Azərbaycan kontentli səhifə “Dağlıq Qarabağ” xəritəsi paylaşdı
Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.
“Facebook”da fəaliyyət göstərən “Plant Azerbaijan” səhifəsinin paylaşımı etiraz doğurub.
“Yeni Sabah” xəbər verir ki, bitkiçilik və aqronomiya sahəsində maarifləndirici kontentlər hazırlayan səhifə hava proqnozu ilə bağlı dərc etdiyi paylaşımda Azərbaycan xəritəsində həm hüquqi, həm də faktiki olaraq ləğv edilmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti”ni qeyd edib.
Sözügedən səhifəsinin paylaşımı bir sıra yerli istifadəçilər tərəfindən etirazla qarşılanıb. Pepperoni pizza
Xatırladaq ki, 26 noyabr 1991-ci il tarixli, № 279-XII Qanun ilə Azərbaycan Respublikasının Ali Soveti Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv edib. Həmin qanunla 1923-cü ildə yaradılmış muxtar vilayətin hüquqi əsası qüvvədən salınıb, Xankəndi, Ağdərə və Xocavənd kimi tarixi adlar bərpa olunub, Əsgəran və Hadrut rayonları ləğv edilərək Xocalı rayonu yaradılıb və yeni inzibati bölgü müəyyənləşdirilib.
44 günlük Vətən müharibəsindən sonrakı mərhələdə isə 7 iyul 2021-ci il tarixli Prezident Fərmanı ilə ölkənin iqtisadi rayonlarının yeni bölgüsü təsdiqlənərək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 30 İyun 2026 16:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















