Icma.az
close
up
RU
“Azərbaycan Könüllülük Həftəsi 2024” çərçivəsində fəaliyyətlər davam edir FOTOLAR

“Azərbaycan Könüllülük Həftəsi 2024” çərçivəsində fəaliyyətlər davam edir FOTOLAR

Publika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində “Eko maarifləndirmə” günü keçirilib.

Publika.az xəbər verir ki, “Eko maarifləndirmə” günü cəmiyyətdə könüllülər arasında ekoloji biliklərin artırılması və ekoloji davranışların təşviq edilməsinə həsr olunub. Gün çərçivəsində Azərbaycan könüllülərinin ölkəmizdə təkrar emal sahəsində gedən proseslərlə tanışlığı məqsədilə Balaxanı Sənaye Parkına ekskursiyası, eləcə də vətəndaşlar arasında ekoloji təmiz vasitələrdən istifadə və polietilen torbaların təbiətə təsirlərinə həsr olunan “Bir çanta, bir fərq” aksiyası həyata keçirilib.

“Təmiz Şəhər” ASC-nin tərəfdaşlığı ilə keçirilən Balaxanı Sənaye Parkına ekskursiya çərçivəsində Azərbaycan könüllüləri Balaxanı Sənaye Parkında təkrar emal prosesi ilə tanış olublar. Onlar, tullantıların toplanması, çeşidlənməsi və emalı mərhələlərini, həmçinin müasir texnologiyaların istifadəsini yerində izləyiblər. Eyni zamanda, parkın işçiləri könüllülərə təkrar emalın əhəmiyyəti, ətraf mühitin qorunması və bu sahədə Azərbaycan tərəfindən atılan addımlar haqqında ətraflı məlumat veriblər.

Gün ərzində qeyd edilən layihələr arasında vətəndaşları ekoloji təmiz vasitələrdən istifadə, polietilen torbaların təbiətə təsirləri barədə məlumatlandırmaq məqsədli Azərbaycan könüllüləri tərəfindən keçirilən fəaliyyət çərçivəsində Bakı şəhərində yerləşən müxtəlif supermarketlər və hipermarketlərin qarşısında könüllülər tərəfindən vətəndaşlara eko çantalar paylanıb. Sosial fəaliyyətin əsas məqsədi insanlara polietilen torbaların təbiətə və eko sistemə verdiyi zərərləri göstərmək, ətraf mühitin qorunması istiqamətində fərdi məsuliyyətin vacibliyini vurğulamaqdır.

Qeyd edək ki, “Könüllülük Həftəsi” Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “ASAN xidmət” və IDEA İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilir. İcra olunan layihə və tədbirlər “Yaşıl Vətən”, “Vətənpərvər Könüllü”, “Yaşıl enerji”, “Sağlam həyat”, “İnsanyönümlü şəhər və mobillik”, “Eko təşəbbüslər”, “Təmiz şəhər”, “Yaşıl dünya üçün birlik”, “Eko mədəniyyət”, “Eko maarifləndirmə”, “COP29 Könüllülərin gözü ilə”, “Beynəlxalq arenada Azərbaycan könüllülüyü” kimi müxtəlif istiqamətli mövzulara həsr olunub.

“Azərbaycan Könüllülük Həftəsi 2024” çərçivəsində həyata keçirilən bütün fəaliyyətlərlə Azərbaycan Könüllü Təşkilatları İttifaqının sosial media hesabları vasitəsilə daha ətraflı məlumat əldə etmək mümkündür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az-ı izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://publika.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Birgə hərbi təlimlərin İrana faydası yoxdur Politoloq

12 Mart 2025 06:48see134

Bir aylıq atəşkəs sonunda sülh gətirəcəkmi?

12 Mart 2025 08:11see122

Rusiya Odessa limanına zərbə endirdi: 4 əcnəbi öldü

12 Mart 2025 01:40see121

11 yaşlı uşağa sahibsiz itlər hücum ETDİ

11 Mart 2025 21:18see119

Meyxanaçı Samirə yenə estetik əməliyyat etdirdi VİDEO

13 Mart 2025 01:12see118

Ağsuda Azərişıq əməkdaşını cərəyan vurub öldürdü

12 Mart 2025 10:06see117

Günün HAVASI: 23 dərəcə isti...

12 Mart 2025 09:12see115

Əks istiqamətə çıxan 89 yaşlı sürücü saxlanıldı, vəsiqəsi əlindən alındı VİDEO

11 Mart 2025 21:02see114

Bəşir Səfəroğlunun 100 illiyi ilə əlaqədar məzarı ziyarət olunub VİDEO

11 Mart 2025 21:05see114

Parlament Portuqaliya hökumətinə etimad göstərməyib

12 Mart 2025 04:55see113

“İnter” hesabı açdı YENİLƏNİR

12 Mart 2025 00:12see113

ABŞ və Ukrayna Ciddədə Zelenskinin istefasını müzakirə etməyib KİV

12 Mart 2025 09:15see113

Trampın Rusiyanın Ukrayna ilə bağlı tələblərindən birinə qarşı çıxdığı məlum olub

12 Mart 2025 08:08see112

“Bu məsələyə mütləq baxılacaq” Mərdəkandakı yumruq davasına görə kimlər cəza alacaq?

12 Mart 2025 11:56see112

Bürcünüzə görə hansı seriallardansınız? Astroloji testlə kəşf edin

12 Mart 2025 06:04see112

Sakinlər bu əyləncə mərkəzindən ŞİKAYƏTÇİDİR VİDEO

12 Mart 2025 09:54see112

Rusiya bunu heç vaxt qəbul etməyəcək

13 Mart 2025 00:49see110

Hər yerim ağrayır... Yaz sindromu nədir, kimlərdə olur?

12 Mart 2025 05:34see110

Rusiyanın Ukraynada son sutkadakı itkiləri açıqlanıb

12 Mart 2025 10:06see108

Ronaldonun sevgilisi moda nümayişinə elə geyimdə gəldi ki... FOTO

12 Mart 2025 02:02see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri