Icma.az
close
up
RU
Bakıda qlobal rəqəmsal gələcək müzakirəsi

Bakıda qlobal rəqəmsal gələcək müzakirəsi

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Bakı qlobal rəqəmsal gündəmin mərkəzinə çevrilir. Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) ən nüfuzlu tədbirlərindən biri – Ümumdünya Telekommunikasiya İnkişaf Konfransı (WTDC-25) ilk dəfə olaraq MDB məkanında Azərbaycanda keçirilir.

Bu mötəbər məclis təkcə telekommunikasiya sahəsinin inkişafı baxımından deyil, həm də ölkəmizin artan qlobal rolunun göstəricisi kimi böyük əhəmiyyət daşıyır. Dünyada informasiya və kommunikasiya texnologiyalarının sürətlə dəyişdiyi bir vaxtda belə bir platformaya ev sahibliyi etmək Azərbaycanın rəqəmsal gələcəyə verdiyi önəmin bariz nümunəsidir.

Konfransın 2-ci günündə müzakirələrdə, ABŞ, Almaniya, Türkiyə, Rusiya, Fransa, İsrail, Yaponiya, Çin, Tailand, İsveçrə, Yunanıstan, Malayziya, Slovakiya, Qazaxıstan daxil olmaqla, 160-dan artıq ölkədən 2 min 500 nəfər iştirak edib. Onların arasında 60 ölkədən nazir və nazir müavini səviyyəsində nümayəndələr var. Konfransın gündəliyində olan Rəqəmsal inkişaf üçün qlobal yol xəritəsinin (2026–2029) qəbul edilməsi; qlobal səviyyədə razılaşdırılmış Bəyannamə və Fəaliyyət Planının hazırlanması; yeni regional təşəbbüslərin müəyyənləşdirilməsi; qlobal səviyyədə telekommunikasiyanın inkişaf prioritetlərinin müəyyən edilməsi; ən az inkişaf etmiş ölkələrin (LDCs), dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDCs) və kiçik ada və inkişaf etməkdə olan dövlətlərin (SIDS) rəqəmsal inkişaf ehtiyaclarının həll edilməsi kimi məsələlər diqqət mərkəzində olacaq.

Qlobal görüşə 500-dən artıq gənc də qatılıb. Paytaxtdakı konfransda həm beynəlxalq, həm də yerli gənclərin iştirakı onlara qlobal texnoloji tendensiyalarla tanış olmaq və beynəlxalq tərəfdaşlıqlar qurmaq üçün imkanlar yaradır.

Son illər ölkəmizdə həyata keçirilən ardıcıl siyasət nəticəsində rəqəmsal transformasiya dövlət inkişaf strategiyasının əsas sütunlarından birinə çevrilib. Təsdiqlənmiş rəqəmsal inkişaf konsepti çərçivəsində İKT infrastrukturu gücləndirilir, startap ekosistemi dəstəklənir, rəqəmsal xidmətlərin əhatəsi genişlənir. Genişzolaqlı sabit internet şəbəkələrinin qurulması, regionlarda internetin əhatə dairəsinin artırılması, kənd və ucqar ərazilərdə xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində irəliləyiş göz önündədir. Bu addımlar, rəqəmsal dünyaya inteqrasiya prosesini daha da sürətləndirir və ölkəni beynəlxalq texnoloji xəritədə mühüm mövqeyə daşıyır.

WTDC-25 Azərbaycanın beynəlxalq əlaqələrini genişləndirəcək, ölkəmizi qlobal telekommunikasiya gündəminin mühüm iştirakçısına çevirəcək. Dünyanın aparıcı şirkət və qurumlarının Bakıya gəlməsi yerli İKT sənayesinin imkanlarını dünya ictimaiyyətinə təqdim etmək, yeni tərəfdaşlıqlar qurmaq üçün unikal imkandır.

WTDC-25 çərçivəsində diqqət mərkəzində olacaq məsələlərdən biri də rəqəmsal bərabərlikdir. Gənclər, qadınlar və sosial cəhətdən həssas qruplar üçün rəqəmsal bacarıqların artırılması, regionlarda internet xidmətlərinin genişləndirilməsi, “rəqəmsal uçurum”un azaldılması üzrə qlobal təcrübənin paylaşılması Azərbaycan üçün mühüm dəyər kəsb edir. Bu istiqamətdə ölkəmizin son illərdə atdığı addımlar, “ağıllı kənd”, “yaşıl texnologiyalar”, innovativ nəqliyyat sistemləri kimi layihələr WTDC-25-in müzakirə mövzuları ilə tam uzlaşır.

WTDC-25 Azərbaycanın rəqəmsal inkişaf yolunda mühüm dönüş nöqtəsidir. Bu tədbir ölkəmizin texnoloji sahədə qlobal söz sahibi olmaq iddiasını gücləndirir, yeni əməkdaşlıqların, investisiya imkanlarının və strateji tərəfdaşlıqların qapısını açır. Azərbaycan bu gün artıq rəqəmsal transformasiyanın fəal iştirakçısıdır. Bakıda keçirilən bu mötəbər beynəlxalq konfrans ölkəmizi qlobal rəqəmsal gələcəyin formalaşmasında aparıcı mərkəzlərdən birinə çevirə bilər.

Bəhruz ƏLİYEV,
İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti

Ümumdünya Telekommunikasiya İnkişaf Konfransı 2025, qısaca WTDC 25 adlanan tədbir International Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) təşkil etdiyi 4 ildən bir keçirilən yüksək səviyyəli konfransdır. Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) Birləşmiş Millətlər Təşkilatının (BMT) sisteminə daxil olan ixtisaslaşmış agentliyidir. 2025-ci il Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının 17-28 noyabr 2025-ci il tarixlərində Bakıda keçirilməsi əlamətdardır.

Konfransın məqsədi ölkələrin, beynəlxalq təşkilatların və sənaye tərəfdaşlarının bir araya gəlməsi, telekommunikasiya və İKT sahəsində strateji prioritetləri müəyyən etmək, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında əlçatanlıq məsələlərini müzakirə etməkir. Bu baxımdan, tədbir texnoloji trendləri, ölkələrin rəqəmsal hazırlıq səviyyələrini və gələcəkdə hansı istiqamətdə irəliləyəcəklərini müəyyənləşdirmək üçün çox önəmlidir.

Dövlətimiz tərəfindən rəqəmsal inkişaf konsepti təsdiqlənib, bu konseptə əsasən, İKT infrastrukturu gücləndirilir, startap ekosistemi dəstəklənir və vətəndaşlara rəqəmsal xidmətlər genişlənir. Ölkədə internetin daha geniş əhatəli olmasına, sabit genişzolaqlı internet şəbəkələrinin qurulmasında uğurlu addımlar atılıb.

MDB məkanında bu cür tədbir ilk dəfə olaraq Azərbaycanda keçirilir. Bu, ölkəmizin regional liderlik mövqeyini daha da gücləndirir. Ev sahibliyi diplomatik baxımdan böyük imkandır. Ölkə adının qlobal rəqəmsal və telekommunikasiya gündəmini müəyyən edən platformada görünməsi, beynəlxalq əlaqələri artırması üçün fürsətdir.

Tədbir inkişaf strategiyalarını beynəlxalq təcrübə ilə uzlaşdıra bilər, bu isə ölkənin rəqəmsal transformasiyasını sürətləndirə bilər. Yerli sənaye və xidmət sahələrini beynəlxalq nümayəndələrə təqdim etmək, xarici investisiyaları cəlb etmək üçün fürsətlər təqdim edə bilər.

Tədbirdə müzakirə ediləcək bir çox mövzular var. Kibertəhlükəsizlik, rəqəmsal bacarıqların inkişafı, startap və innovasiya ekosistemi, infrastuktur və spektrin idarə edilməsi, kəndlərdə və az imkanlı bölgələrdə internetin yayılması kimi məsələlər, ITU-nun sənədlərinə görə, WTDC-nin fəaliyyət sahələridir. Ona görə də regionlara internet və xidmətlərin çatdırılmasını sürətləndirmək, rəqəmsal uçurumu azaltmaq, gənclərə, qadınlara və sosial cəhətdən az imkanlı qruplarda rəqəmsal bacarıqlar formalaşdırmaq, yerli startap və innovasiya şirkətlərini beynəlxalq arenaya çıxarmaq, potensial investisiyaları cəlb etmək əhəmiyyətlidir.

Nurlan ABDALOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Noyabr 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see841

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see556

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see318

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see301

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see287

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see284

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see282

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see272

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see236

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see210

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see196

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see189

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see189

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see187

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see187

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see186

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see182

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see182

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see175

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri