Rusiyada meymunçiçəyinə yeni yoluxma qeydə alındı
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Moskva vilayətində meymunçiçəyinə yeni yoluxma halı qeydə alınıb. Domodedovo Mərkəzi Xəstəxanasına bu xəstəliyə yoluxduğu təsdiqlənmiş 38 yaşlı kişi yerləşdirilib.
Axar.az xəbər verir ki, bu barədə Domodedovo Mərkəzi Xəstəxanası məlumat yayıb.
Məlumata görə, bu, xəstəxanada son bir ay ərzində qeydə alınan üçüncü, son iki ildə isə səkkizinci yoluxma halıdır:
“Xəstə qızdırma, dəri səpkiləri və limfa düyünlərinin şişməsi kimi xarakterik simptomlarla xəstəxanaya daxil olub. Onun vəziyyəti qənaətbəxş qiymətləndirilir. Yoluxma mənbəyi və xəstə ilə təmasda olan şəxsləri müəyyənləşdirmək məqsədilə epidemioloji araşdırma aparılır”.
Qeyd edək ki, oktyabrın 8-də həmin xəstəxanada meymunçiçəyinə yoluxmuş 27 yaşlı kişi müalicə olunaraq sağalıb. O, xaricə səfər etmədiyini və virusa Rusiya ərazisində yoluxduğunu bildirib. Lakin yoluxmanın harada və hansı şəraitdə baş verdiyi məlum deyil. Oktyabrın 15-də isə meymunçiçəyinə yoluxmuş başqa bir şəxslə təmasda olan beş nəfərin xəstəxanaya yerləşdirildiyi məlum olub. Onların heç birində xəstəlik təsdiqlənməyib.
Baxış sayı:125
Bu xəbər 02 Noyabr 2026 14:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















