Icma.az
close
up
RU
Azərbaycan ilə Qazaxıstan arasında imzalanmış strateji tərəfdaşlıq müqaviləsi iki ölkə arasında möhkəm hüquqi baza formalaşdırıb ŞƏRH

Azərbaycan ilə Qazaxıstan arasında imzalanmış strateji tərəfdaşlıq müqaviləsi iki ölkə arasında möhkəm hüquqi baza formalaşdırıb ŞƏRH

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 21 oktyabr, AZƏRTAC

Azərbaycan və Qazaxıstan münasibətləri ortaq tarixi və mədəni köklər üzərində qurulub və dövlət başçılarının şəxsi dostluq münasibətləri sayəsində gündən-günə inkişaf etməkdədir. Son illər prezidentlərinin müntəzəm şəkildə həyata keçirdikləri rəsmi və işgüzar səfərlər ölkələrimiz arasında münasibətlərin yeni mərhələyə qədəm qoymasına şərait yaradıb. Azərbaycan ilə Qazaxıstan arasında imzalanmış strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə və 170-dən çox sənəd iki ölkə arasında hərtərəfli əməkdaşlığın genişləndirilməsi üçün möhkəm hüquqi baza formalaşdırıb. Siyasi əlaqələrin dərinləşməsinin əsasını iqtisadi münasibətlərin inkişafı təşkil edir. Azərbaycan və Qazaxıstan yerləşdikləri əlverişli coğrafi mövqedən səmərəli istifadə edərək Orta Dəhlizi inkişaf etdirməklə Asiya ilə Avropa arasında mühüm körpü rolunu oynayırlar. Bu, yükdaşımaların həcmini artırmaqla yanaşı, tranzit potensialını da əhəmiyyətli dərəcədə genişləndirib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında İqtisadi siyasət və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov söyləyib.

O bildirib ki, 2024-cü ildə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımaların həcmi 62 faiz artaraq 4,5 milyon tona çatıb. Bu marşrut üzrə Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyədən olan 20-dən çox logistika və liman operatorunun birləşməsi daşımaları daha səmərəli edərək çatdırılma müddətini 38 gündən 19 günə endirib.

“Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda Zəngəzur dəhlizi Orta Dəhlizin mühüm seqmenti kimi beynəlxalq yükdaşımaların daha da artmasına imkan verəcək. Dəhlizin istifadəyə verilməsi Orta Dəhlizin uzunluğunu 600–700 kilometr qısaldacaq, nəticədə daşıma xərcləri 10–15 faiz azalacaq. Bu da Çindən Avropa ölkələrinə qədər uzanan xətt boyu dövlətlərin bu marşruta marağını artıracaq.

Orta Dəhliz təkcə yüklərin daşınması ilə məhdudlaşmır. 2026-cı ilin sonuna qədər tikintisi başa çatdırılması planlaşdırılan Xəzər dənizinin dibi ilə keçəcək rəqəmsal dəhliz və Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji şəbəkələrini birləşdirəcək yaşıl enerji dəhlizi əməkdaşlığın yeni mərhələsini açacaq. Bu layihələr regional və qlobal əməkdaşlığın dərinləşməsinə geniş imkanlar yaradacaq.

Qazaxıstan hazırda Azərbaycan ərazisindən BTC (Bakı–Tbilisi–Ceyhan) boru kəməri vasitəsilə ildə 1,5 milyon ton neft ixrac edir. Azərbaycan isə 2027-ci ilə qədər bu göstəricini 7 milyon tona çatdırmağı hədəfləyir.

Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsi dinamik şəkildə artır. Qazaxıstan Mərkəzi Asiyada Azərbaycanın birinci ticarət tərəfdaşıdır. 2024-cü ildə ticarət dövriyyəsi 470 milyon dollar təşkil etdiyi halda, bu ilin ilk 8 ayında 547 milyon dollara yüksəlib. Həmin il ərzində Azərbaycan Qazaxıstandan 450 mindən çox ton taxıl idxal edib. Ölkələrimiz Qafqaz və Türkiyə bazarlarında kənd təsərrüfatı məhsullarının emalı və paylanması üzrə birgə mərkəzlərin yaradılmasını da planlaşdırır.

İnvestisiya əməkdaşlığı da iqtisadi inteqrasiyanın mühüm istiqamətidir. Azərbaycanda Qazaxıstan kapitalı ilə 250-dən çox müəssisə qeydiyyata alınıb. İki ölkə arasında yaradılmış Birgə İnvestisiya Fondu 300 milyon dollarlıq nizamnamə kapitalı ilə qarşılıqlı investisiya mühitinin genişlənməsinə xidmət edir. Azərbaycan Qazaxıstan iqtisadiyyatına 225 milyon dollar, Qazaxıstan isə Azərbaycan iqtisadiyyatına 136 milyon dollar investisiya yatırıb. İki ölkə arasında fəaliyyət göstərən Hökumətlərarası Komissiyanın uğurlu fəaliyyəti və keçirilən birgə biznes forumlar yeni əməkdaşlıq imkanlarının üzə çıxarılmasına və əlaqələrin dərinləşməsinə mühüm töhfə verir”,-deyə A.Badamov vurğulayıb.

Deputat əlavə edib ki, Qazaxıstan, həmçinin işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işlərinə də qardaş dəstəyini göstərib. Füzulidə inşa edilərək istifadəyə verilmiş Kurmangazı adına Uşaq İncəsənət Mərkəzi Azərbaycan–Qazaxıstan dostluğunun rəmzinə çevrilib. Burada təhsil alan 100-dən çox şagird Qazaxıstanın tarixi və mədəniyyəti ilə tanış olaraq xalqlarımızın yaxınlaşmasına töhfə verir. Ümumilikdə Azərbaycan və Qazaxıstan qardaş və dost ölkələr olaraq ikitərəfli və çoxtərəfli əməkdaşlığı genişləndirir, beynəlxalq platformalarda eyni mövqedən çıxış edirlər. Əlaqələrin dərinləşməsi və vahid mövqedən çıxış etməyimiz regionda və dünyada mövqelərimizin möhkəmlənməsinə xidmət edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Oktyabr 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see212

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see203

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see190

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see180

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see173

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see163

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see142

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see141

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see140

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri