Azərbaycan, İran və Rusiya arasında nəqliyyat sahəsi üzrə üçtərəfli görüş Moskvada keçiriləcək
Icma.az, Missiya.az portalına istinadən məlumat yayır.
Azərbaycan, İran və Rusiya arasında nəqliyyat nazirlərinin növbəti üçtərəfli görüşü yanvarın 28-də Moskvada keçiriləcək.
Missiya.Az APA-ya istinadən xəbər verir ki, bunu İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq İran-Azərbaycan Birgə İqtisadi Komissiyasının 16-cı iclasında deyib.
O qeyd edib ki, Azərbaycanın İran və Rusiya arasında strateji mövqeyi üçtərəfli əməkdaşlığı inkişaf etdirmək və tranzit potensialını artırmaq üçün xüsusi imkanlar yaradır:
“Görüşdə xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizi ilə beş il ərzində 15 milyon ton yük daşınmasını hədəfləyən layihələr müzakirə olunub. Bu çərçivədə İran, Azərbaycan və Rusiya arasında nəqliyyat nazirlərinin növbəti üçtərəfli görüşü yanvarın 28-də Moskvada keçiriləcək".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 22 Yanvar 2025 21:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















