Icma.az
close
up
RU
Azərbaycan İran: sükutdan dinamizmə

Azərbaycan İran: sükutdan dinamizmə

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Əməkdaşlığın təməlində liderlərin siyasi iradəsi dayanır

Artıq yerli ekspertlər Azərbaycan–İran münasibətlərində yeni eranın başlandığını əminliklə dilə gətirirlər. Doğrudan da, ikitərəfli münasibətlərdəki enişli-yoxuşlu dövrün səmimi qonşuluq, qarşılıqlı etimad atmosferinə köklənən yeni əməkdaşlıq yoluna qədəm qoymasını müşahidə etməkdəyik. Fikrimizcə, burada ən vacib məqam hər iki tərəfin münasibətlərin yalnız faydalı perspektivə hesablanmış müstəviyə köklənməsinə meyillənməsidir.

Mayın 18-19-da Tehranda keçirilən Dialoq Forumu Cənubi Qafqazdan tutmuş Yaxın Şərqə, Orta Asiyadan Avropaya qədər müxtəlif ölkələrdən nümayəndələrin iştirakı ilə regional və qlobal məsələlərin müzakirə olunduğu siyasi platformaya çevrildi. İran Prezidenti Məsud Pezeşkianın açdığı forumda dünyanın 53 ölkəsindən rəsmilər, tanınmış ekspertlər və jurnalistlər iştirak edirdi. “Bu gün regionda sülh üçün ideal şərait yaradılıb. Hətta deyə bilərik ki, regionda faktiki sülh və sabitlik hökm sürür. Azərbaycan əlindən gələni edəcək ki, regionda tam və yekun sülh bərqərar olsun”. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tehran Dialoq Forumunun panelində deyib. Bu barədə, o, həmçinin “3+3” formatının əhəmiyyətini, bölgədə regional təşkilatların funksionallığının artırılmasının vacibliyini qeyd edib. Tehran Dialoq Forumundakı çıxışında iki ölkə arasında tərəfdaşlıq üçün birlikdə modellər yaradıb inkişaf etdirilməsini xüsusi vuğulayan H.Hacıyev, həmçinin Azərbaycanda həyata keçirilən iqtisadi islahatlardan və beynəlxalq əhəmiyyət daşıyan infrastruktur layihələrdən söz açıb. Bu əsnada, o, Avrasiyanın nəqliyyat dəhlizinə yeni çalarlar qatacaq Şimal–Cənub layihəsinin əhəmiyyətinə toxunub: “Özümüz üçün yeni təhlükəsizlik arxitekturası qurmağa çalışmalıyıq və həyata keçiriləcək layihələri müəyyənləşdirməliyik”.

“Ermənistanla münasibətlərin normallaşdırılması məsələsində sülh müqaviləsinin əsasını təşkil edən beş prinsip və hətta bu sənədin mətni də Azərbaycan tərəfindən tərtib olunaraq Ermənistana təqdim edilib. Bu, Azərbaycanın regional sülh gündəliyinə nə qədər sadiq olduğu, onu nə qədər dəstəklədiyinin növbəti bariz təcəssümüdür”. Bu sözləri Prezidentin köməkçisi İranın “Tasnim” agentliyinə müsahibəsində söyləyib.

O, eyni zamanda, Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə işin yekunlaşdığını xatırladıb: “Müsbət bir haldır ki, sülh müqaviləsinin mətni yekunlaşıb. Amma bununla bərabər, Ermənistanla ikitərəfli əsaslarda olan açıq məsələlər var. Biz düşünürük ki, Ermənistan konstitusion əsasda Azərbaycana qarşı bütün ərazi iddialarına son qoymalıdır ki, regionda davamlı, qəti sülhə nail olaq”. Onun fikrincə, hazırda Cənubi Qafqaz regionunda sülh üçün əlverişli şərtlər formalaşıb: “Məmnunluqla deyə bilərik ki, Azərbaycanla Ermənistanın müstəqilliyini əldə etməsindən bu yana bu gün regionda sülh üçün ideal şərait yaranıb. Həqiqətən, regionda sülh var, sabitlik var. Hətta deyə bilərik ki, de-fakto regionda sülh var. Bunun hüquqi çərçivəyə salınması istiqamətində də Azərbaycan öz üzərinə düşəni edəcəkdir ki, regionda tam şəkildə qəti sülh bərqərar olsun”.

“Tasnim”ə müsahibəsində Azərbaycanın öz ərazi bütövlüyünü tam bərpa etdiyini, regionda sülh üçün əlverişli şəraitin formalaşdığını nəzərə çatdıran H.Hacıyev Cənubi Qafqazda yeni status-kvonun və reallığın yarandığını deyib: “Bu yeni status-kvo artıq işğala, təcavüzə deyil, beynəlxalq hüququn norma və prinsiplərinə, qanuna və ədalətə əsaslanan münasibətlərə əsaslanır”. Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Ermənistanla münasibətlərin normallaşdırılmasına dair sülh müqaviləsinin əsasını təşkil edən beş prinsip, hətta bu sənədin mətni Azərbaycan tərəfindən hazırlanıb və Ermənistana təqdim edilib: “Bu, Azərbaycanın regional sülh gündəliyinə nə qədər sadiq və dəstəkləyici olmasının bariz təzahürüdür. Müsbət fakt odur ki, sülh müqaviləsinin mətni tamamlanıb, amma, eyni zamanda, Ermənistanla ikitərəfli münasibətlərdə açıq suallar qalıb. Biz hesab edirik ki, Ermənistan Azərbaycana qarşı konstitusiya əsasında bütün ərazi iddialarına son qoymalıdır ki, regionda davamlı, yekun sülhə nail ola bilək”.

Daha sonra Azərbaycan–İran münasibətlərinə toxunan H.Hacıyev bildirib ki, bu münasibətlər özünün yeni inkişaf mərhələsinə qədəm qoyub: “İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri zamanı Prezident İlham Əliyevin onunla apardığı müzakirələr, eləcə də nümayəndə heyətlərii səviyyəsində baş tutan müzakirələr İran– Azərbaycan əlaqələrinin inkişafına yeni təkan, yeni nəfəs verdi. Buna əsaslanaraq, İrandan olan həmkarlarımızla bizim vəzifəmiz bu əlaqələri daha da inkişaf etdirməkdir”.

Yeri gəlmişkən, “Araz-2025” birgə təliminə İrandan cəlb olunan heyətin Bakıya səfəri, iki ölkənin təlim rəhbərləri və digər yüksək səviyyəli üzvləri arasında görüşün keçirilməsi Azərbaycan–İran əlaqələrinin normallaşmasına dəlalət edir.

Azərbaycanın erməni işğalından azad edilmiş ərazilərində İranın iştirakı ilə keçirilən hərbi təlimlər regionda yeni geosiyasi prosesin başlanğıcı ola bilər. Bu, eyni zamanda, bölgə ölkələrinə mühüm mesajdır: rəsmi Tehran artıq Azərbaycanla münasibətləri Ermənistanla tarixi balans üzərindən deyil, regiondakı mövcud reallıqların əsasında qurmağa və inkişaf etdirməyə qərar verib. Xüsusilə azad olunmuş torpaqlarda – yəni Qarabağda İran ordusunun iştirakı ilə keçirilən hərbi təlimlər rəsmi Bakının etimad göstərdiyi az ölkələrdən biri kimi Tehranın yeni rolunu ortaya qoyur. “Araz-2025” təlimləri təkcə iki ölkənin hərbi əməkdaşlığının güclənməsi deyil, eyni zamanda, bölgədə yenidən formalaşan güc balansının bariz nümunəsidir.

Onu da qeyd etməyi vacib sayırıq ki, rəsmi Tehranın Bakı ilə yaxınlaşmaya dəlalət edən təşəbbüsləri uzun müddət Ermənistan üzərindən yürütdüyü geosiyasi manipulyasiya siyasətindən tədricən uzaqlaşması anlamına gəlir. Yəni, Azərbaycan Prezidentinin köməkçisinin Tehran Dialoq Forumundakı çıxışı, eləcə də İİR-in yüksək çinli siyasiləri ilə keçirdiyi görüşlər və bu zaman müxtəlif sahələr üzrə sıx əməkdaşlığın gələcəyinə yönəlik pozitiv mesajların səslənməsi, eyni vaxtda “Araz-2025” birgə təlimlərin azad Qarabağda keçirilməsi İranın daşnakçı-revanşist Ermənistan hakimiyyətinin məkrli planlarına real və konkret cavabı, həmin qüvvələrə vurulan “solaxay sillədir”.

Cavid VƏLİYEV,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi xarici siyasət şöbəsinin müdiri

– Bakı və Tehran həm çoxtərəfli əməkdaşlığı, həm də qarşılıqlı etimadı gücləndirməyin yollarını aramaqdadır. Azərbaycan Prezidentinin verdiyi bütün mesajlarda bunu görə bilərik. Bəli, Bakı bölgədə yaratdığı yeni geosiyasi reallıq çərçivəsində İranı da birgə əməkdaşlığa cəlb etməyə çalışırdı. Araz çayı üzərindəki körpünü “Dostluq körpüsü” adlandıran dövlətimizin başçısının mesajlarına İranın yeni lideri Pezeşkianın reaksiyalarında müəyyən istiliyi görürük.

Məhz bunun nəticəsində iki ölkə arasında müsbət atmosferin yaranmağa başladığını deyə bilərik. Xüsusilə də iqtisadi, nəqliyyat, enerji sahələrində, o cümlədən hərbi seqmentdə də əlaqələrin intensivləşdiyini müşahidə edirik. Keçən ilin noyabrında, bu günlərdə isə işğaldan azad olunmuş Qarabağda birgə hərbi təlimlərin keçirilməsi irəliyə atılan mühüm addımlardır.

Prezidentin köməkçisi Hikmət Hacıyevin İrana səfəri, Tehran Dialoq Forumu çərçivəsində həm İİR Prezidentinin müşaviri, həm də Milli Təhlükəsizlik üzrə Ali Şuranın rəhbəri ilə görüşlərində qarşılıqlı pozitiv mesajların verilməsi uğurlu perspektivlər vəd edir. Yaxın aylarda Məsud Pezeşkianın İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə iştirak etmək üçün Xankəndiyə gələcəyi gözlənilir. Bunun özü çox böyük siyasi hadisə sayılır.

Azərbaycan–İran əməkdaşlığının inkişafı üçün ciddi potensial mövcuddur. Xüsusilə, “Qız qalası” və “Xudafərin” bəndlərinin inşası ilə bağlı imzalanmış müqavilələrin yerinə yetirilməsi, Araz dəhlizi layihəsinin reallaşdırılması fürsəti yarandı. Hətta tərəflər arasında strateji tərəfdaşlığa dair bəyannamənin imzalanması yönündə müzakirələr aparılır. Yəni, münasibətləri daha da inkişaf etdirməkdən ötrü tərəflərdə siyasi iradə var. Bu, olduqca vacib amildir. İran Prezidentinin Bakı səfərindən sonra verdiyi müsbət mesajlar münasibətlərin uğurlu perspektivini vəd edir.

Tofiq ABBASOV,
siyasi şərhçi

– Azərbaycan–İran münasibətlərinin bütün müstəvilərdə irəliyə getməsi yaxın qonşuların bir-birinə bağlılığını daha da gücləndirir. Bu bağlar bilavasitə insanların taleyi ilə əlaqədardır. Çünki ticari əlaqələrdə, yarmarkalarda, biznes-forumlarda həm o tərəfdən, həm də bizim nümayəndələr iştirak edirlər. Bu ünsiyyət və dialoqlarda bir-birini yaxından tanımaq fürsəti yaranır. Digər tərəfdən, həmin birbaşa əlaqələr üçüncü tərəflərin müdaxiləsinin qarşısını alır. O təsirlər isə yalnız korporativ maraqlara söykənən yanaşmalardır. Xeyirləri olmasa, belə bizim münasibətlərimizi daim gərginlikdə saxlamağa səy göstərirlər. Bu sırada tək Ermənistan yer almır, başqa ölkələr də var. Yəni, hər cür fitnə-fəsaddan istifadə edirlər ki, münasibətlərimizin normal inkişafına mane olsunlar.

Amma bizə elə gəlir ki, artıq o böhranlı dönəmlər arxada qalıb. Bu baxımdan, İran Prezidenti Məsud Pezeşkianın Bakıya rəsmi səfərində imzalanmış müqavilələrin hamısı gələcək perspektiv üçün nəzərdə tutulub. Həmin müqavilələr bizi bir-birimizə daha da yaxınlaşdıracaq və faydalarını ikimiz də görəcəyik. Mental baxımdan da İranla Azərbaycan arasında elə böyük fərq yoxdur. Ümumiyyətlə, Şərq xalqları qonşuluq siyasətlərində bir-birinə bələd olma amilinə söykənirlər. Əlbəttə ki, bu işdə siyasi liderlərin də öz rolu var. Hər iki ölkənin liderləri Bakıda bir-birinə “Qardaş!” deyə müraciət etdilər. Bizim hərbi əməkdaşlığımız da güclənir.

Ən vacib məsələ kommunikasiyalardan səmərəli istifadə etməkdir. Şimal–Cənub marşrutunun işə düşməsi, Fars körfəzi ilə Qara dənizin birləşməsi yüklərin ən qısa və ucuz yollarla ünvanlara çatdırılması deməkdir. Ermənistanın da bu layihələrə maraq göstərdiyini, “zamanın çağırışına qoşulmaq” meyillərini görürük. Amma bu əlverişli dəhlizlərdə heç bir potensialı olmayan İrəvanın iştirakı mümkün deyil. İran və Azərbaycan isə əməkdaşlığın platformalarını şaxələndirməklə bundan yalnız fayda götürəcəklər.

İmran BƏDİRXANLI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:240
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 May 2025 01:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yelo Bank dan mikro bizneslərə yay dəstəyi!

24 İyun 2026 14:50see274

“Aşkı Memnu”nun 82 yaşlı Firdevsi fit formada

24 İyun 2026 17:52see239

Tramp İranla sazişi tənqid edənlərə “maariflənməyi” tövsiyə edib

24 İyun 2026 00:19see235

“Fransadakı erməni diasporu maddi maraqlarını təmin etmək üçün Ermənistanın faciəsinə çalışır”

24 İyun 2026 19:47see229

Rəsmi Bakı Fransaya sərt cavab verdi

24 İyun 2026 18:34see228

QS sammitində Azərbaycan pavilyonu AÇILDI

24 İyun 2026 17:29see228

Ursula fon der Lyayenə qarşı istintaq başlanıldı − Zelenski ilə gizli söhbətə görə

25 İyun 2026 00:07see224

ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir FOTO

24 İyun 2026 17:47see224

ABŞ dan İran millisinə xoş xəbər

24 İyun 2026 01:30see213

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see207

Prezident İlham Əliyev bir sıra fərmanlarda dəyişiklik edib

24 İyun 2026 23:38see207

Qarabağ Universitetinin tələbəsi Xankəndidə qəzaya düşdü

24 İyun 2026 02:47see204

Qətər millisi qrupda qaldı

25 İyun 2026 01:26see204

Uşaqların boyunu uzadan qidalar Mütəxəssislər açıqladı

24 İyun 2026 22:50see202

Pezeşkiandan Şərifə: Biz buna hazırıq!

24 İyun 2026 00:51see200

Uşağınız televizora belə baxırsa, diqqətli olun! Onlarda bu xəstəlik ola bilər

24 İyun 2026 22:43see190

Qara Hot doq faydalı, yoxsa iyrənc?

25 İyun 2026 00:08see181

SOCAR İtaliya ilə enerji təhlükəsizliyi və investisiya layihələri üzrə fikir mübadiləsi aparıb

24 İyun 2026 17:58see171

ŞOK! 50 azərbaycanlı gizlicə Afrikaya aparılıb? Orqan mafiyasının dəhşətli şəbəkəsi üzə çıxdı

25 İyun 2026 12:26see171

Qobustanda yol polisindən yayınan sürücü həbs edildi KONKRET

25 İyun 2026 12:27see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri