Icma.az
close
up
RU
Azərbaycan İstiqlal və Milli Azərbaycan Tarixi muzeylərinə mediatur təşkil olunub

Azərbaycan İstiqlal və Milli Azərbaycan Tarixi muzeylərinə mediatur təşkil olunub

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 23 dekabr, Fidan Əlizadə, AZƏRTAC

“Konstitusiya və Suverenlik İli” çərçivəsində dekabrın 23-də Azərbaycan İstiqlal və Milli Azərbaycan Tarixi muzeylərinə mediatur təşkil olunub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə media nümayəndələrinə Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli muzey haqqında ətraflı məlumat verib.

O qeyd edib ki, Azərbaycan xalqının dövlətçilik tarixinin, milli azadlıq mübarizəsinin, istiqlal ideyalarının və suverenlik yolunun elmi əsaslarla toplanması, öyrənilməsi və nümayiş etdirilməsi məqsədilə 1918-ci ildə (1991-ci ildə yenidən fəaliyyətə başlayıb) yaradılan ilk muzey məhz Azərbaycan İstiqlal Muzeyidir.

S.Mirseyibli vurğulayıb ki, muzeyin ekspozisiyası 6 zaldan ibarətdir. Muzeyin əsas fondunda 18 mindən çox eksponat qorunur. “Fond 8 elmi inventar bölməsinə ayrılıb sənədlər, foto, foto-neqativ, numizmatika, qrafika, rəngkarlıq, heykəltəraşlıq və dekorativ-tətbiqi sənət. Muzeyin fondları bu istiqamətlər üzrə toplanır və mühafizə olunur. Azərbaycan İstiqlal Muzeyinin əsas missiyası Azərbaycan dövlətçiliyinin tarixi yaddaşını qorumaq, müstəqillik ideyasının inkişafını cəmiyyətə çatdırmaq, gələcək nəsillərə milli dövlətçilik dəyərlərini ötürmək, arxivlərin, sənədlərin və maddi-mədəni irsin qorunmasında elmi mərkəz kimi çıxış etməkdir”,- deyə S.Mirseyibli əlavə edib.

Daha sonra media nümayəndələri Milli Azərbaycan Tarixi Muzeyi ilə yaxından tanış olublar.

Diqqətə çatdırılıb ki, muzeyin yerləşdiyi bina böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin və ailəsinin yaşayış evi olub.

Bu binanın inşası ilə bağlı məlumat verilərkən bildirilib ki, burada 270 nəfər mühəndis, memar, dülgər, nəqqaş və digər ustalar çalışıb. Binanın daxili avadanlıqları Rusiya, Fransa, Amerika və Almaniyadan gətirilib. Sarayda isitmə və soyutma sistemləri quraşdırılıb. Otaqların hər birinin hündürlüyü 13,20 metrə çatırdı. Sütunlar almaz və rəngli güzgülü şüşələrlə bəzədilmiş, döşəmələr Rusiyadan gətirilmiş təbii rəngli ağcaqayın taxtalarla örtülmüşdü. Təkcə binanın tikintisinə 1,2 milyon rubl vəsait xərclənib. Aşağı mərtəbədə H.Z. Tağıyevin kontoru və digər otaqlar, ikinci mərtəbədə yaşayış otaqları, kabinet, Avropa və Şərq zalları, seyf otaqları, mətbəx və hamam yerləşirdi. Y. Məmmədəliyev küçəsinə ayrıca çıxışı olan üçüncü mərtəbə isə 16 otaqdan ibarət idi. 1914-cü ildən etibarən sarayda Hacı Zeynalabdin Tağıyevin rəhbərlik etdiyi Bakı Tacir Bankı da fəaliyyət göstərib”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Dekabr 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see159

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see156

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see155

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see146

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see146

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see144

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see136

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri