Icma.az
close
up
RU
Azərbaycan Körfəz regionu inteqrasiyası genişlənir

Azərbaycan Körfəz regionu inteqrasiyası genişlənir

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Zəngəzur Dəhlizi Körfəz ölkələrini böyükhəcmli beynəlxalq daşınmalara cəlb edəcək

Azərbaycanla Körfəz ölkələri arasında siyasi, iqtisadi, humanitar əlaqələr də son illərdə intensivləşərək yüksək səviyyəyə qalxıb. Respublikamızın Körfəz Əməkdaşlığı Şurasında (KƏŞ) yer almasından sonra əlaqələrin dinamikası daha da genişlənib. Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Omandan ibarət Körfəz Əməkdaşlıq Şurası Azərbaycanla ikitərəfli və çoxtərəfli əlaqələri artırmaq üçün müxətlif siyasi-iqtisadi qərarlar qəbul edib.

Yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın genişləndirilməsi baxımından önəmli rol oynayıb. Ölkəmizdə səfərdə olan Körfəz Əməkdaşlıq Şurasının baş katibinin və nümayəndə heyətinin Azərbaycanın dövlət başçısı səviyyəsində qəbul edilməsi bu region ölkələri ilə münasibətlərin strateji gündəliyinin daha da zənginləşdirib.

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində KƏŞ ölkələri ilə əlaqələrin perspektivlərindən bəhs edərkən bildirib ki, münasibətlərimiz çox yaxşıdır, dostcasına və nəticəyönümlüdür. Həmin ölkələrlə güclü tərəfdaşlıq enerji, nəqliyyat, ticarət, turizm, kənd təsərrüfatı və digər sahələrdə daha da geniş xarakter almaqdadır. Bu təsisatın aparıcı üzvü olan BƏƏ-nin çox mühüm enerji şirkəti ADNOC Xəzər dənizində Azərbaycanın ən böyük qaz yataqlarından birinin səhmdarıdır. Eyni zamanda, SOCAR BƏƏ-də neft hasilatı layihələrindən birinin səhmdarına çevrilib. Səudiyyə Ərəbistanının aparıcı şirkətlərindən biri Xəzər sahilində suyun duzsuzlaşdırılması zavodunun inşasında tərəfdaşdır və dəniz suyunun içməli suya çevrilməsində öz nümunıəvi modelini ölkəmizdə quracaq.

BƏƏ və Səudiyyə Ərəbistanından “yaşıl enerji” sektoruna rekord investisiyalar

Əlaqələrin ən nümunəvi sahələrindən biri bərpaolunan enerjidə birgə sərmayə proqrmalarıdır. KƏŞ dövlətləri sırasında əsas sərmayədarlar kimi Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı şirkətləri Azərbaycanda böyükhəcmli investisiya yatırmaqla diqqəti cəlb edir. İmzalanmış müqavilələrə əsasən BƏƏ və Səudiyyə Ərəbistanı “yaşıl enerji” sektorunda istehsal-tədarük zəncirinin qurulmasına dərin töhfələr verir. Sərmayə təşviqi siyasətinə əsasən, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti Azərbaycanda 240 meqavat gücə malik külək elektrik stansiyasının yaradılmasına 290 milyon dollar sərmayə qoyub. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin 230 meqavatlıq Qaradağ Günəş Elektrik Stansiyasına 262 milyon dollarlıq sərmayə yatırıb. “Masdar”la cari ilin əvvəllərində imzalanmış sazişlərə əsasən, Biləsuvarda 445 MVt, Neftçalada 315 MVt gücündə iki günəş elektrik stansiyası və Qaradağda 240 MVt gücündə bir külək elektrik stansiyasının inşası nəzərdə tutulur. Ümumi sərmayə dəyəri 1 milyard dollar məbləğində qiymətləndirilən 3 layihənin təməlinin atılması bərpa olunan enerji sektorunda böyük sərmayə bumunun nümunəsi hesab edilə bilər.

Bundan başqa, “Masdar”la SOCAR arasında Naxçıvan Muxtar Respublikasında 500 MVt gücündə bərpa olunan enerji layihələrinin inkişafına dair Anlaşma Memorandumu imzalanıb.

Bütün bu təşəbbüslər sayəsində Azərbaycanda 2030-cu ilədək 6 giqavat Günəş və külək enerjisi hasil olunacaq. KƏŞ dövlətləri, həmçinin Qarabağda fəal şəkildə “yaşıl enerji” layihələrinə cəlb edilib. Səudiyyə Ərəbistanına və Birləşmiş Ərəb Əmirliklərinə təşkil edilən ixrac missiyası iş adamları arasında əlaqələrin, Azərbaycan məhsullarının ixracının genişlənməsinə və ticari-iqtisadi mübadilələrin böyüməsinə əlavə imkanlar yaratmaqdadır.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə KƏŞ Ticarət Palataları Federasiyası (FGCCC) arasında qarşılıqlı əməkdaşlığa dair imzalanmış Anlaşma Memorandumuna əsasən, AZPROMO və KƏŞ arasında iqtisadi əlaqələrin inkişafı üçün qarşılıqlı fəaliyyətin təşviqi və investisiyaların cəlb olunması, ticarət missiyalarının təşkil yolu ilə iqtisadi dövriyyələrin artırılması nəzərdə tutulur.

KƏŞ ölkələrinin Azərbaycana yatırdığı sərmayələr 4 milyard dolları ötüb

Hazırda Azərbaycan-KƏŞ əlaqələri geniş əməkdaşlıq portfeli üzərində fəal mərhələdə irəliləyir. KƏŞ ölkələri tərəfindən Azərbaycan iqtisadiyyatına yatırılmış investisiyaların həcmi 4 milyard dollardan çoxdur. Ancaq həm ticarətdə, həm də sərmayələrdə imkanlar mövcud potensialdan qat-qat böyükdür. Yeni fürsətlər və motivasiyalar isə Azərbaycan iqtisadiyyatına Körfəz Ərəb Dövlətlərinin investisiya qoymaq marağını daha da artırır. Habelə ölkəmizdə fəaliyyət göstərən sənaye parklarında yaradılmış güzəştli rejimdən istifadə edərək istehsal müəssisələrinin yaradılmasında bu region dövlətlərinin iştirakı istisna deyil. Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv ölkələr Şimal-Cənub nəqliyyat dəhlizinin imkanlarından istifadə edə, Azərbaycan məhsullarının ixracı genişləndirilə bilər. Eləcə də Zəngəzur Dəhlizinin də ticari-kommunikasiya bağlantılarını artırması istisna deyil. Baş nazirin müavini Şahin Mustafayev avqustun 26-da Nazirlər Kabinetində Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasında bildirib ki, Cənubi Qafqazda sülh və əməkdaşlığın möhkəmlənməsi və kommunikasiyaların açılması Körfəz ölkələri-Naxçıvan-Cəbrayıl-Füzuli-Ağdam-Yevlax-Qara Dəniz avtomobil marşrutunu meydana çıxarmaqla KƏŞ dövlətlərini Qara Dənizə bağlayan yeni marşrut olacaq. İqlim və relyefinə görə bu marşrutun il boyu daimi fəaliyyət göstərəcəyini deyən Ş.Mustafayevin fikrincə, həyata keçirilən vacib infrastruktur layihələrindən biri Araz çayının üzərində inşa olunan avtomobil körpüləridir. Belə ki, Ağbənd-Kəlalə və Ordubad-Siyahrud yeni avtomobil körpüləri Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək əlavə bağlantı olmaqla yanaşı, region ölkələri, o cümlədən ərəb və Körfəz ölkələri arasında böyükhəcmli beynəlxalq daşımalara imkan yaradacaq.

Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi və yükdaşımaların fasiləsiz şəkildə həyata keçirilməsi baxımından əhəmiyyətli infrastruktur imkanlarına malik olduğu üçün hər iki istiqamətdə tranzit yüklərin daşınmasında və aşırılmasında, ölkəmiz mühüm rola malikdir. Bu baxımdan, ölkəmiz çoxşəbəkəli nəqliyyat habında KƏŞ ölkələrini özünün ən yaxın təfdaşlarından biri kimi görür və qarşılıqlı kommunikativ bağlantılarda fəal işbirliyi təklif edir.

Ticari dövriyyə və turistlərin sayı artır

Hazırda Azərbaycan və Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələr arasında ticarət dövriyyəsi 200 milyon dollardan çoxdur. Son bir ildə bu rəqəm 30 faizə yaxın artıb. Ticarət mübadiləsinin həcminin böyüməsində nəqliyyat-tranzit sxemləri mühüm əhəmiyyət kəsb edir və bu baxımdan yeni nəqliyyat marşrutları əmtəə mübadilələrinin həcmini əhəmiyyətli dərəcədə yüksəldəcək.

Son illərdə KƏŞ ölkələrindən Azərbaycana gələn turistlərin sayında isə rekord nəticələr qeyd  alınıb. 2024-cü ildə Azərbaycana dünyanın 196 ölkəsindən 2 milyon 626 min və ya əvvəlki illə müqayisədə 25,9 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib ki, səyahətçilərin təxminən 15 faizi körfəz ölkələrinin vətəndaşlarıdır. 2025-ci ilin ötən 7 ayında körfəz ölkələrindən Azərbaycana gələnlərin turistlərin sayı isə 240 nəfərə yaxın olub. Həmin turistlərin sırasında kiçik və orta biznesin nümayəndələrinin olması isə Azərbaycandakı biznes iqlimi ilə daha yaxından tanış olmaq imkanı verir.

Göründüyü kimi KƏŞ ölkələri Azərbaycanın əsas iqtisadi strateji tərəfdaşına çevrilib və ölkəmizdə icra edəcəyi layihələr həm də iqtisadi və sosial məzmun kəsb edir. Bu cür layihələr iqtisadiyyatın sənaye sektorunun inkişafı və infrastrukturlar üçün xammal və ehtiyatlar sahəsində canlanmasnı təmin edəcək, yüzlərlə işçinin layihələrə cəlb olunması isə onların sosial rifahına töhfələr verəcək.

E.CƏFƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:305
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 Avqust 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri