Azərbaycan İsveçrəyə qızıl tədarükündən qazancınınə qədər artırıb?
Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu ilin yanvar-iyun aylarında Azərbaycan 3 milyard 670 milyon 632 min ABŞ dolları dəyərində 24 min 231,8 kiloqram qızıl (qızıl, digər yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər/ qızıl, sikkə kəsilməsində istifadə olmayan, digər emal olunmamış formalarda) ixrac edib.
"AzPolitika" xəbər verir ki, bu barədə "Report" Dövlət Statistika Komitəsinin məlumatları əsasında hesablamalar aparıb.
Bildirilir ki, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 25,5 dəfə, kəmiyyət olaraq – 12,4 dəfə çoxdur.
Azərbaycan Böyük Britaniyaya 3 milyard 468 milyon 462 min ABŞ dolları dəyərində 21 min 902 kiloqram və İsveçrəyə 202 milyon 169 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 40,4 % çox) 2 min 329,8 kiloqram (+18,9 %) məhsul satıb.
Hesabat dövründə Azərbaycana xaricdən 15 milyon 270 min ABŞ dolları dəyərində (-99,5 %) 91,5 kiloqram (-99,7 %) qızıl gətirilib.
Azərbaycan Türkiyədən 12 milyon 405 min ABŞ dolları dəyərində (-87,5 %) 72,4 kiloqram (-93,5%), İsveçrədən 2 milyon 785 min ABŞ dolları dəyərində (-98 %) 19 kiloqram (-98,7 %) və Birləşmiş Ərəb Əmirliklərindən 80 min ABŞ dolları dəyərində 0,1 kiloqram (1 il əvvəl tədarük olmayıb) qızıl alınıb.
Ötən il Azərbaycan ancaq İsveçrəyə qızıl satıb. Bu ölkəyə 326,2 milyon ABŞ dolları dəyərində 4 min 522 kiloqram qızıl tədarük olunub ki, bu da 1 il əvvəlki göstəricidən müvafiq olaraq 54 % və 6 % çoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 13 Avqust 2026 14:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















