Icma.az
close
up
RU
Ankara Bəyannaməsi Türk Dövlətləri Təşkilatının iqtisadi əməkdaşlığını gücləndirməyi hədəfləyir ŞƏRH

Ankara Bəyannaməsi Türk Dövlətləri Təşkilatının iqtisadi əməkdaşlığını gücləndirməyi hədəfləyir ŞƏRH

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 30 yanvar, AZƏRTAC

Azərbaycan, Türkiyə və Özbəkistan arasında imzalanan Ankara Bəyannaməsi regional əməkdaşlıq, xüsusilə Orta Dəhliz və Zəngəzur Dəhlizi vasitəsilə ticarət və investisiya əlaqələrinin gücləndirilməsi istiqamətində mühüm mərhələdir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova AZƏRTAC-a şərhində bildirib ki, Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) Çin, Mərkəzi Asiya, Qafqaz və Avropa arasında əsas ticarət yoludur.

“Dünya Bankı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) hesabatlarına görə, hal-hazırda Orta Dəhliz Çin və Avropa arasında ticarətin təxminən 10 faizini təşkil edir. Bu rəqəmin 2030-cu ilə qədər 20-25 faizə çatacağı proqnozlaşdırılır. İnfrastrukturun inkişafı və alternativ ticarət marşrutlarına artan tələbat Orta Dəhliz vasitəsilə yük daşımalarını sürətləndirəcək və ənənəvi dəniz yollarından daha qısa və əlverişli alternativlər təqdim edəcək. Tədqiqatlar göstərir ki, bu dəhliz vasitəsilə tranzit müddətlərini 10-15 gün azaltmaq potensialı mövcuddur. Azərbaycanın, Türkiyənin və Özbəkistanın xarici işlər, ticarət və nəqliyyat nazirlərinin üçtərəfli görüşündə əsas müzakirə mövzularından biri olan Zəngəzur Dəhlizi Azərbaycanla ölkənin digər iqtisadi rayonu olan Naxçıvan arasında olan təxminən 40 kilometr uzunluğunda nəqliyyat marşrutudur və Orta Dəhlizin ən qısa keçid nöqtəsini təşkil edir. Türk dünyasının qapısı adlandırılan bu dəhlizin açılması Mərkəzi Asiyadan gələn malların Türkiyə və Avropaya sürətli və effektiv şəkildə çatdırılmasına imkan verəcək. İƏİT-in tədqiqatlarına görə, Zəngəzur Dəhlizi tam fəaliyyətə keçdikdən sonra bu dəhliz vasitəsilə illik 2 milyon ton yük daşınması gözlənilir ki, bu, Orta Dəhlizin tranzit imkanlarını daha da artıracaq”,- deyə o qeyd edib.

TDAM rəhbəri vurğulayıb ki, Ankara Bəyannaməsi həm də Türk Dövlətləri Təşkilatının (TDT) iqtisadi əməkdaşlığını gücləndirməyi hədəfləyir: “Hal-hazırda TDT ölkələri arasında ticarət dövriyyəsi ümumi ticarət həcminin 5-7 faizini təşkil edir, amma bu rəqəmin 2030-cu ilə qədər 15-20 faizə çatması proqnozlaşdırılır. Nəqliyyat əlaqələrinin yaxşılaşdırılması ilə regionlararası ticarət dövriyyəsində 10-15 faiz artım gözlənilir. Ankara Bəyannaməsində üç ölkə enerji, rəqəmsal infrastruktur və nəqliyyat kimi sahələrdə birgə layihələrin həyata keçirilməsinə və investisiyaların artırılmasına hazır olduqlarını bəyan ediblər. Nazirlərin üçtərəfli görüşündə müzakirə olunan Bakı-Tbilisi-Qars dəmir yolu və logistika mərkəzlərinin inkişafı kimi əsas layihələr Orta Dəhliz üzərində ticarət axınlarını sürətləndirəcək. Dünya Bankının hesablamalarına görə, bu istiqamətdə infrastruktur layihələrinə 2030-cu ilə qədər 10 milyard dollar səviyyəsində investisiya qoyulacağı gözlənilir ki, bu da regionda iqtisadi artımı sürətləndirəcək və ticarət əlaqələrini daha da möhkəmləndirəcək”.

Vüsalə Cəfərova əlavə edib ki, Ankara Bəyannaməsi Azərbaycan, Türkiyə və Özbəkistanı daha sıx iqtisadi və nəqliyyat əməkdaşlığına yönəldən razılaşma olmaqla Orta dəhliz və Zəngəzur dəhlizlərinin inkişafına dəstək verəcək.

“Dəhlizlər vasitəsilə tranzit daşımalarının artması ölkələrin TDT daxilində ticarət dövriyyəsini yüksəldəcək, daha sürətli və sərfəli nəqliyyat marşrutları təmin edəcək. Orta Dəhliz vasitəsilə Çin və Avropa arasındakı ticarətin artması TDT ölkələri arasında ticarət dövriyyəsinin 2025-ci ildə hədəflənən 100 milyard dollara çatdırılmasında həlledici əhəmiyyətə malikdir. Bu əməkdaşlıq Türk dövlətlərinin qlobal ticarət və nəqliyyat şəbəkələrindəki rolunu möhkəmləndirəcək və iqtisadi inteqrasiyasını sürətləndirəcək”,- deyə İİTKM rəsmisi vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Yanvar 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri