Icma.az
close
up
RU
Azərbaycan ilə Vyetnam arasında münasibətlər bütün istiqamətlər üzrə dinamik inkişaf edir

Azərbaycan ilə Vyetnam arasında münasibətlər bütün istiqamətlər üzrə dinamik inkişaf edir

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Namiq Əhmədov,

YAP Xəzər rayon təşkilatının sədri 

Azərbaycan ilə Vyetnam arasında yarım əsrdən artıq davam edən dostluq münasibətləri mövcuddur. Bu münasibətlərin əsası 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Azərbaycan SSR-ə səfəri ilə qoyulub. Həmçinin, 1983-cü ildə o dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin Vyetnama etdiyi səfər tərəflər arasında əlaqələrin möhkəmlənməsində mühüm rol oynayıb. Bu əlamətdar görüşlər, ölkələrimiz arasında əməkdaşlığın təməlini təşkil edib.

Dövlət başçımız cənab İlham Əliyevin 2014-cü ildə Vyetnama etdiyi dövlət səfəri və 2015-ci ildə Vyetnam Sosialist Respublikasının Prezidenti cənab Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfəri iki ölkə arasında əlaqələrin yeni mərhələyə qədəm qoymasına səbəb oldu. Həmin səfər çərçivəsində müxtəlif sahələri təmsil edən işgüzar dairələrin iştirakı ilə keçirilən Birinci Azərbaycan–Vyetnam biznes forumu tərəfdaşlıq üçün geniş imkanlar yaratdı. Əməkdaşlığın davamlı inkişafını təmin etmək məqsədilə iqtisadi, ticarət, elmi və texniki sahələri əhatə edən Azərbaycan–Vyetnam Hökumətlərarası Komissiyası fəaliyyət göstərir. Bu qurum qarşılıqlı təşəbbüslərin həyata keçirilməsi və daimi dialoqun aparılması üçün vacib platformadır. Həmçinin, iki ölkənin Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr də mütəmadi olaraq keçirilir və bu il aprelin ikinci yarısında növbəti görüş baş tutub. Parlamentlərarası əlaqələr də mövcuddur və hər iki ölkədə bu məqsədlə xüsusi işçi qrupları fəaliyyət göstərir. Azərbaycan və Vyetnam beynəlxalq səviyyədə, o cümlədən BMT və Qoşulmama Hərəkatı çərçivəsində də fəal əməkdaşlıq edir.

Azərbaycan Vyetnamla iqtisadi-ticarət sahəsində əlaqələrin genişləndirilməsinə xüsusi önəm verir. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsi 223,93 milyon dollar təşkil edib və bu sahədə daha böyük artım üçün potensial mövcuddur. Neft sahəsində də əməkdaşlıq uğurla davam edir. 2019-cu ildə “Binh Son Refinery and Petrochemical Company” ilə SOCAR arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Bu sahədə tərəfdaşlıq dərin tarixi köklərə malikdir. Çünki vaxtilə Azərbaycanlı mütəxəssislər Vyetnamda neft sənayesinin formalaşmasında mühüm rol oynayıblar.

Mədəniyyət, humanitar və təhsil sahəsində əlaqələrin təməli hələ sovet dövründə qoyulub. 1955-ci ildə bəstəkar Qara Qarayev Vyetnam müharibəsinə həsr olunmuş sənədli film üçün “Vyetnam süitası” bəstələyib. Bu əsər 2023-cü ildə Hanoyda tamaşaçılara təqdim olunub. 1959–1962-ci illərdə isə rejissor Əjdər İbrahimovun təşəbbüsü ilə Vyetnamda kino məktəbi yaradılıb və onun kino sahəsində verdiyi töhfələr Vyetnam tərəfindən yüksək qiymətləndirilib. Belə ki, o, ölkənin ali “Əmək” ordeninə layiq görülüb. İki Ölkə arasında mədəni əlaqələr daim inkişaf etməkdədir. 2024-cü ildə Bakıda Vyetnam əsgərlərinin qəhrəmanlığına həsr olunmuş “Əfsanə yaradanlar” filminin nümayişi keçirilmişdir. Həmin il Ho Şi Minin Azərbaycana səfərinin 65 illiyi münasibətilə Bakıda Vyetnam Günləri təşkil olundu. Heydər Əliyev Fondu da Vyetnamda bir sıra mühüm layihələr həyata keçirir. 2018-ci ildə Ha Giang bölgəsində ibtidai məktəb inşa edilib. 2024-cü ilin aprelində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Hanoya səfəri zamanı yüksək vəzifəli şəxslərlə, yaradıcı dairələrin nümayəndələri ilə və Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşlər keçirib. Hanoy Ticarət və Turizm Kollecinə Fondun maliyyə dəstəyi barədə sertifikat təqdim olunub.

Əməkdaşlığın perspektivli sahələrindən biri də turizmdir. Bakı ilə Vyetnam şəhərləri arasında birbaşa hava marşrutunun açılması, mədəniyyətlərarası əlaqələrin dərinləşməsinə və turizm proqramlarının inkişafına təkan verəcək. İki ölkə müxtəlif sahələrdə əməkdaşlıq üçün geniş imkanlara malikdir. İqtisadi-ticarət tərəfdaşlığı yalnız iqtisadi inkişafı stimullaşdırmaqla qalmayacaq, həm də qarşılıqlı faydalı əməkdaşlığın davamlı əsaslarını yaradacaq.

Beləliklə, Azərbaycan ilə Vyetnam arasında münasibətlər bütün əsas istiqamətlər üzrə dinamik şəkildə inkişaf edir. Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi cənab Lamın Azərbaycana səfəri, onun bu vəzifədə ilk xarici səfəri olmaqla, böyük siyasi əhəmiyyət daşıyır. Bu səfər ikitərəfli əlaqələrin dərinləşdirilməsinə və yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə töhfə verəcək. Bununla yanaşı, partiyalararası dialoqun inkişafı da mühüm əhəmiyyət daşıyır. Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasındakı münasibətlər yüksələn xətlə inkişaf edir. Gözlənilən səfər də bu əlaqələrin yüksək səviyyəsini təsdiqləyəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 May 2025 22:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see168

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri