Icma.az
close
up
RU
Azərbaycan Macarıstan münasibətləri qarşılıqlı etimad və dostluğa söykənən strateji tərəfdaşlıq ŞƏRH

Azərbaycan Macarıstan münasibətləri qarşılıqlı etimad və dostluğa söykənən strateji tərəfdaşlıq ŞƏRH

Icma.az, Sfera.az portalına istinadən məlumat verir.

Azərbaycan çoxəsrlik zəngin tarixə malik, Avropanın mərkəzində yerləşən, prinsipial və müstəqil siyasət yürüdən, etibarlı strateji tərəfdaşa çevrilmiş Macarıstanla münasibətlərin inkişafına xüsusi önəm verir. İki dövlət arasında diplomatik əlaqələrin qurulmasından keçən 30 ildən çox dövr ərzində münasibətlər qarşılıqlı maraq daşıyan bir çox sahələri ehtiva edərək sabit inkişaf yolu keçib. Torpaqlarımız Ermənistan işğalı altında olduğu dövrdə, həmçinin 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ildə bir neçə saat sürən antiterror tədbirləri nəticəsində torpaqlarımız işğaldan azad olunduqdan sonra Macarıstanın beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsipləri əsasında ölkəmizin ərazi bütövlüyünə davamlı dəstək nümayiş etdirməsi vacib məqamlardan biri kimi münasibətlərimizin inkişafında müsbət rol oynayıb. Xüsusilə də Prezident İlham Əliyevlə Macarıstanın Baş naziri Viktor Orban arasında qarşılıqlı hörmət və etimada əsaslanan, uzun illərdir davam edən dostluq münasibətləri, davamlı əsasda həyata keçirilən ali və yüksək səviyyəli rəsmi və işgüzar səfərlər əlaqələrin dərinləşməsində vacib əhəmiyyət kəsb edir. 2014-cü ildə Strateji Tərəfdaşlığa dair və 2023-cü ilin yanvarında Genişləndirilmiş Strateji Tərəfdaşlığa dair Birgə bəyannamələrin imzalanması ilə ikitərəfli münasibətlər daha da güclənərək yeni mərhələyə qədəm qoyub. Bu sənədlər iki ölkə arasında istər ikitərəfli, istərsə də regional və beynəlxalq məsələlərlə əlaqədar əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan vacib çərçivədir.

Sfera.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Zaur Şükürov söyləyib.

Deputat qeyd edib ki, ikitərəfli əməkdaşlığın möhkəmlənməsi istiqamətində mühüm addımlardan biri də Azərbaycan-Macarıstan Strateji Dialoq formatıdır. Bu format çərçivəsində ilk iclas 2023-cü ilin sentyabrında Budapeştdə, ikinci iclas isə 2024-cü ilin iyununda Bakıda baş tutub.

Həmçinin parlamentlərarası əlaqələr də uğurla inkişaf edir. Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu və Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərinin qarşılıqlı səfərləri həyata keçirilir. Beynəlxalq parlament təşkilatları çərçivəsində sıx əməkdaşlıq mövcuddur.

2023-cü ildə imzalanmış Genişləndirilmiş Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamədə tərəflər qarşılıqlı hörmət, suverenlik və bərabərlik prinsiplərinə əsaslanan uzunmüddətli əməkdaşlığa sadiqlik bəyan edilərək, tərəfdaşlığın təməl prinsipləri kimi yüksək səviyyəli siyasi dialoqların, çoxtərəfli formatlarda qarşılıqlı dəstək və faydalı əməkdaşlığın əhəmiyyəti önə çəkilir. Eyni zamanda, enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi sahəsində ortaq maraqlar vurğulanaraq, “Cənub Qaz Dəhlizi” (CQD) layihəsinin əhəmiyyəti qeyd olunur.

Prezident İlham Əliyevin Macarıstana budəfəki səfəri yeni dünya nizamının formalaşdığı bir dönəmdə iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin gündəliyinin qarşılıqlı maraq doğuran məsələlərinin nəzərdən keçirilməsi baxımından əhəmiyyətli siyasi hadisə oldu. Səfər zamanı istər ikitərəfli əsasda, istərsə də Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının Macarıstanın ev sahibliyi etdiyi qeyri-rəsmi Zirvə görüşü çərçivəsində faydalı görüşlər və müzakirələr keçirildi.

Dövlətimizin başçısının Baş nazir Viktor Orbanla mətbuata bəyanatları Azərbaycan–Macarıstan münasibətlərinin çoxşaxəli və davamlı inkişaf etdiyini bir daha təsdiqlədi.

Prezident İlham Əliyevin və Baş nazir Viktor Orbanın öz dövlətlərinin maraqlarını daim yüksək tutaraq, prinsipial, müstəqil siyasət yürütmələri iki ölkə arasında münasibətləri uzlaşan və proqnozlaşdırılabilən edir. Prezident İlham Əliyev qeyd etdiyi kimi: “Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir. Xüsusilə Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətindir. Çünki bir çox qaydalar, oturuşmuş prinsiplər var və Avropa İttifaqının vahid xarici siyasəti təbii olaraq prinsiplərdən biridir. Buna baxmayaraq, dostum Viktor Orban həmişə Macarıstanın dövlət və milli maraqlarını hər şeydən üstün tutub”.

Macarıstanın Baş naziri ölkəmizin Liderini “köhnə və səmimi dost” adlandıraraq bildirdi ki, Azərbaycan uzun illər ərzində Macarıstanın enerji və diplomatiya da daxil olmaqla müxtəlif sahələrdə qarşılaşdığı çətinliklərdə hər zaman etibarlı tərəfdaş olub. Bu səfər çərçivəsində tarixdə ilk dəfə olaraq Türk Dövlətləri Təşkilatının Zirvə görüşünün Macarıstanda keçirilməsi də xüsusi əhəmiyyət daşıyır. Macarıstanın təşkilatda müşahidəçi statusuna malik olsa da, bu tədbirə ev sahibliyi etməsi onun Türk dünyası ilə əlaqələrə strateji önəm verdiyini nümayiş etdirir.

Yaşıl enerji sahəsində də səmərəli əməkdaşlıq qurulması geniş perspektivlər vəd edir. Məlum olduğu kimi, Azərbaycanın çox böyükmiqyaslı yaşıl enerji gündəliyi var və növbəti beş il ərzində 6 min meqavat gücündə yaşıl enerji istehsal edilməsi nəzərdə tutulur. Bu kontekstdə Azərbaycan, Macarıstan, Rumıniya və Gürcüstan hökumətlərinin yaşıl enerji sahəsində imzaladıqları strateji tərəfdaşlıq Sazişi xüsusilə diqqət çəkir. Qara dənizdən keçəcək sualtı elektrik enerjisi xəttinin çəkilməsi Avropa ilə Azərbaycan arasında enerji ötürülməsini artıracaq və bərpaolunan enerji resurslarının istifadəsini təşviq edəcək. Bu layihələr, Avropanın enerji təhlükəsizliyininin şaxələndirilməsində əhəmiyyətli bir addım olacaq. Enerji sahəsindəki bu yeni əməkdaşlıq Azərbaycanın Avropa İttifaqı ilə daha yaxın əlaqələr qurmasına və qlobal enerji təhlükəsizliyinə olan töhfəsini artırmasına imkan yaradacaq. Bu, yalnız iqtisadi deyil, həm də geostrateji baxımdan önəmli layihələr olmaqla, Avropanın enerji bazarını daha müxtəlif və dayanıqlı etmək məqsədi daşıyır.

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesində Türk Dövlətləri Təşkilatının üzv dövlətləri ilə yanaşı, Macarıstanın da iştirak etməsi xüsusilə təqdirəlayiq haldır. Bu xüsusda, Macarıstan da iqtisadi və texnoloji potensialı ilə Qarabağın bərpasında mühüm tərəfdaş ola bilər.

“Azərbaycan-Macarıstan münasibətləri yalnız enerji və iqtisadi əməkdaşlıqla məhdudlaşmır. Bu tərəfdaşlıq daha geniş regional miqyasda geosiyasi sabitliyin təmin olunmasına, beynəlxalq hüquqa əsaslanan siyasətə və ortaq strateji maraqların qorunmasına xidmət edən nümunəvi əməkdaşlıq modelidir. Ölkələrimiz arasında formalaşan bu münasibətlər qarşılıqlı etimad, konkret nəticələrə söykənir. Bu isə öz növbəsində əlaqələrin yaxın gələcəkdə daha da genişləndiriləcəyini deməyə əsas verir. Bu görüşlər yalnız ikitərəfli münasibətlərin deyil, eyni zamanda, Türk Dövlətləri Təşkilatının və ümumilikdə türkdilli ölkələrin birlik və əməkdaşlıq platformasının daha da güclənməsi istiqamətində mühüm mərhələ oldu. Qarabağın bərpası prosesində Türk dövlətlərinin sərmayə, texnologiya və təcrübə baxımından iştirakı bu bölgənin dayanıqlı inkişafını təmin etməklə yanaşı, Türk dünyası üçün strateji birliyin real nəticələr verdiyini də nümayiş etdirir”, - deyə o əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://sfera.az
archiveBu xəbər 22 May 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see392

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see235

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see221

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see213

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see211

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see204

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see184

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see177

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see177

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see172

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see168

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see166

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see166

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see152

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see148

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see141

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see140

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see132

“Prob qoyublar da, tutsa, seksiyaları artıracaqlar” Foto

04 Yanvar 2026 11:57see130

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri