Icma.az
close
up
RU
Azərbaycan İran münasibətləri strateji müttəfiqliyə çevriləcək? ŞƏRH

Azərbaycan İran münasibətləri strateji müttəfiqliyə çevriləcək? ŞƏRH

Icma.az bildirir, Modern.az portalına istinadən.

Aprelin 28-də İran Prezidenti Məsud Pezeşkian 120 nəfərlik nümayəndə heyəti ilə Azərbaycana səfər edib. O burada dövlət başçısı İlham Əliyevlə məhdud və geniş tərkibdə görüşüb, Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan-İran biznes forumunda iştirak edib. Liderlərin görüşü olduqca səmimi keçib və bir-birlərinə "əziz qardaşım" deyə müraciət ediblər.

Qonşu dövlətlərlə münasibətlər Azərbaycanın xarici siyasətində prioritet təşkil edir. Türkiyə və Rusiya ilə müttəfiqlik, Gürcüstanla strateji tərəfdaşlıq mövcuddur. Pezeşkianın səfərindən sonra İranla əlaqələrin möhkəmlənməsi və münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qalxması ehtimalı yaranıb.

Mövzunu şərh edən Milli Məclisin Azərbaycan-İran Parlamentlərarası İşçi Qrupunun üzvü Aydın Mirzəzadə Modern.az-a bildirib ki, İran Prezidenti Məsud Pezeşkianın ölkəmizə səfəri Azərbaycan-İran münasibətlərində yeni mərhələnin əsasını qoyub:

"İran rəhbərinin Azərbaycanla münasibətlərə dair ciddi mesajları İranın öz şimal qonşusu ilə yaxşı münasibətlər qurmaqda maraqlı olduğunu göstərir. Azərbaycan isə həmişə İrana qarşı xoş, mehriban qonşuluq münasiəbətləri xəttindən yanaşıb. Heç zaman anti-İran kampaniyasına qoşulmamışıq. Azərbaycan ərazisindən İrana qarşı istifadəyə heç vaxt imkan verməmişik. İran bunu yaxşı bilir. Bu baxımdan bizim bu gün istəklərimiz və gələcəyə yönəlik niyyətlərimiz üst-üstə düşür".

Deputat qeyd edib ki, Azərbaycanın bir sıra ölkələrlə strateji müttəfiqlik praktikası İranla da mümkün ola bilər:

"Bizim yaxşı münasibətlərdən başqa, gələcək inkişaf variantımız yoxdur. İki ölkə rəhbərinin istəkləri üst-üstə düşürsə, bunu davam etdirmək olduqca vacibdir. İki ölkənin dostluğu, müttəfiqliyi artıq cəmiyyətlərdən gələn sosial sifarişdir. Liderlər bu gün xalqların iradəsini ifadə edərək, bir-birinə "əziz qaraşım" deyirlər. İran Prezidentinin Azərbaycana səfəri bundan sonra iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişafına çox ciddi təkan olacaq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:243
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Aprel 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see359

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see320

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see320

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see304

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see290

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see287

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see270

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see261

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see253

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see250

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see240

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see230

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see223

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see214

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see200

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see194

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see194

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see193

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri