Icma.az
close
up
RU
Azərbaycan İtaliya münasibətləri Avropa məkanında seçilən nümunələrdəndir RƏY

Azərbaycan İtaliya münasibətləri Avropa məkanında seçilən nümunələrdəndir RƏY

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 6 may, AZƏRTAC

İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri və Prezident İlham Əliyev ilə görüşü iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini göstərir. Danışıqlarda həm mövcud əlaqələr, həm də gələcək planlar diqqət mərkəzində olub. Bu təmaslar uzunmüddətli birgə fəaliyyətə xüsusi önəm verildiyini nümayiş etdirir. Azərbaycan ilə İtaliya arasında münasibətlər Avropa məkanında seçilən nümunələrdəndir. Bu bağların əsasında qarşılıqlı etimad, siyasi sabitlik və davamlı dialoq dayanır. İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olması iqtisadi münasibətlərin möhkəm əsaslara söykəndiyini təsdiqləyir. Bununla yanaşı, yeni istiqamətlər üzrə imkanlar da nəzərdən keçirilir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov söyləyib.

O qeyd edib ki, ikitərəfli iqtisadi əlaqələr əsasən yanacaq-enerji sektoru üzərində qurulub və strateji əhəmiyyət daşıyır. Azərbaycanın təbii ehtiyatlarının İtaliya bazarına çıxarılması Avropada təchizatın sabitliyinə töhfə verir. Xüsusilə Cənub Qaz Dəhlizi vasitəsilə qaz nəqli müxtəlif mənbələrdən istifadə imkanlarını genişləndirir. Prezident İlham Əliyevin bəyanatına əsasən, İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır və ticarət dövriyyəsi 12 milyard dollara yaxınlaşır, eyni zamanda, İtaliya şirkətləri Azərbaycanın azad edilən ərazilərində aparılan bərpa və quruculuq işlərində iştirak edir. Bu proses çərçivəsində müasir texnologiyalar tətbiq olunur, şəhərsalma sahəsində qabaqcıl yanaşmalar istifadə edilir. Nəticədə bölgələrdə dayanıqlı inkişaf üçün əlverişli şərait formalaşır. Bununla yanaşı, qeyri-neft sahəsində də geniş imkanlar mövcuddur. Kənd təsərrüfatı, sənaye və turizm istiqamətlərində həyata keçirilən layihələr iqtisadi əlaqələrin daha da genişlənməsinə şərait yaradır. Bu baxımdan sərmayələrin artırılması xüsusi əhəmiyyət kəsb edir.

S.Hümbətov bildirib ki, iki ölkə arasında siyasi dialoq ardıcıl və konstruktiv xarakter daşıyır. Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə dəstək verir və qlobal məsələlərdə yaxın mövqe nümayiş etdirirlər. Bu isə əlaqələrin daha geniş platformalarda da əhəmiyyətini artırır. Təhsil və humanitar sahədə əlaqələr diqqət çəkir. Azərbaycanlı tələbələrin İtaliyanın ali məktəblərində təhsil alması bilik və təcrübə mübadiləsinə imkan yaradır. Bu, gələcəkdə peşəkar kadrların yetişməsinə töhfə verir. İtaliya-Azərbaycan Universiteti kimi təşəbbüslər elmi mühitin inkişafına xidmət edir. Mədəniyyət sahəsində də qarşılıqlı maraq müşahidə olunur. Sərgilər, konsert proqramları və müxtəlif tədbirlər vasitəsilə xalqlar bir-birini daha yaxından tanıyır. Bu cür addımlar ictimai əlaqələrin güclənməsinə müsbət təsir göstərir.

“Ümumilikdə, Azərbaycan–İtaliya münasibətləri qarşılıqlı fayda prinsipi üzərində qurulub. Hər iki ölkənin yerləşdiyi regionlarda artan rolu bu əlaqələrin əhəmiyyətini daha da artırır. Mövcud əlaqələr gələcək inkişaf üçün möhkəm zəmin yaradır və uzunmüddətli perspektivdə davamlı inkişafı təmin edir”, - deyə politoloq əlavə edib.

Müxbir - Mehrac Ağasiyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 May 2026 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see359

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see320

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see320

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see304

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see290

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see287

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see270

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see261

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see253

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see250

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see240

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see230

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see223

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see214

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see200

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see194

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see194

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see193

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri