Azərbaycan lideri Polşanın yeni seçilmiş Prezidenti Karol Navrotskini təbrik edib
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşa Respublikasının yeni seçilmiş Prezidenti Karol Navrotskiyə təbrik ünvanlayıb.
APA xəbər verir ki, təbrikdə deyilir:
“Hörmətli cənab Navrotskiy,
Polşa Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimiyyətlə təbrik edirəm.
Azərbaycan ilə Polşa arasında dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsi və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Polşa xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 10 İyun 2025 15:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















