Icma.az
close
up
RU
Azərbaycan liderinin fransızdilli auditoriyaya həqiqət dərsi

Azərbaycan liderinin fransızdilli auditoriyaya həqiqət dərsi

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Prezident İlham Əliyevin “France 24” telekanalına müsahibəsi informasiya savaşında daha bir uğur idi

Azərbaycan 2020-ci ilin payızında yalnız hərbi-siyasi müstəvidə deyil, həm də informasiya cəbhəsində tarixi bir mübarizə aparırdı. Prezident, Ali Baş Komandan İlham Əliyevin məhz belə bir gərgin dövrdə – oktyabrın 14-də Fransanın nüfuzlu “France 24” televiziya kanalına verdiyi müsahibə də bunun bariz ifadəsi idi. Həmin müsahibə beynəlxalq media məkanında Azərbaycan diplomatiyasının, eləcə də dövlət başçısının siyasi məntiqinin və faktlara əsaslanan çıxış üslubunun ən parlaq nümunələrindən biri kimi diqqət çəkdi.

Sözügedən müsahibə yalnız bir media hadisəsi deyildi, həm də respublikamızın mövqeyini beynəlxalq auditoriyaya çatdırmaq baxımından strateji əhəmiyyət daşıyırdı. Çünki həmin vaxt Qərb mətbuatının böyük bir hissəsi münaqişəyə birtərəfli yanaşır, Ermənistanın yalanlarını və dezinformasiyasını davamlı şəkildə tirajlayırdı. Dövlətimizin başçısı isə bu informasiya blokadasını sındırmaqla Azərbaycan həqiqətlərini Avropa tamaşaçısına birbaşa təqdim edirdi.

Müsahibədə jurnalistin sualları Qərb mediasında formalaşdırılan ənənəvi stereotipləri əks etdirirdi. Belə ki, münaqişənin gedişində Azərbaycan guya üçüncü tərəfin, xüsusən də Türkiyənin hərbi müdaxiləsinə arxalanır, döyüşlərdə “suriyalı muzdluların” iştirakını gerçəkləşdirir, Ermənistanın humanitar fəlakətlə üzləşməsini şərtləndirirdi. Prezident İlham Əliyev bu iddiaları faktlarla darmadağın edərək, jurnalistin hər sualını arqumentlərlə zərərsizləşdirdi.

Dövlətimizin başçısı jurnalistin müvafiq sualına cavabında diqqəti əsas məsələyə – münaqişənin kökündə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktının dayandığına yönəltdi. Bildirdi ki, bu, beynəlxalq hüququn pozulmasının təsdiqidir və BMT-nin dörd qətnaməsi ilə təsdiqlənib. Azərbaycan isə həmin qətnamələrin icrasını 27 il gözləyib, lakin işğalçı nəinki o sənədləri yerinə yetirməyib, əksinə, yeni işğal və təxribat planlarını həyata keçirib.

Beləliklə, müsahibənin əsas xətti Azərbaycanın legitim özünümüdafiə hüququnun beynəlxalq auditoriyaya təqdimatı idi. Prezident İlham Əliyev jurnalistin suallarında gizlənmiş siyasi manipulyasiyanı ifşa edərək, onun “emosional yanaşma”sını faktlarla əvəzlədi.

Azərbaycan Prezidentinin bu müsahibədə ritorik üslubu həm sakit, həm də prinsipial idi. Dövlət başçısı heç bir aqressiyaya yol vermədən, peşəkar səviyyədə arqumentlər təqdim etdi. Bu, liderin informasiya savaşında əsas üstünlüyünü – emosiyadan uzaq, faktlara əsaslanan rasional düşüncə tərzini göstərirdi.

Azərbaycan lideri ölkəmizə “muzdluların gətirilməsi” ilə bağlı suala cavabında isə qeyd etdi ki, bu iddialar sübuta yetirilməyib, heç bir beynəlxalq qurum tərəfindən təsdiqlənməyib. Əksinə, beynəlxalq hərbi ekspertlər tərəfindən Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyəti, nizam-intizamı və texnoloji üstünlüyü müharibədəki uğurların əsas səbəbi kimi dəyərləndirilib.

Fransa kimi dövlətlərdə Azərbaycanla bağlı formalaşan yanlış informasiya mühitini nəzərə alsaq, bu müsahibənin əhəmiyyəti daha aydın diqqət çəkdi. Prezident İlham Əliyevin Fransa ictimai rəyinə ötürdüyü mesaj – “Azərbaycan Ermənistan işğalına qarşı mübarizə aparır, qəsbkarın 30 il tapdaq altında saxladığı ərazilərini geri qaytarmaq istəyir” – tarixi ədalət çağırışı siyasi çəkisi ilə Avropa auditoriyasında stereotipləri sarsıtması da yuxarıdakı fikrin əyani nümunəsi idi.

Prezident İlham Əliyev müsahibə zamanı Qərbin ikili standart yanaşmasını da kəskin şəkildə tənqid etdi. Belə ki, dövlət başçısı Avropa dövlətlərinin bir tərəfdən beynəlxalq hüququn aliliyindən danışdıqlarını, digər tərəfdən isə Azərbaycanın ərazi bütövlüyünə hörmətlə, həssaslıqla yanaşmadıqlarını, eyni zamanda, BMT və ATƏT-in qərarlarının açıq şəkildə işğal faktını təsdiqlədiyini xatırlatdı. Azərbaycan lideri bu arqumentlərlə həm jurnalistin, həm də tamaşaçının diqqətini “beynəlxalq hüquqa hər kəs, hər bir dövlət hörmətlə yanaşmalıdır” kimi əsas prinsipə yönəltdi. Ölkə rəhbəri daha sonra bir sıra dövlətlərin Ermənistanın işğalçılıq siyasətinə bəraət qazandırmalarını isə vurğulanan prinsiplərə xəyanət kimi qiymətləndirdi.

Xatırladaq ki, 2020-ci ilin payızında Azərbaycan dövləti informasiya blokadasını dağıtmaq məqsədilə çoxşaxəli strategiya həyata keçirdi. Prezident İlham Əliyevin xarici media ilə birbaşa təmasları bu strategiyanın əsas hissəsi idi. “BBC”, “CNN”, “Al Jazeera”, “TRT Haber”, “France 24” və digər kanallara verdiyi müsahibələr Azərbaycan həqiqətlərini qlobal auditoriyaya çatdırmaq üçün unikal platforma yaratdı. Bu müsahibələrin, xüsusilə, “France 24” nümunəsi bir dönüş nöqtəsi oldu. Çünki dövlətimizin başçısı burada təkcə Ermənistanın deyil, Qərb mediasının informasiya manipulyasiyasını da ifşa etdi. Azərbaycan liderinin hər cavabı onun həm diplomatik, həm də kommunikativ peşəkarlığını göstərirdi. Bununla bərabər, Azərbaycanın media strategiyası həmin dövrdə dünyaya bir ali məqamı – haqlı tərəf informasiyanı gizlətməyə ehtiyac duymur – həqiqətini də nümayiş etdirdi.

Müsahibənin diqqətçəkən məqamlarından biri də ölkə rəhbərinin Ermənistanın dezinformasiya kampaniyasına cavab vermə tərzi idi. Belə ki, işğalçı dövlət və onun diasporu “France 24” kimi Qərb kanallarına daim təsir göstərməyə çalışır, Azərbaycanın guya “aqressor” olduğunu bildirirdi. Prezident İlham Əliyev isə müsahibədə bu yalanı faktlarla ifşa edərək, Azərbaycanın öz torpaqlarında döyüşdüyünü, Ermənistanın Gəncə və digər şəhərlərimizin mülki əhalisini raket atəşinə tutduğunu, beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğunu vurğuladı. Eyni zamanda, qəsbkarın tapdaq altında saxladığı əraziləri tərk etməsinin zəruriliyini diqqətə çatdırdı. Bu sadə, lakin güclü arqumentlər Qərb tamaşaçısı üçün reallığı aydın şəkildə ortaya qoydu.

Yeri gəlmişkən, Azərbaycan liderinin “France 24”ə müsahibəsindən sonra beynəlxalq mediada ton dəyişməyə başladı. Əvvəlki birtərəfli münasibətlər yerini tədricən balanslı yanaşmaya verdi. Azərbaycan həqiqətləri artıq yalnız regionun deyil, dünya siyasətinin gündəminə daxil oldu. Bir sözlə, Prezident İlham Əliyevin ardıcıl və arqumentli çıxışları Qərb ictimai rəyində Azərbaycanın ədalətli mövqeyinin təsdiqinə gətirib çıxardı. Bu, informasiya müharibəsində qazanılan diplomatik qələbə idi.

“France 24”ün yayımladığı müsahibə Prezident, Ali Baş Komandan İlham Əliyevin təkcə siyasi rəhbər deyil, həm də milli ideologiyanın, dövlət məntiqinin və diplomatik müdrikliyin daşıyıcısı olduğunu bir daha göstərdi. O, savaş günlərində hər dəfə beynəlxalq mediada çıxış edərkən, Azərbaycan həqiqətlərini bu cür uzaqgörənliklə təqdim etdi, eyni zamanda, ölkəmizin imicini ləyaqətlə qorudu.

Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazandı. Bu qələbə dövlət-xalq-ordu birliyinin məntiqi nəticəsi idi. Əlbəttə, burada informasiya savaşı da mühüm rol oynadı. Prezident, Ali Baş Komandan İlham Əliyev müharibə dövründə 30-a yaxın nüfuzlu xarici kütləvi informasiya vasitəsinə saatlarla müsahibələr verdi, Azərbaycanın apardığı haqq davasını, müharibənin gedişini, baş verən prosesləri bütün dünyaya anındaca çatdırdı.

Bu müsahibələrlə əsl həqiqətlər, eləcə də ermənilərin müharibə cinayətləri bütün dünya ictimaiyyətinə çılpaqlığı ilə təqdim edildi. Dövlət başçısının təkcə “BBC News”a verdiyi müsahibə ilə bağlı “Twitter”dəki paylaşımını üç milyondan çox insan izlədi, 85 mindən çox insan bəyəndi, 33 minə qədər insan isə videomüsahibəni öz səhifəsində paylaşdı.

Prezident İlham Əliyevin 2020-ci il oktyabrın 2-də “Əl-Cəzirə” televiziya kanalına müsahibəsi də Azərbaycanın informasiya müharibəsinin gedişinə önəmli təsir göstərdi. Dövlətimizin başçısı müsahibədə 20 ildən artıq davam edən Ermənistan – Azərbaycan münaqişəsinin nədən qaynaqlandığını diqqətə çatdıraraq dedi: “Ermənistanı sülh maraqlandırmır, bizim torpaqları həmişəlik işğal altında saxlamaq istəyir. Bu ölkə, eyni zamanda, status-kvonu dəyişməyi də xəyalına belə gətirmir. Bu da münaqişənin bu qədər uzun çəkməsinin səbəbidir. Əgər Ermənistan iradə göstərsəydi və əsas beynəlxalq təşkilatların qətnamələrinə uyğun şəkildə davransaydı, münaqişə uzun illər bundan əvvəl həll edilmiş olardı”.

Onu da deyək ki, 1993-cü ildə Ermənistan ərazilərimizi işğal etdiyi zaman BMT Təhlükəsizlik Şurası qoşunların bizim ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul etdi. Lakin bu qətnamələr kağız üzərində qaldı. Həll yolunun tapılması üçün vasitəçilik aparmaq məqsədilə Minsk qrupu 28 il səmərəsiz fəaliyyət göstərdi. Başqa sözlə, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına başlamaq üçün vasitəçilər tərəfindən işğalçı Ermənistana heç bir təkid və təzyiq göstərilmədi.

Azərbaycan lideri “France 24”ə verdiyi müsahibədə vurğuladığı kimi, o, Vətən müharibəsinədək bu məsələyə – BMT Təhlükəsizlik Şurasının qəsbkarın bizim ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnaməsinin icra edilmədiyini dəfələrlə diqqətə çatdırıb, Ermənistanı isə həmin sənədlərin tələblərini yerinə yetirməyə məcbur etməyin və torpaqlarımızın boşaldılmasına başlamaq üçün işğalçıya qarşı beynəlxalq sanksiyaların tətbiqinin zəruriliyini vurğulayıb.

“Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir” fikrini “France 24”ə müsahibəsində də bir daha bəyan edən Prezident İlham Əliyev dəfələrlə bildirib ki, bizim mövqeyimiz həm tarixi ədalətə, eyni zamanda, beynəlxalq hüquqa əsaslanır və heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək, işğal edilmiş bütün torpaqlar işğalçılardan azad olunmalı, Azərbaycan vətəndaşları öz doğma yurdlarına qayıtmalıdırlar. Dövlət başçısı Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarından çıxmayınca, bölgədə heç bir müsbət irəliləyişin mümkün olmayacağını vurğulamaqla yanaşı, dövlətimizin öz milli maraqları uğrunda sona qədər mübarizə aparacağını da bildirib. Eyni zamanda, bu mübarizədə ədalətin Azərbaycanın tərəfində olduğunu söyləyən Prezident İlham Əliyev dünyaya bəyan edib ki, Azərbaycan bundan sonra da öz prinsipial mövqeyindən dönməyəcək.

Beləliklə, Prezident İlham Əliyevin Vətən müharibəsi günlərində bir sıra aparıcı beynəlxalq KİV-lərə müsahibələrində prinsipial mövqeyi, səsləndirdiyi tutarlı dəlillər və əsaslı fikirlər Azərbaycanın bu haqlı mübarizəsinə dəstək verən bir sıra ölkələrin, nüfuzlu xadimlərin, beynəlxalq ekspert və siyasətçilərin sayını daha da artırdı, Ermənistanın təcavüzkar siyasətinin ifşa olunması prosesini genişləndirərək informasiya müharibəsində də tarixi ədalətin uğurunu şərtləndirdi.

Vaqif BAYRAMOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Oktyabr 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see329

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see265

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see252

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see247

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see239

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see237

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see236

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see232

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see228

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see223

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see220

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see213

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see212

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see212

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see209

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see195

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see189

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see188

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri