Azərbaycan İraqla monetar siyasətin təkmilləşdirilməsini müzakirə edib
Icma.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan və İraq arasında monetar siyasətin ötürücülük mexanizmlərinin təkmilləşdirilməsi müzakirə edilib.
Bu barədə Azərbaycan Mərkəzi Bankı xəbər verir.
Məlumata görə, qurumun sədri Taleh Kazımov İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində ölkəmizdə səfərdə olan İraq Mərkəzi Bankının sədri Əli Muhsin Əl-Əlaqın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüş zamanı monetar siyasətin ötürücülük mexanizmlərinin təkmilləşdirilməsi, ani və QR əsaslı ödənişlərin genişləndirilməsi, eləcə də müxbir bankçılıq əlaqələrinin dərinləşdirilməsi istiqamətində ölkə təcrübələri və tətbiq olunan yanaşmalar ətrafında müzakirələr aparılıb, iki ölkənin mərkəzi bankları və maliyyə sektorları arasında əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə ikitərəfli görüşlərin, peşəkar təlimlərin və təcrübə mübadiləsi proqramlarının təşkil edilməsi imkanları nəzərdən keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 18 İyun 2026 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















