Icma.az
close
up
RU
Azərbaycan klubunun Avropa Liqasındakı mümkün rəqibləri siyahısında dəyişikliklər

Azərbaycan klubunun Avropa Liqasındakı mümkün rəqibləri siyahısında dəyişikliklər

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın bir klubla təmsil olunacağı Avropa Liqasında I təsnifat mərhələsinin iştirakçıları siyahısında dəyişikliklər olub.

İdman.biz xəbər verir ki, buna Konfrans Liqasının finalında üz-üzə gələcək “Çelsi” və “Betis” öz çempionatlarından qitəmiqyaslı turnirlərə vəsiqə qazanmaları səbəb olub.

İngiltərə klubu Çempionlar Liqasının, İspaniya təmsilçisi Avropa Liqasının Liqa mərhələsində oynamaq hüququnu qazanıb. Konfrans Liqasının gələcək qalibi artıq bu vəsiqəni əldə etdiyi üçün digər komandaların bölgüsü dəyişdirilib.

Təsnifat mərhələlərinin ən reytinqli komandası birbaşa Avropa Liqasının Liqa mərhələsinə yüksələcək. Bu komanda ya Ukrayna “Şaxtyor”u, ya da Zaqreb “Dinamo”su olacaq. Onlardan hansının Avropa Liqasının əsas raunduna düşməsi Xorvatiya kubokunun finalından asılıdır.

Əgər çempion adını qazanan “Riyeka” finalda “Slaven”ə qalib gəlsə, “Dinamo” vitse-çempion kimi Liqa mərhələsinə yüksələcək. Onda “Şaxtyor” I təsnifat mərhələsində səpələnmişlər sırasına düşəcək. “Slaven” kuboku və Avropa Liqasına vəsiqəni qazansa, “Şaxtyor” Liqa mərhələsinə yüksələcək, Belupo təmsilçisi I təsnifat mərhələsində oynayacaq. Bu dəyişikliklər nəticəsində Konfrans Liqasında oynamalı olan “İlves” də Avropa Liqasına yüksəlib.

Azərbaycanı bu turnirdə “Zirə” və ya “Sabah” təmsil edəcək. Bu, ölkə kubokunun mayın 31-də keçiriləcək final matçında dəqiqləşəcək.

Təmsilçimiz püşk zamanı səpələnməmişlər sırasında yer alacaq. Bakı klubunun mümkün 8 rəqibindən altısı dəqiqləşib.

Avropa Liqası
I təsnifat mərhələsi
Səpələnmişlər

“Legiya” (Polşa)
“Partizan” (Serbiya)
“Şerif” (Moldova)
ÇFR (Rumıniya)
“Selye” (Sloveniya)
“Spartak” (Slovakiya)

Səpələnməmişlər
“Paksi” (Macarıstan)
“Levski” (Bolqarıstan)
“Aktobe” (Qazaxıstan)
“İlves” (Finlandiya)
Azərbaycan klubu
“Priştina” (Kosovo)

Qeyri-müəyyənlər
“Şaxtyor” (Ukrayna) və ya Xorvatiya klubu
AEK (Kipr)
İsrail klubu
İsveç klubu

Qeyd edək ki, I təsnifat mərhələsinin püşkatması iyunun 17-də olacaq.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 26 May 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri