Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

Futbol bileti olanlar vizanı tez alacaqlar

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

BİRMARKET də ŞOOOK Cümə!

Gələn ay 30 manat yardım veriləcək

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Qarşılıqlı etimad və dostluğa söykənən strateji tərəfdaşlıq Deputat yazır....

Qarşılıqlı etimad və dostluğa söykənən strateji tərəfdaşlıq Deputat yazır....

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan çoxəsrlik zəngin tarixə malik, Avropanın mərkəzində yerləşən, prinsipial və müstəqil siyasət yürüdən, etibarlı strateji tərəfdaşa çevrilmiş Macarıstanla münasibətlərin inkişafına xüsusi önəm verir. İki dövlət arasında diplomatik əlaqələrin qurulmasından keçən 30 ildən çox dövr ərzində münasibətlər qarşılıqlı maraq kəsb edən bir çox sahələri ehtiva edərək, sabit inkişaf yolu keçmişdir. Torpaqlarımız Ermənistanın işğalı altında olduğu dövrdə, həmçinin BMT-nin Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, beynəlxalq hüquq çərçivəsində 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ildə bir neçə saat sürən antiterror tədbirləri nəticəsində torpaqlarımız işğaldan azad olunduqdan sonra, Macarıstanın beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsipləri əsasında ölkəmizin ərazi bütövlüyünə davamlı olaraq dəstək nümayiş etdirməsi vacib məqamlardan biri kimi münasibətlərimizin inkişafında müsbət rol oynamışdır. Xüsusilə də, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Macarıstanın Baş naziri Viktor Orban arasında qarşılıqlı hörmət və etimada əsaslanan və uzun illərdir davam edən dostluq münasibətləri, davamlı əsasda həyata keçirilən ali və yüksək səviyyəli rəsmi və işgüzar səfərlər əlaqələrin dərinləşməsində vacib əhəmiyyət kəsb edir. 2014-cü ildə Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamənin və 2023-cü ilin yanvarında Genişləndirilmiş Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamənin imzalanması ilə ikitərəfli münasibətlər daha da güclənərək yeni mərhələyə qədəm qoymuşdur. Bu bəyannamələr iki ölkə arasında istər ikitərəfli, istərsə də regional və beynəlxalq məsələlərlə əlaqədar əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan vacib çərçivə sənədləridir.

İkitərəfli əməkdaşlığın möhkəmlənməsi istiqamətində mühüm addımlardan biri də Azərbaycan-Macarıstan Strateji Dialoq formatıdır. Bu format çərçivəsində ilk iclas 2023-cü ilin sentyabrında Budapeştdə, ikinci iclas isə 2024-cü ilin iyununda Bakıda baş tutub.

Həmçinin, parlamentlərarası əlaqələr də uğurla inkişaf edir. Milli Məclisin sədri Sahibə Qafarova Macarıstanda 2021-ci ildə rəsmi, 2023-cü ildə isə işgüzar səfərlərdə olub. Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu və Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərinin qarşılıqlı səfərləri həyata keçirilir və beynəlxalq parlament təşkilatları çərçivəsində sıx əməkdaşlıq mövcuddur.

2023-cü ildə imzalanmış Genişləndirilmiş Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamədə tərəflər qarşılıqlı hörmət, suverenlik və bərabərlik prinsiplərinə əsaslanan uzunmüddətli əməkdaşlığa sadiqlik bəyan edilərək, tərəfdaşlığın təməl prinsipləri kimi yüksək səviyyəli siyasi dialoqların, çoxtərəfli formatlarda qarşılıqlı dəstək və faydalı əməkdaşlığın əhəmiyyəti önə çəkilir. Eyni zamanda, enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi sahəsində ortaq maraqlar vurğulanaraq, “Cənub Qaz Dəhlizi” (CQD) layihəsinin əhəmiyyəti qeyd olunur. Həmçinin, sənəddə tərəflər strateji dialoqu davam etdirmək, ticarət, investisiya, nəqliyyat, təhsil və humanitar sahələrdə əməkdaşlığı genişləndirməyi bəyan edirlər.

Prezident İlham Əliyevin cari ilin 20-21 may tarixlərində Macarıstana növbəti işgüzar səfəri yeni dünya nizamının formalaşdığı bir dönəmdə iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin gündəliyinin qarşılıqlı maraq kəsb edən məsələlərinin nəzərdən keçirilməsi baxımından əhəmiyyətli siyasi hadisə oldu. Səfər zamanı istər ikitərəfli əsasda, istərsə də Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının Macarıstanın ev sahibliyi etdiyi qeyri-rəsmi Zirvə görüşü çərçivəsində faydalı görüşlər və müzakirələr baş tutmuşdur.

Macarıstanın Baş naziri Viktor Orbanla keçirilən təkbətək və geniş tərkibdə görüşlərdən sonra liderlərin verdikləri bəyanatlar Azərbaycan–Macarıstan münasibətlərinin çoxşaxəli və davamlı inkişaf etdiyini bir daha təsdiqlədi. 

Azərbaycan Prezidenti İlham Əliyevin və Macarıstanın Baş naziri Viktor Orbanın öz dövlətlərinin maraqlarını daim yüksək tutaraq, prinsipial, müstəqil siyasət yürütməsi iki ölkə arasında münasibətləri uzlaşan və proqnozlaşdırıla bilən edir. Prezident İlham Əliyev qeyd etdiyi kimi: “Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir. Xüsusilə Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətindir. Çünki bir çox qaydalar, oturuşmuş prinsiplər var və Avropa İttifaqının vahid xarici siyasəti təbii olaraq prinsiplərdən biridir. Buna baxmayaraq, dostum Viktor Orban həmişə Macarıstanın dövlət və milli maraqlarını hər şeydən üstün tutub.”

Macarıstanın Baş naziri ölkəmizin liderini “köhnə və səmimi dost” adlandıraraq bildirdi ki, Azərbaycan uzun illər ərzində Macarıstanın enerji və diplomatiya da daxil olmaqla müxtəlif sahələrdə qarşılaşdığı çətinliklərdə hər zaman etibarlı tərəfdaş olub. Bu səfər çərçivəsində tarixdə ilk dəfə olaraq Türk Dövlətləri Təşkilatının Zirvə görüşünün Macarıstanda keçirilməsi də xüsusi əhəmiyyət kəsb edir. Macarıstanın təşkilatda müşahidəçi statusuna malik olsa da, bu tədbirə ev sahibliyi etməsi onun Türk dünyası ilə əlaqələrə strateji önəm verdiyini nümayiş etdirir. Macarıstanın dənizə çıxışı olmayan ölkə kimi enerji təhlükəsizliyini təmin etməkdə Azərbaycanın xüsusi rolunu qeyd edən Viktor Orban ölkəmizin Macarıstana təbii qazın etibarlı şəkildə tədarükünü davam etdirəcəyini məmnunluqla vurğulayaraq, bunun yalnız enerji təminatını deyil, eyni zamanda sosial sabitliyi dəstəkləyən amillərdən olduğunu bildirib. Qeyd edilməlidir ki, Macarıstan şirkətləri artıq Azərbaycanın əsas iki neft və qaz layihəsində — “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında pay sahibidirlər. Bu əməkdaşlığın davamı olaraq, gələn ilin əvvəlində növbəti kontraktın imzalanması nəzərdə tutulur. Ümumiyyətlə, Macarıstanın bu investisiyası ölkənin xaricdə yatırdığı ən iri həcmli sərmayələrindən biri hesab olunur ki, bu da iki ölkə arasında münasibətlərin strateji xarakter daşımasını deməyə əsas verir. 

Yaşıl enerji sahəsində də səmərəli əməkdaşlıq qurulması geniş perspektivlər vəd edir. Məlum olduğu kimi, Azərbaycanın çox böyükmiqyaslı yaşıl enerji gündəliyi var və növbəti beş il ərzində 6 min meqavat gücündə yaşıl enerji istehsal edilməsi nəzərdə tutulur. Bu kontekstdə Azərbaycan, Macarıstan, Rumıniya və Gürcüstan hökumətlərinin yaşıl enerji sahəsində imzaladıqları strateji tərəfdaşlıq Sazişi xüsusilə diqqət çəkir. Qara dənizdən keçəcək sualtı elektrik enerjisi xəttinin çəkilməsi Avropa ilə Azərbaycan arasında enerji ötürülməsini artıracaq və bərpaolunan enerji resurslarının istifadəsini təşviq edəcək. Bu layihələr, Avropanın enerji təhlükəsizliyininin şaxələndirilməsində əhəmiyyətli bir addım olacaq. Enerji sahəsindəki bu yeni əməkdaşlıq Azərbaycanın Avropa İttifaqı ilə daha yaxın əlaqələr qurmasına və qlobal enerji təhlükəsizliyinə olan töhfəsini artırmasına imkan yaradacaq. Bu, yalnız iqtisadi deyil, həm də geostrateji baxımdan önəmli layihələr olmaqla, Avropanın enerji bazarını daha müxtəlif və dayanıqlı etmək məqsədi daşıyır.

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesində Türk Dövlətləri Təşkilatının üzv dövlətləri ilə yanaşı, Macarıstanın da iştirak etməsi xüsusilə təqdirəlayiq haldır. Bu xüsusda, Macarıstan da iqtisadi və texnoloji potensialı ilə Qarabağın bərpasında mühüm tərəfdaş ola bilər. Bu ölkənin “KÉSZ” şirkətlər qrupu Cəbrayıl rayonunun Soltanlı kəndinin yenidən qurulmasını həyata keçirir. Macarıstan hökumətinin vəsaiti hesabına Soltanlı kəndində məktəbəqədər və ümumi təhsil müəssisələri üçün binalar inşa ediləcək. Bakıda keçirilən Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” - “Rebuild Karabakh” sərgilərində ənənəvi olaraq Macarıstan şirkətləri fəal iştirak edirlər.

Beləliklə, Budapeştdə baş tutan yüksək səviyyəli müzakirələr bir daha sübut etdi ki, Azərbaycan – Macarıstan münasibətləri yalnız enerji və iqtisadi əməkdaşlıqla məhdudlaşmır. Bu tərəfdaşlıq daha geniş regional miqyasda geosiyasi sabitliyin təmin olunmasına, beynəlxalq hüquqa əsaslanan siyasətə və ortaq strateji maraqların qorunmasına xidmət edən nümunəvi əməkdaşlıq modelidir. Ölkələrimiz arasında formalaşan bu münasibətlər qarşılıqlı etimad, konkret nəticələrə söykənir. Bu isə, öz növbəsində əlaqələrin yaxın gələcəkdə daha da genişləndiriləcəyini deməyə əsas verir. Bu görüşlər yalnız ikitərəfli münasibətlərin deyil, eyni zamanda Türk Dövlətləri Təşkilatının və ümumilikdə türkdilli ölkələrin birlik və əməkdaşlıq platformasının daha da güclənməsi istiqamətində mühüm mərhələ oldu. Qarabağın bərpası prosesində Türk dövlətlərinin sərmayə, texnologiya və təcrübə baxımından iştirak etməsi bu bölgənin dayanıqlı inkişafını təmin etməklə yanaşı, Türk dünyası üçün strateji birliyin real nəticələr verdiyini də nümayiş etdirir.

Zaur Şükürov 

Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 May 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see398

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see264

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see216

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see158

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see157

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see152

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see150

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see148

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see142

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see140

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see140

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see138

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see138

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see131

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see129

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see128

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see127

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see123

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see122

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri