçivəsində Kolumbiya Respublikasının xarici işlər naziri Luis Gilberto Muriyo ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Yenicag.az-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Kolumbiya arasında əməkdaşlığın perspektivləri, ölkəmizin COP29 sədrliyi, mövcud təşəbbüs və prioritetlər müzakirə olunub.
Azərbaycan ilə Kolumbiya arasında ikitərəfli, o cümlədən BMT, Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli müstəvidə əməkdaşlığın məmnunluq doğurduğu diqqətə çatdırılıb.
İki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi üçün mövcud imkanların dəyərləndirilməsi və müzakirəsi istiqamətində siyasi məsləhətləşmələr mexanizmindən istifadənin vacibliyi vurğulanıb.
Ölkəmizin COP29 sədrliyi barədə ətraflı məlumat verən nazir Ceyhun Bayramov sədrlik prosesimizin bir çox ölkələr, o cümlədən Kolumbiya ilə iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlıq imkanlarımızı genişləndirdiyini qeyd edib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 13 Noyabr 2024 04:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















