Azərbaycan Konstitusiyası cəmiyyətin institusional islahatları ilə paralel şəkildə sistemli inkişafı təmin edib RƏY
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 12 noyabr, AZƏRTAC
Müstəqil və suveren dövlət qurmaq Azərbaycan xalqının ən ali arzusu olub və bu arzu tarix boyu sistemli, məqsədli addımlarla reallaşdırılıb. Azərbaycan xalqı Şərqdə ilk demokratik respublikanı yaratmaqla öz milli iradəsini göstərib. Zaman-zaman müstəqilliyimizi sarsıtmaq istəklərinə baxmayaraq, heç bir sistem bu əzmi qıra bilməyib. Həmçinin xalqımız öz liderini seçmək məsələsində də həmişə seçici və əzmli olub. Məhz buna görə də Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevi ikinci dəfə təkidli tələblə rəhbərliyə gətirdi.
Bu sözləri AZƏRTAC-a açıqlamasımda siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.
Onun sözlərinə görə, Ulu Öndərin hakimiyyətə qayıdışı ilə cəmiyyətdə bütün sahələrdə canlanma başlamış, xaosdan çıxmış cəmiyyətin nizama salınması üçün ilkin və zəruri addım olaraq Konstitusiyanın hazırlanması təmin edilmişdir. Konstitusiya məhz Ulu Öndərin rəhbərliyi ilə işlənib-hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul edilmişdir. Bu əsas qanun cəmiyyətin institusional islahatları ilə paralel şəkildə sistemli inkişafı təmin etmişdir.
Şəbnəm Həsənova bildirib ki, Azərbaycan Konstitusiyası siyasi sistemin və cəmiyyətin ən vacib qaydalarını özündə ehtiva edir, insanların hüquqlarını qoruyur, onların vəzifələrini müəyyən edir, dövlətin, qurumların və səlahiyyətli şəxslərin fəaliyyətini tənzimləyir.
“Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ölkədə yeni reallıqları nəzərə alan mühüm addım olmuşdur”, - deyən politoloq əlavə edib ki, Azərbaycan xalqı əsrlər boyu ərazi bütövlüyü və suverenlik uğrunda qan tökmüş, qanunun aliliyini uca tutmuş, milli-mənəvi dəyərlərə hörmətlə yanaşmışdır. Bu prinsiplər əsasında ölkəmiz yalnız öz dövlət və xalqı üçün deyil, bütün xalqlar üçün də qurucu addımlar atmışdır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, azərbaycanlılar başqa dövlətlərin ərazisində yaşasalar da heç bir zaman separatizmə meyil göstərməmiş, əksinə həmin ölkələrin inkişafına töhfə vermişlər.
Ş. Həsənova xatırladıb ki, Konstitusiya ən ali qanundur, dəyişdirilməsi digər qanunlardan daha çətindir və o, cəmiyyətin quruculuğunu, tərəqqi yolunu, demokratik və dünyəvi prinsipləri müəyyən edir. Ən vacibi isə odur ki, Azərbaycan xalqı milli iradəsi sayəsində ərazi bütövlüyünü və suverenliyini təmin etmiş, Konstitusiyanın bütün bəndləri isə bütöv Azərbaycanın hər bir bölgəsində işlək mexanizm kimi fəaliyyət göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 12 Noyabr 2025 13:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















