Icma.az
close
up
RU
Azərbaycan Milli İstiqlal Partiyasının Gənclər Təşkilatının üzvləri İsveçdə FOTO

Azərbaycan Milli İstiqlal Partiyasının Gənclər Təşkilatının üzvləri İsveçdə FOTO

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Milli İstiqlal Partiyasının Gənclər Təşkilatının üzvləri İsveçdə keçirilən “Azad Cəmiyyətin Prinsipləri” beynəlxalq yaz məktəbində iştirak edib.

Globalinfo.az xəbər verir ki, may ayının 5-9 da İsveçdə keçirilən “Azad Cəmiyyətin Prinsipləri” (Spring School 2025) beynəlxalq yaz məktəbində Azərbaycanı AMİP-in Gənclər Təşkilatının nümayəndələri təmsil edir.

İsveçin hakim Moderat Partiyasının Jarl Hjalmarson Fondu (JHS) tərəfindən təşkil olunan proqram, gənc siyasi fəalların azad cəmiyyətin əsas prinsipləri ilə tanış olmalarını, təcrübə mübadiləsi aparmalarını və beynəlxalq dialoqu təşviq etmələrini hədəfləyir.

Proqram çərçivəsində iştirakçılar hüququn aliliyi, demokratik institutların gücləndirilməsi və fərdi azadlıqlar kimi bir sıra vacib mövzularda interaktiv təlimlərdə iştirak edirlər. AMİP-in gənc nümayəndələri fəallıqları, geniş bilikləri və analitik baxış bucaqları ilə xüsusilə seçiliblər. Onların Azərbaycan cəmiyyətindəki dəyişikliklər, gənclərin rolu və demokratik dəyərlərin təşviqi ilə bağlı təqdimatları həm tədbir iştirakçıları, həm də təşkilatçılar tərəfindən yüksək qiymətləndirilib.

Yay məktəbində Moldova, Gürcüstan, Belarus, Ukrayna və ev sahibi İsveçin Moderat Partiyasının Gənclər Təşkilatının nümayəndələri də iştirak edirlər. Bu tədbir müxtəlif ölkələrin gənc liderləri üçün qarşılıqlı anlaşma və əməkdaşlıq imkanları yaradan mühüm bir platformadır.

Azərbaycan nümayəndələrinin bu nüfuzlu tədbirdə iştirakı ölkəmizin gənclərinin beynəlxalq siyasi maarifləndirmə proqramlarında fəal iştirakını və demokratiya, azad cəmiyyət kimi dəyərlərə sadiqliyini bir daha nümayiş etdirir. AMİP-in bu prosesdəki fəal rolu isə partiyanın gənclərlə bağlı strategiyasının və gələcək nəslin siyasi inkişafına verdiyi əhəmiyyəti bir daha təsdiq edir.

Safura Bənnayeva
Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 06 May 2025 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see192

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see189

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see172

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see163

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see161

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see158

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see155

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see153

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see151

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see143

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see143

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see140

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see135

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see134

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see133

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see132

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see126

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri