Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Azərbaycan Prezidentinin informasiya diplomatiyası

Azərbaycan Prezidentinin informasiya diplomatiyası

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Xalqın maraqlarını qlobal məkana çıxaran Lider

2020-ci il oktyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi cəbhə xətti ilə bərabər, informasiya və diplomatiya meydanında da gərginliyin yaşanması ilə diqqət çəkirdi. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək məqsədilə apardığı haqlı mübarizənin izahını beynəlxalq ictimaiyyətə çatdırmaq, illərlə formalaşdırılmış saxta təbliğat stereotiplərini dağıtmaq üçün ardıcıl və məqsədyönlü informasiya strategiyası həyata keçirirdi. Prezident İlham Əliyevin 2020-ci il oktyabrın 9-da “CNN International” kanalının “Connect the World” verilişinə verdiyi geniş müsahibə də bu strategiyanın ən parlaq təzahürlərindən biri idi.

Dünyanın aparıcı media qurumları sırasında xüsusi yer alan “CNN International”da yayımlanan bu müsahibə Azərbaycanın informasiya diplomatiyasında dönüş nöqtəsi oldu. Prezident İlham Əliyev beynəlxalq auditoriyaya açıq, əsaslandırılmış və faktlara söykənən arqumentlərlə müraciət edərək Ermənistanın işğalçı siyasətini, Azərbaycanın 30 ilə yaxın davam edən səbrini və beynəlxalq hüququn pozulmasına qarşı ədalətli mübarizəsini aydın şəkildə geniş tamaşaçı kütləsinin diqqətinə çatdırdı.

Azərbaycan lideri müsahibədə hər bir suala dəqiqliklə, diplomatik ciddiyyət və məntiqli ardıcıllıqla cavab verdi. Dövlətimizin başçısı Ermənistanın 1990-cı illərin əvvəllərindən etibarən Azərbaycan torpaqlarını işğal etdiyini, bu qəsbin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi ilə rəsmən təsbit olunduğunu bildirdi. Müsahibənin ən mühüm cəhətlərindən biri isə ondan ibarət idi ki, Azərbaycan rəhbərinin arqumentləri beynəlxalq hüquqa, sənədlərə və faktlara əsaslanırdı.

Prezident İlham Əliyev bu yolla həm ölkəmizin mövqeyinin qanuniliyini sübut etdi, həm də Qərb auditoriyasına ünvanlanan dezinformasiyalara qarşı ən təsirli cavabı verdi. Xatırladaq ki, o dövrdə Qərb mediasında Ermənistanın “zərərçəkmiş tərəf” kimi təqdim edilməsinə yönələn cəhdlər fonunda dövlətimizin başçısının dəqiq faktlarla əsaslandırılmış mövqeyi Azərbaycanın informasiya mübarizəsində üstünlüyünü gerçəkləşdirdi.

Müsahibənin aparıcısı Qərb auditoriyasına tanış olan suallar vasitəsilə vəziyyəti “bərabər məsuliyyət” kontekstində təqdim etməyə çalışsa da, Prezident İlham Əliyev diplomatik peşəkarlıqla bu yanaşmanın əsassızlığını üzə çıxardı. Ölkə rəhbəri “Azərbaycan öz torpaqlarında döyüşür” və “Ermənistanın əsgərləri Azərbaycanın ərazisində olmamalıdır”, – deyə aydın şəkildə bəyan etdi. Bu sadə, lakin beynəlxalq hüququn mahiyyətinə əsaslanan cümlələr müsahibənin əsas ideoloji mesajına çevrildi. Prezident İlham Əliyevin ritorikası sakit, məntiqi və fakt baxımdan dolğun idi. O, emosiyalardan uzaq, analitik tonla danışaraq, Ermənistanın təxribatçı siyasətini ifşa etdi və beynəlxalq ictimaiyyətə Azərbaycanın ədalətli mövqeyini çatdırdı.

Prezident İlham Əliyev müsahibədə daha çox beynəlxalq hüququn prinsiplərinə istinad edərək BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmamasını, beynəlxalq ictimaiyyətin 30 il ərzində işğala laqeyd münasibətini vurğuladı. Dövlət başçısı, eyni zamanda, Azərbaycanın hərbi əməliyyatları beynəlxalq hüquqa uyğun şəkildə apardığını və əsas məqsədin öz ərazi bütövlüyünü gerçəkləşdirmək olduğunu bildirdi. Prezident İlham Əliyev bu arqumentlə təkcə diplomatik baxımdan deyil, həm də hüquqi cəhətdən Azərbaycanın mövqeyini legitimləşdirdi və beynəlxalq ictimaiyyətin biganəliyi nəticəsində ədalətin bərpası üçün alternativ yol qalmadığını xatırlatdı.

Müsahibədə dövlət başçısı Ermənistanın sentyabrın sonlarında başladığı hərbi təxribatlara, Gəncə, Tərtər, Mingəçevir kimi şəhərlərin raket atəşinə tutulmasına da toxundu. Azərbaycan lideri Ermənistanın dinc əhalini hədəfə almasını beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması kimi qiymətləndirdi. Respublikamızın cavab addımlarının məqsədinin isə yalnız hərbi obyektlərin zərərsizləşdirilməsi olduğunu vurğuladı. Bu yanaşma bir daha Azərbaycanın müharibə şəraitində belə beynəlxalq hüquqa sadiqliyini qoruduğunu, mülki əhalinin təhlükəsizliyi prinsipinə ciddi əməl etdiyini göstərdi.

Siyasi təhlilçilərin qənaətinə görə, Prezident İlham Əliyevin “CNN International”a müsahibəsi Qərb mediasında Azərbaycanın mövqeyinə münasibətin dəyişməsində mühüm rol oynadı. Müsahibədən sonra bir çox beynəlxalq analitiklər və media qurumları tərəfindən respublikamızın haqlı arqumentləri daha geniş işıqlandırılmağa başlandı. Ümumiyyətlə, bu, təkcə bir televiziya çıxışı deyildi, bu, eyni zamanda, Azərbaycan diplomatiyasının qlobal informasiya sisteminə birbaşa təsir nümunəsi idi. Azərbaycan liderinin aydın, emosiyasız, lakin prinsipial çıxışı beynəlxalq informasiya məkanında respublikamızın səsini gücləndirdi.

Analitiklərin fikrincə, dövlətimizin başçısının çıxışı kommunikativ baxımdan da ustalıqla qurulmuşdu. O, həm Qərb auditoriyasının düşündüyü suallara cavab verir, həm də dezinformasiyanın təsirini neytrallaşdırırdı. Məsələn, aparıcının Azərbaycanın Ermənistanın “mülki hədəflərini vurması” barədə sualına cavabında Prezident İlham Əliyev bunun dezinformasiya olduğunu, əslində, işğalçı ölkənin respublikamızın mülki əhalisini atəş altında saxladığını, günahsız soydaşlarımızın öldürüldüyünü qeyd etdi, bu arqumenti faktlar və real nümunələrlə möhkəmləndirdi. Belə bir metod beynəlxalq müstəvidə Prezident İlham Əliyevin informasiya diplomatiyasının əsas xüsusiyyəti, yəni erməni təbliğat maşınının fakt və dəlillərlə ifşası kimi dəyərləndirildi.

Yeri gəlmişkən, “CNN International” kimi nüfuzlu kanalda çıxış Prezident İlham Əliyevin beynəlxalq səviyyədə nüfuzunu daha da möhkəmləndirdi. O, müsahibədə təkcə dövlət başçısı kimi deyil, həm də beynəlxalq hüquq və geosiyasət məsələlərinə dərindən bələd olan bir lider kimi çıxış etdi. Azərbaycan liderinin məntiqi ardıcıllığı, arqumentlərin hüquqi və tarixi əsaslara söykənməsi dünya auditoriyasında Azərbaycanın haqq işinə inam yaratdı. Müsahibə, həmçinin Azərbaycanın informasiya məkanında artıq passiv mövqe tutmadığını, ölkəmizin öz həqiqətlərini beynəlxalq ictimaiyyətə birbaşa təqdim etdiyini göstərdi.

Xatırladaq ki, bu müsahibə Azərbaycanın informasiya diplomatiyasının tərkib hissəsi idi. Prezident İlham Əliyevin müxtəlif beynəlxalq media platformalarında – BBC, Al Jazeera, France 24, TRT, Euronews və digər kanallarda verdiyi müsahibələr kimi, “CNN International”dakı çıxışı da vahid məqsədə – Azərbaycanın milli maraqlarının müdafiəsinə xidmət edirdi. Ölkə rəhbərinin hər dəfə səsləndirdiyi – “Azərbaycan beynəlxalq hüququn yanında dayanır, ədaləti bərpa edir və regionda sülhün bərqərar olması üçün real əsas yaradır” mesaji da bu baxımdan mühüm önəmə malik idi.

V.BİNYATOĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Oktyabr 2025 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see318

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see289

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see286

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see267

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see260

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see248

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see243

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see241

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see234

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see217

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see212

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see201

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see195

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see191

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see189

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see188

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see181

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see175

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see172

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri