Icma.az
close
up
RU
“Azərbaycan Könüllülük Həftəsi 2024” çərçivəsində fəaliyyətlər davam edir

“Azərbaycan Könüllülük Həftəsi 2024” çərçivəsində fəaliyyətlər davam edir

Missiya.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində “Eko maarifləndirmə” günü keçirilib. 
Missiya.Az xəbər verir ki, “Eko maarifləndirmə” günü cəmiyyətdə könüllülər arasında ekoloji biliklərin artırılması və ekoloji davranışların təşviq edilməsinə həsr olunub. Gün çərçivəsində Azərbaycan könüllülərinin ölkəmizdə təkrar emal sahəsində gedən proseslərlə tanışlığı məqsədilə Balaxanı Sənaye Parkına ekskursiyası, eləcə də vətəndaşlar arasında ekoloji təmiz vasitələrdən istifadə və polietilen torbaların təbiətə təsirlərinə həsr olunan “Bir çanta, bir fərq” aksiyası həyata keçirilib.
“Təmiz Şəhər” ASC-nin tərəfdaşlığı ilə keçirilən Balaxanı Sənaye Parkına ekskursiya çərçivəsində Azərbaycan könüllüləri Balaxanı Sənaye Parkında təkrar emal prosesi ilə tanış olublar. Onlar, tullantıların toplanması, çeşidlənməsi və emalı mərhələlərini, həmçinin müasir texnologiyaların istifadəsini yerində izləyiblər. Eyni zamanda, parkın işçiləri könüllülərə təkrar emalın əhəmiyyəti, ətraf mühitin qorunması və bu sahədə Azərbaycan tərəfindən atılan addımlar haqqında ətraflı məlumat veriblər. Gün ərzində qeyd edilən layihələr arasında vətəndaşları ekoloji təmiz vasitələrdən istifadə, polietilen torbaların təbiətə təsirləri barədə məlumatlandırmaq məqsədli Azərbaycan könüllüləri tərəfindən keçirilən fəaliyyət çərçivəsində Bakı şəhərində yerləşən müxtəlif supermarketlər və hipermarketlərin qarşısında könüllülər tərəfindən vətəndaşlara eko çantalar paylanıb. Sosial fəaliyyətin əsas məqsədi insanlara polietilen torbaların təbiətə və eko sistemə verdiyi zərərləri göstərmək, ətraf mühitin qorunması istiqamətində fərdi məsuliyyətin vacibliyini vurğulamaqdır. Qeyd edək ki, “Könüllülük Həftəsi” Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “ASAN xidmət” və IDEA İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilir. İcra olunan layihə və tədbirlər “Yaşıl Vətən”, “Vətənpərvər Könüllü”, “Yaşıl enerji”, “Sağlam həyat”, “İnsanyönümlü şəhər və mobillik”, “Eko təşəbbüslər”, “Təmiz şəhər”, “Yaşıl dünya üçün birlik”, “Eko mədəniyyət”, “Eko maarifləndirmə”, “COP29 Könüllülərin gözü ilə”, “Beynəlxalq arenada Azərbaycan könüllülüyü” kimi müxtəlif istiqamətli mövzulara həsr olunub. 


“Azərbaycan Könüllülük Həftəsi 2024” çərçivəsində həyata keçirilən bütün fəaliyyətlərlə Azərbaycan Könüllü Təşkilatları İttifaqının sosial media hesabları vasitəsilə daha ətraflı məlumat əldə etmək mümkündür.    


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://missiya.az
archiveBu xəbər 10 Dekabr 2024 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see403

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see386

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see336

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see299

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see299

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see291

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see257

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see249

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see230

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see223

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see209

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see179

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see170

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see148

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see139

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see139

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see133

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see133

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see131

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri