Icma.az
close
up
RU
Şöhrətin dəli etdiyi 5 ULDUZ

Şöhrətin dəli etdiyi 5 ULDUZ

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şöhrət təkcə ictimai heyranlıq gətirmir, eyni zamanda böyük bir təzyiq də yaradır. 2000-ci illərdə bu ulduzlar hər kəsin dilində idi – onların mahnıları, rolları və obrazları bütöv bir dövrün simvollarına çevrilmişdi. Lakin uğur sınağından hər kəs keçə bilməyib.

Lent.az bu materialda şöhrətin onları sözün əsl mənasında sınadığı və dəli olmaq həddinə çatdırdığı 5 məşhuru xatırladır.

Amanda Bayns

Cəmi on yaşında Amanda Bayns artıq ulduz idi – “All That” televiziya şousunda debüt edib, daha sonra isə şəxsi verilişi olub. Rollar ard-arda gəlib və Amanda tezliklə diqqət mərkəzinə çevrilib. Lakin gənc yaşda qazanılmış şöhrət ciddi bir sınağa çevrilib: həddən artıq mediada görünmək və təzyiq ulduzu yorub.

Zaman keçdikcə onun psixi sağlamlığı və qadağan olunmuş maddələrdən istifadə ilə bağlı problemləri başlayıb. O, valideynlərini həddən artıq nəzarətdə və pullarını mənimsəməkdə ittiham edib ki, bu da onun emosional vəziyyətini daha da ağırlaşdırıb.

2010-cu ildə, 24 yaşında aktrisa karyerasını bitirdiyini açıqlayıb. Daha sonra psixiatriya klinikasına yerləşdirilib və 2013–2022-ci illərdə demək olar ki, on il anasının qəyyumluğu altında yaşayıb.

Amandanın görünüşü də dəyişib: saçlarını qaraya boyayıb, üzünə və bədəninə döymələr etdirib, kökəlib və səliqəsiz geyinməyə başlayıb. Lakin uzun reabilitasiyadan sonra Amanda özünə yeni bir mənəvi dayaq tapıb – incəsənət.

Dizayn kollecini bitirib və 2024-cü ildə artıq onun rəsmləri sərgidə nümayiş olunub. İndi o, artıq kinoya çəkilmir, yalnız yaradıcılıqla məşğuldur. Yaxınlarda “O, oğlandır” və “Qız nə istəyir” filmlərinin 39 yaşlı ulduzu Kalabazasda gəzinti zamanı görüntülənib.

Açıq rəngli geyimdə, arxadan uzanan tellərlə yeni sarı saç düzümündə olub. İndi onun stili Nickelodeon kanalındakı obrazlarla heç bir oxşarlıq daşımır, lakin Amandada bir daxili sakitlik və özünü qəbullanma hiss olunur.

Lindsi Lohan

Cəmi üç yaşında modelliyə başlayan Lindsi sonralar superulduza çevrilib – “Valideyn tələsi”, “Dəli cümə”, “Pis qızlar”. Amma şəxsi dramlar, ailəsi ilə qeyri-sabit münasibətlər, medianın təzyiqi və gecə həyatları onun reallığına çevrilib. Alkoqol, narkotiklər, həbslər – o dəfələrlə reabilitasiya mərkəzinə yerləşdirilib, hətta məhkəmə qərarı ilə müalicə alıb.

Bununla belə, Lohan bu çətinlikdən çıxa bilib. 2018-ci ildə öz haqqındakı realiti-şounu başladıb, 2024-cü ildə isə “Mean Girls” müziklində və bir neçə romantik komediyada rol alıb. Bu, bəlkə də gurultulu qayıdış deyil, lakin pərəstişkarları onu ekranda yenidən görməkdən xoşbəxtdirlər.

Makoley Kalkin

“Evə tək” filmindəki Kevin milyonların sevimlisinə çevrilsə də, uşaq yaşda qazanılan məşhurluq faciə ilə nəticələnib. Kalkin təzyiqə tab gətirə bilməyib və 14 yaşında kino karyerasını tərk edib.

Səbəb uğursuz rollar yox, atası ilə olan zəhərli münasibətlər olub – atası hər addımını nəzarətdə saxlayır, pullarına nəzarət edib. 15 yaşında Makoley məhkəməyə müraciət edərək maliyyə müstəqilliyini geri alıb. Lakin stres öz təsirini göstərib – ulduz narkotiklərdən asılı olub. Dəfələrlə qadağan olunmuş maddələrin saxlanmasına görə həbs edilib.

Uzun fasilədən sonra geri dönüb – əvvəlcə Google reklamında, sonra isə “Fallout” və “Very Important Player” seriallarında. İndi Kalkin yeni şöhrət axtarmır, amma sektorla əlaqəsini qoruyur.

Maykl Cekson

Pop musiqisinin kralı uşaqlıqdan atasının zorakılığına məruz qalıb, bu da onun psixikasına ciddi təsir edib. Vitiliqo diaqnozu səbəbindən dərisinin rəngini açdırıb, saysız-hesabsız plastik əməliyyatlar etdirib. Ceksonun eksentrikliyi – nağılvari evi, gizlənən həyat tərzi – şayiələri və şübhələri daha da artırıb.

Zirvədə isə – seksual istismar ittihamları. Dəlillər olmasa da, bu onun reputasiyasına ağır zərbə vurub. O, özünü cəmiyyətdən təcrid edib, ağrıkəsicilərdən asılı olub. 2009-cu ildə, böyük konsert turuna bir neçə həftə qalıb, doza aşımından vəfat edib. Onun cəmi 50 yaş var idi.

Britni Spirs

8 yaşından ulduz olan Britni şöhrətin dəhşətli təzyiqinə məruz qalıb. 25 yaşında boşanıb, uşaqlarının qəyyumluğunu itirib, alkoqol və psixi problemlər yaşayıb. Başını qırxdığı və paparazzilərin maşınlarına hücum etdiyi səhnələr buz dağının görünən hissəsi olub.

2008–2021-ci illərdə onu qeyri-sağlam sayıblar və atasının ciddi nəzarət altında saxlanıb.

Hətta hansı müalicəni qəbul edəcəyinə belə qərar verə bilməyib. Yalnız #FreeBritney hərəkatı sayəsində azadlığına qovuşub. Daha sonra ailə həyatı qurub, lakin yenidən boşanıb. Sosial şəbəkələrdəki rəqs videoları isə hələ də pərəstişkarlarında narahatlıq doğurur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:254
embedMənbə:https://lent.az
archiveBu xəbər 26 İyun 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri